Əsas niyyətdir
سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ أَبَانَ بْنِ عُثْمَانَ بْنِ عَفَّانَ عَنْ أَبِيهِ قَالَ خَرَجَ زَيْدُ بْنُ ثَابِتٍ مِنْ عِنْدِ مَرْوَانَ بِنِصْفِ النَّهَارِ فَقُلْتُ مَا بَعَثَ إِلَيْهِ هَذِهِ السَّاعَةَ إِلاَّ لِشَىْءٍ سَأَلَ عَنْهُ. فَسَأَلْتُهُ فَقَالَ سَأَلَنَا عَنْ أَشْيَاءَ سَمِعْنَاهَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ كَانَتِ الدُّنْيَا هَمَّهُ فَرَّقَ اللَّهُ عَلَيْهِ أَمْرَهُ وَجَعَلَ فَقْرَهُ بَيْنَ عَيْنَيْهِ وَلَمْ يَأْتِهِ مِنَ الدُّنْيَا إِلاَّ مَا كُتِبَ لَهُ وَمَنْ كَانَتِ الآخِرَةُ نِيَّتَهُ جَمَعَ اللَّهُ لَهُ أَمْرَهُ وَجَعَلَ غِنَاهُ فِى قَلْبِهِ وَأَتَتْهُ الدُّنْيَا وَهِىَ رَاغِمَةٌ».
“Abdur-Rahmən ibn Əban ibn Osman ibn Əffan atasının belə buyurduğunu rəvayət etmişdir: “Günorta vaxtı Zeyd ibn Sabir xəlifə Mərvanın yanına getdi. Mən ona dedim: “Onu günün bu saatında Mərvanın yanına göndərən nədir?” Bu haqda ondan soruşdum. O dedi: “O bizə Allah Elçisindən ﷺ eşitdiyimiz bəzi şeylər haqda sual verdi. Mən də Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kimin məqsədi dünya olarsa, Allah onun işlərini qarışıq edər, kasıblığı onun gözlərinin arasında edər və dünya malından ona yalnız qədərinə yazılan nəsib olar. Kimin də məqsədi Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, qəlbini zəngin edər, dünya isə ram edilmiş halda ona gələr”.”
Qeyd
İbn Macə, 4105, 4244; ət-Tirmizi, 2465, 2653. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3168; Silsilə əs-Səhihə, 949; Səhih əl-Cami, 6510.
İstinad
Fəzilətli əməllər, 651 (Kitab 14, 9)
Fəzilətli əməllər — Zahidlik