Allah Elçisinin ﷺ nəsihətləri
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا أَبَا هُرَيْرَةَ! كُنْ وَرِعاً تَكُنْ أَعْبَدَ النَّاسِ، وَكُنْ قَنِعاً تَكُنْ أَشْكَرَ النَّاسِ، وَأَحِبَّ لِلنَّاسِ مَا تُحِبُّ لِنَفْسِكَ تَكُنْ مُؤْمِناً، وَأَحْسِنْ جِوَارَ مَنْ جَاوَرَكَ تَكُنْ مُسْلِماً، وَأَقِلَّ الضَّحِكَ ، فَإِنَّ كَثْرَةَ الضَّحِكِ تُمِيتُ الْقَلْب».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Əbu Hureyra! Şübhəli şeylərdən çəkin, insanların ən çox ibadət edəni olarsan. Qane ol, insanların ən çox şükür edəni olarsan. Özün üçün istədiyini insanlar üçün də istə, mömin olarsan. Qonşularınla yaxşı qonşuluq et, müsəlman olarsan və az gül, çünki çox gülmək qəlbi öldürür”.”
Qeyd
İbn Macə, 4217, 4357. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 506.
İstinad
Fəzilətli əməllər, 662 (Kitab 14, 20)
Fəzilətli əməllər — Zahidlik