Yaxşı dostla pis dostun misalı
عَنْ أَبِي مُوسَى عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَثَلُ الْجَلِيسِ الصَّالِحِ وَالسَّوْءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ فَحَامِلُ الْمِسْكِ إِمَّا أَنْ يُحْذِيَكَ وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً وَنَافِخُ الْكِيرِ إِمَّا أَنْ يُحْرِقَ ثِيَابَكَ وَإِمَّا أَنْ تَجِدَ رِيحًا خَبِيثَةً.
“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlayar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini hiss edərsən”.”
Qeyd
əl-Buxari, 5108, 5534; Muslim, 6635.
İstinad
Fəzilətli əməllər, 638 (Kitab 13, 81)
Fəzilətli əməllər — Əxlaq