Əxlaq

Allahın ipindən möhkəm yapışın!

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ اللَّهَ يَرْضَى لَكُمْ ثَلاَثًا، وَيَسْخَطُ لَكُمْ ثَلاَثًا، يَرْضَى لَكُمْ: أَنْ تَعْبُدُوهُ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا، وَأَنْ تَعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا، وَأَنْ تَنَاصَحُوا مَنْ وَلاَّهُ اللَّهُ أَمْرَكُمْ، وَيَكْرَهُ لَكُمْ: قِيلَ وَقَالَ، وَكَثْرَةَ السُّؤَالِ، وَإِضَاعَةَ الْمَالِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tutur: sizin yalnız Ona ibadət edib, heç nəyi Ona şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın sizə nəsib etdiyi ixtiyar sahiblərinə nəsihət etməyinizdən razı qalır. Dedi-qodu yaymağınıza, çox sual verməyinizə və malı zay etməyinizə isə qəzəbi tutur”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 442. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 685.

İstinad

Fəzilətli əməllər, 632 (Kitab 13, 75)

Fəzilətli əməllər — Əxlaq