Qonşu haqda
عَنْ أَنَسٍ، أَنَّ غُلاَمًا مِنَ الْيَهُودِ كَانَ يَخْدُمُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَمَرِضَ، فَأَتَاهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُهُ، فَقَعَدَ عِنْدَ رَأْسِهِ فَقَالَ: «أَسْلِمْ»، فَنَظَرَ إِلَى أَبِيهِ، وَهُوَ عِنْدَ رَأْسِهِ، فَقَالَ لَهُ: أَطِعْ أَبَا الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَسْلَمَ، فَخَرَجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَقُولُ: «الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْقَذَهُ مِنَ النَّارِ».
“Ənəs ﵁ rəvayət edir ki, yəhudi bir uşaq Peyğəmbərə ﷺ xidmət edirdi. Bir gün uşaq xəstələndi və Peyğəmbər ﷺ ona baş çəkməyə getdi. O, uşağın baş tərəfində oturdu və ona: “Müsəlman ol!”– dedi. Uşaq baş tərəfində dayanmış atasının üzünə baxdı. Atası ona: “Əbul-Qasimə ﷺ itaət et!”– dedi və uşaq İslam dinini qəbul etdi. Sonra Peyğəmbər ﷺ onun yanından çıxdı və: “Onu Oddan xilas edən Allaha həmd olsun!”– dedi”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 524. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1574.
İstinad
Fəzilətli əməllər, 622 (Kitab 13, 65)
Fəzilətli əməllər — Əxlaq