Zahid olmağın fəziləti
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: جَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فقَالَ: يَا مُحَمَّدُ، عِشْ مَا شِئْتَ فَإِنَّكَ مَيِّتٌ، وَاعْمَلْ مَا شِئْتَ فَإِنَّكَ مَجْزِيٌّ بِهِ، وَأَحْبِبْ مَنْ شِئْتَ فَإِنَّكَ مُفَارِقُهُ، وَاعلم ان شَرَفُ الْمُؤْمِنِ قِيَامُ اللَّيْلِ، وَعِزُّهُ اسْتِغْنَاؤُهُ عَنِ النَّاسِ.
“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Cəbrail ﵇ Peyğəmbərin ﷺ yanına gəlib buyurdu: “Ey Muhəmməd, istədiyin qədər yaşa, şübhəsiz ki, sən öləcəksən. İstədiyini et, şübhəsiz ki, sənə əvəzi veriləcək. İstədiyini sev, şübhəsiz ki, ondan ayrılacaqsan. Bil ki, möminin şərəfi gecə namazını qılmasında, onun izzəti isə insanlara möhtac olmamasındadır”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Əvsat” 4278. Hədis həsəndir. Bax: Sahih ət-Tərğib vət-Tərhib, 627.
İstinad
Fəzilətli əməllər, 644 (Kitab 14, 2)
Fəzilətli əməllər — Zahidlik