Zahidlik

Bu ümmətin kasıbları

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «تَجْتَمِعُونَ يَوْمَ الْقِيَامَةِ، فَيُقَالُ: أَيْنَ فُقَرَاءُ هَذِهِ الأُمَّةِ وَمَسَاكِينَهَا، قَالَ: فَيَقُومُونَ، فَيُقَالُ لَهُمْ: مَاذَا عَمِلْتُم؟ فَيَقُولُونَ: رَبَّنَا ابْتَلَيْتَنَا فَصَبَرنَا، وَآتَيْتَ الأَمْوُالَ وَالسُّلْطَانَ غَيْرَنَا، فَيَقُولُ اللهُ: صَدَقْتُمْ، قَالَ: فَيَدْخُلُونَ الْجَنَّةَ قَبْلَ النَّاسِ وَيَبْقَى شِدَّةُ الْحِسَابِ عَلَى ذَوُى الأَمْوَالِ وَالسُّلْطَانِ». قَالُوا: فَأَيْنَ الْمُؤْمِنُونُ يَومَئذْ؟ قَالَ: «يُوْضَعُ لَهُمْ كَرَاسِي مِنْ نُورٍ وَتُظَلَّلُ عَلَيْهِمُ الْغَمَامُ يَكُونُ ذَلِكَ الْيَوْمُ اقْصَرَ عَلَى الْمُؤْمِنِينَ مِنْ سَاعَةٍ مِنْ نَهَارٍ»

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: “Bu ümmətin kasıb və miskinləri haradadır?” Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: “Nə etdiniz?” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbir etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin”. Allah deyəcək: “Doğru dediniz!” Onlar Cənnətə (bütün) insanlardan qabaq daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar”. Səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “O gün möminlər harada olacaqlar?” O buyurdu: “Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa olacaq”.”

Abdullah ibn Amr
Həsən

Qeyd

İbn Hibban, 7419; əl-Heysəmi “Məcməuz-Zəvaid” 18350. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3187, 3590.

İstinad

Fəzilətli əməllər, 648 (Kitab 14, 6)

Fəzilətli əməllər — Zahidlik