Əxlaq

Dilini saxla!

حَدَّثَنِي أَسْوَدُ بن أَصْرَمَ الْمُحَارِبِيُّ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، أَوْصِنِي، قَالَ: تَمْلِكُ يَدَكَ؟، قُلْتُ: فَمَاذَا أَمْلِكُ إِذَا لَمْ أَمْلِكْ يَدِي؟، قَالَ: تَمْلِكُ لِسَانَكَ؟، قَالَ: فَمَاذَا أَمْلِكُ إِذَا لَمْ أَمْلِكْ لِسَانِي؟، قَالَ: لا تَبْسُطْ يَدَكَ إِلا إِلَى خَيْرٍ، وَلا تَقُلْ بِلِسَانِكَ إِلا مَعْرُوفًا.

“Rəvayət edilir ki, Əsvəd ibn Əsram əl-Muharibi ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə nəsihət et!” O buyurdu: “Əlinə yiyəlik edə bilirsənmi?” Dedim: “Əlimə yiyəlik edə bilməsəm, onda nəyə yiyəlik edə bilərəm ki?” O buyurdu: “Dilinə yiyəlik edə bilirsənmi?” Dedim: “Dilimə yiyəlik edə bilməsəm, onda nəyə yiyəlik edə bilərəm ki?” O buyurdu: “Əlini yalnız xeyirə doğru uzat və dilinlə yalnız xeyir söylə!””

Əsvəd ibn Əsram əl-Muharibi
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 816, 818. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2867.

İstinad

Fəzilətli əməllər, 614 (Kitab 13, 57)

Fəzilətli əməllər — Əxlaq