Zahidlik

Allah ruzini sənə qardaşına görə də verə bilər

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَخَوَانِ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَكَانَ أَحَدُهُمَا يَأْتِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالآخَرُ يَحْتَرِفُ فَشَكَا الْمُحْتَرِفُ أَخَاهُ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ «لَعَلَّكَ تُرْزَقُ بِهِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbərin ﷺ zamanında iki qardaş var idi. Onlardan biri Peyğəmbərin ﷺ yanına gəlib-gedər, o birisi isə qazanc dalınca gedərdi. Bir dəfə qazanc dalınca gedən qardaş digər qardaşı barədə Peyğəmbərə ﷺ şikayət etdi. Peyğəmbər ﷺ ona dedi: “Ola bilər ki, sən ona görə ruzi qazanırsan”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

ət-Tirmizi, 2345, 2516. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5084.

İstinad

Fəzilətli əməllər, 656 (Kitab 14, 14)

Fəzilətli əməllər — Zahidlik