Zahidlik

Bu ümmətin kasıbları

عَنْ فَضَالَةَ بْنِ عُبَيْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى بِالنَّاسِ يَخِرُّ رِجَالٌ مِنْ قَامَتِهِمْ فِى الصَّلاَةِ مِنَ الْخَصَاصَةِ وَهُمْ أَصْحَابُ الصُّفَّةِ حَتَّى تَقُولَ الأَعْرَابُ هَؤُلاَءِ مَجَانِينُ أَوْ مَجَانُونَ فَإِذَا صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ إِلَيْهِمْ فَقَالَ «لَوْ تَعْلَمُونَ مَا لَكُمْ عِنْدَ اللَّهِ لأَحْبَبْتُمْ أَنْ تَزْدَادُوا فَاقَةً وَحَاجَةً».

“Fədalə ibn Ubeyd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ camaatla birgə namaz qılarkən Suffə əhli arasında aclıqdan yıxılanlar olurdu, bədəvi ərəblər də bunu görüb: “Bunlar dəlidirlər”- deyirdilər. Allahın Elçisi ﷺ namazı bitirdikdən sonra onlara tərəf dönüb buyurdu: “Allahın dərgahında sizin üçün nələr hazırlandığını bilsəydiniz, yoxsul və möhtac olmağınızın artmağını istərdiniz”.”

Fədalə ibn Ubeyd
Səhih

Qeyd

ət-Tirmizi, 2368, 2542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərğib, 3306.

İstinad

Fəzilətli əməllər, 649 (Kitab 14, 7)

Fəzilətli əməllər — Zahidlik