Salamın fəziləti
عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ: عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «إِنَّ السَّلاَمَ اسمٌ مِنْ أَسْمَاءِ اللهِ وَضَعَهُ فِي الأرْضِ فَأَفْشُوهُ بَينَكُمْ، فَإِنَّ الرَّجُلَ الْمُسْلِم إِذَا مَرَّ بِقَومٍ فَسَلَّمَ عَلِيهِم فَرَدُّوا عَلَيهِ، كَانَ لَهُ عَلَيهِم فَضْلُ دَرَجَةٍ بِتَذكِيرِهِ إِيَّاهُمُ السَّلاَمَ، فَإِنْ لَمْ يَرُدُّوا عَلَيهِ، رَدَّ عَلَيهِ مَنْ هُوَ خَيرٌ مِنْهُمْ وَأَطْيِب»
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, “əs-Səlam” Allahın adlarından biridir. O, bunu yerdə (bir-birinizlə salamlaşasınız deyə) təyin etmişdir. Elə isə salamı aranızda yayın! Həqiqətən, müsəlman kişi bir qövmün yanından keçərək salam verər, onlar da salamı alarlarsa, o, həmin qövmdən bir dərəcə üstün olar, çünki o adam salamı onların yadına saldı. Əgər onun salamını almasalar, onun salamını onlardan daha xeyirli və pak olan (mələk) alar”.”
Qeyd
əl-Bəzzər, 1771; əl-Buxari “Ədəbul-Mufrad” 1039. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3697.
İstinad
Fəzilətli əməllər, 601 (Kitab 13, 44)
Fəzilətli əməllər — Əxlaq