Dünyada qərib kimi yaşa
عَنِ ابْنِ عَبَّاسٍ ، رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِرَجُلٍ وَهُوَ يَعِظُهُ : اغْتَنِمْ خَمْسًا قَبْلَ خَمْسٍ : شَبَابَكَ قَبْلَ هِرَمِكَ ، وَصِحَّتَكَ قَبْلَ سَقَمِكَ ، وَغِنَاءَكَ قَبْلَ فَقْرِكَ ، وَفَرَاغَكَ قَبْلَ شُغْلِكَ ، وَحَيَاتَكَ قَبْلَ مَوْتِكَ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş şey gələnədək beş şeydən istifadə et: qocalanadək cavanlığından, xəstələnənədək sağlamlığından, kasıblayanadək var-dövlətindən, məşğul olanadək boş vaxtından və bir də ölənədək həyatından”.”
Qeyd
əl-Hakim, 7846. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1077.
İstinad
Fəzilətli əməllər, 654 (Kitab 14, 12)
Fəzilətli əməllər — Zahidlik