Kim Allahın işçilərindən hesab olunur?
سَمِعَ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو قَالَ لِابْنِ أَخٍ لَهُ خَرَجَ مِنَ الْوَهْطِ: أَيَعْمَلُ عُمَّالُكَ؟ قَالَ: لاَ أَدْرِي، قَالَ: أَمَا لَوْ كُنْتَ ثَقَفِيًّا لَعَلِمْتَ مَا يَعْمَلُ عُمَّالُكَ، ثُمَّ الْتَفَتَ إِلَيْنَا فَقَالَ: إِنَّ الرَّجُلَ إِذَا عَمِلَ مَعَ عُمَّالِهِ فِي دَارِهِ، وَقَالَ أَبُو عَاصِمٍ مَرَّةً: فِي مَالِهِ، كَانَ عَامِلًا مِنْ عُمَّالِ اللَّهِ عَزَّ وَجَلَّ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ qardaşı oğlunun bostandan çıxdığını görüb ondan: “İşçilərin işləyirmi?”– deyə soruşdu. O: “Bilmirəm!”– deyə cavab verdi. Abdullah dedi: “Səqəfli olsaydın, işçilərinin nə işlə məşğul olduğunu bilərdin”. Sonra o, bizə tərəf döndü və dedi: “Adam işçiləri ilə birgə öz evində işlədiyi təqdirdə, Allahın ﷿ işçilərindən hesab olunar”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 448. Əsər səhihdir. Bax: Silsilə əs-Səhihə, 1/8, hədis 9.
İstinad
Fəzilətli əməllər, 636 (Kitab 13, 79)
Fəzilətli əməllər — Əxlaq