Zahidlik

Zahid olmağın fəziləti

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: مَرَّ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشَاةٍ مَيْتَةٍ قَدْ أَلْقَاهَا أَهْلُهَا، فَقَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ لَلدُّنْيَا أَهْوَنُ عَلَى اللهِ مِنْ هَذِهِ عَلَى أَهْلِهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ yiyəsi tərəfindən atılmış ölü qoyunun yanından keçərək belə buyurdu: “Canım Əlində Olana and olsun ki, bu, yiyəsi üçün dəyərsiz olduğu kimi dünya da Allah üçün dəyərsizdir”.”

İbn Abbas
Səhih

Qeyd

Əhməd, 3047, 3048. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3236.

İstinad

Fəzilətli əməllər, 645 (Kitab 14, 3)

Fəzilətli əməllər — Zahidlik