Zahidlik

Dünyada qərib kimi yaşa

عَنْ رَجُلٍ، مِنَ النَّخَعِ قَالَ: شَهِدْتُ أَبَا الدَّرْدَاءِ حِينَ حَضَرَتْهُ الْوَفَاةُ، قَالَ: أُحَدِّثُكُمْ حَدِيثًا سَمِعَتْهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "اعْبُدِ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ كُنْتَ لَا تَرَاهُ فَإِنَّهُ يَرَاكَ، وَاعْدُدْ نَفْسَكَ فِي الْمَوْتَى، وَإِيَّاكَ وَدَعْوَةَ الْمَظْلُومِ فَإِنَّهَا مُسْتَجَابَةٌ، وَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَشْهَدَ الصَّلَاتَيْنِ الْعِشَاءَ وَالصُّبْحَ وَلَوْ حَبْوًا فَلْيَفْعَلْ"

“Nəxadan olan bir kişinin belə dediyi rəvayət edilir: “Mən Əbu əd-Dərdənin vəfatından öncə belə dediyini eşitmişəm: “Sizə Allah Elçisindən ﷺ eşitdiyim bir hədis danışacağam. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allaha elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görməsən belə, O, səni görür. Özünü ölülərdən hesab et və məzlumun duasından qorx! Çünki onun duası müstəcəbdir. Sizdən kim İşa və Sübh namazlarını (camaatla) qıla bilirsə, sürünərək getsə belə, onları (camaatla) qılsın!””

Nəxadan olan bir kişi
Həsən

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 10060, 10544. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 418.

İstinad

Fəzilətli əməllər, 655 (Kitab 14, 13)

Fəzilətli əməllər — Zahidlik