Zahidlik

Dünyada qərib kimi yaşa

عَنِ ابْنِ عُمَرَ قَالَ أَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنْكَبِى فَقَالَ: «كُنْ فِى الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ وَعُدَّ نَفْسَكَ فِى أَهْلِ الْقُبُورِ». فَقَالَ لِى ابْنُ عُمَرَ: إِذَا أَصْبَحْتَ فَلاَ تُحَدِّثْ نَفْسَكَ بِالْمَسَاءِ وَإِذَا أَمْسَيْتَ فَلاَ تُحَدِّثْ نَفْسَكَ بِالصَّبَاحِ وَخُذْ مِنْ صِحَّتِكَ قَبْلَ سَقَمِكَ وَمِنْ حَيَاتِكَ قَبْلَ مَوْتِكَ فَإِنَّكَ لاَ تَدْرِى يَا عَبْدَ اللَّهِ مَا اسْمُكَ غَدًا»... وَكَانَ ابْنُ عُمَرَ يَقُولُ إِذَا أَمْسَيْتَ فَلاَ تَنْتَظِرْ الصَّبَاحَ وَإِذَا أَصْبَحْتَ فَلاَ تَنْتَظِرْ الْمَسَاءَ وَخُذْ مِنْ صِحَّتِكَ لِمَرَضِكَ وَمِنْ حَيَاتِكَ لِمَوْتِكَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ çiynimdən tutaraq buyurdu: “Dünyada qərib və ya müsafir kimi yaşa və özünü qəbir əhlindən say!” Ravi deyir: “İbn Ömər mənə dedi: “Səhərə çıxdıqda axşamı gözləmə, axşamladıqda isə sabahı gözləmə! Xəstəliyin gəlməzdən əvvəl sağlamlığından, ölümün gəlməzdən əvvəl isə həyatından istifadə et! Həqiqətən, sən, ey Allahın qulu! Sabah adının nə olacağını bilmirsən!” Digər rəvayətdə deyilir: “İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhərə sağ çıxacağına, səhərə çıxdığın zaman da axşama sağ qalacağına arxayın olma! Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!””

İbn Ömər
Səhih

Qeyd

əl-Buxari, 5937, 6416.

İstinad

Fəzilətli əməllər, 653 (Kitab 14, 11)

Fəzilətli əməllər — Zahidlik