Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ، وَإِنَّ الْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ، وَإِنَّ الرَّجُلَ يَصْدُقُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ، وَالْفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَإِنَّ الرَّجُلَ لَيَكْذِبُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا».

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Doğru söz danışın! Çünki doğruluq yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan danışmaqdan çəkinin! Çünki yalan günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət, Allah yanında yalançı sayılır”.”

Abdullah
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 386. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4071.

İstinad

Fəzilətli əməllər, 663 (Kitab 14, 21)

Fəzilətli əməllər — Zahidlik