Zahidlik

Zülm edəni əfv etmək

أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ رَجُلٍ يُجْرَحُ فِي جَسَدِهِ جِرَاحَةً فَيَتَصَدَّقُ بِهَا إِلاَّ كَفَّرَ اللَّهُ عَنْهُ مِثْلَ مَا تَصَدَّقَ بِهِ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Kimin bədəni (başqası tərəfindən) yaralanarsa, sonra bunu Allah üçün keçərsə, bu, onun üçün günahlara kəffarə olar”.”

Ubadə ibn əs-Samit
Səhih

Qeyd

Əhməd, 22753, 22844, 23087, 23178. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2273.

İstinad

Fəzilətli əməllər, 647 (Kitab 14, 5)

Fəzilətli əməllər — Zahidlik