Zahid olmağın fəziləti
عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ قَالَ أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ دُلَّنِى عَلَى عَمَلٍ إِذَا أَنَا عَمِلْتُهُ أَحَبَّنِىَ اللَّهُ وَأَحَبَّنِىَ النَّاسُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «ازْهَدْ فِى الدُّنْيَا يُحِبَّكَ اللَّهُ وَازْهَدْ فِيمَا فِى أَيْدِى النَّاسِ يُحِبُّكَ النَّاس».
“Rəvayət edilir ki, Səhl ibn Səd əs-Səidi ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah da məni sevsin, insanlar da!” Allah Elçisi ﷺ buyurdu: “Dünyaya göz dikmə, Allah səni sevər. İnsanların əlində olana göz dikmə, insanlar səni sevər”.”
Qeyd
İbn Macə, 4102, 4241. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 944.
İstinad
Fəzilətli əməllər, 643 (Kitab 14, 1)
Fəzilətli əməllər — Zahidlik