Zahidlik

Axirət əməlləri

عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ عَنْ أَبِيهِ قَالَ الأَعْمَشُ وَلاَ أَعْلَمُهُ إِلاَّ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «التُّؤَدَةُ فِى كُلِّ شَىْءٍ خَيْرٌ إِلاَّ فِى عَمَلِ الآخِرَةِ».

“Musab ibn Səd atasının belə dediyini rəvayət etmişdir: “Aməş dedi: “Mən bu hədisi Allah Elçisindən ﷺ öyrənmişəm: “Tələsməmək Axirətə aid olan əməllərdən başqa hər bir şeydə xeyirdir”.”

Musab ibn Səd atasından
Səhih

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 21324; əl-Hakim 213. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3356.

İstinad

Fəzilətli əməllər, 652 (Kitab 14, 10)

Fəzilətli əməllər — Zahidlik