Maneəni yoldan kənar etmək
حَدَّثَنِي مُعَاوِيَةُ بْنُ قُرَّةَ قَالَ: كُنْتُ مَعَ مَعْقِلٍ الْمُزَنِيِّ، فَأَمَاطَ أَذًى عَنِ الطَّرِيقِ، فَرَأَيْتُ شَيْئًا فَبَادَرْتُهُ، فَقَالَ: مَا حَمَلَكَ عَلَى مَا صَنَعْتَ يَا ابْنَ أَخِي؟ قَالَ: رَأَيْتُكَ تَصْنَعُ شَيْئًا فَصَنَعْتُهُ، فَقَالَ: أَحْسَنْتَ يَا ابْنَ أَخِي، سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ أَمَاطَ أَذًى عَنْ طَرِيقِ الْمُسْلِمِينَ كُتِبَ لَهُ حَسَنَةٌ، وَمَنْ تُقُبِّلَتْ لَهُ حَسَنَةٌ دَخَلَ الْجَنَّةَ».
“Rəvayət edilir ki, Muaviyə ibn Qurra ﵀ demişdir: “Bir dəfə mən Mə'qil əl-Muzəni ilə bir yerdə yol gedərkən o, insanlara əziyyət verən bir şeyi yoldan kənarlaşdırdı. Sonra mən də yolda bir şey gördüm və dərhal onu götürüb yoldan kənara atdım. Mə'qil soruşdu: “Belə etməyə səni vadar edən nədir, qardaş oğlu?” Mən dedim: “Sənin belə etdiyini gördüm deyə, mən də belə etdim”. O, dedi: “Yaxşı iş gördün, qardaş oğlu! Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim müsəlmanların yolundan əziyyət verən bir şeyi kənar edərsə, ona bir savab yazılar. Kimin də savabı qəbul olunarsa, Cənnətə daxil olar”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 593. Hədis həsəndir. Bax: Səhih və Daif Ədəbul-Mufrad, 462.
İstinad
Fəzilətli əməllər, 624 (Kitab 13, 67)
Fəzilətli əməllər — Əxlaq