Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كُنْتُ خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا فَقَالَ «يَا غُلاَمُ إِنِّى أُعَلِّمُكَ كَلِمَاتٍ احْفَظِ اللَّهَ يَحْفَظْكَ احْفَظِ اللَّهَ تَجِدْهُ تُجَاهَكَ إِذَا سَأَلْتَ فَاسْأَلِ اللَّهَ وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللَّهِ وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوِ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَىْءٍ لَمْ يَنْفَعُوكَ إِلاَّ بِشَىْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ وَلَوِ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَىْءٍ لَمْ يَضُرُّوكَ إِلاَّ بِشَىْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ رُفِعَتِ الأَقْلاَمُ وَجَفَّتِ الصُّحُفُ»...«وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأَنَّ الْفَرَجَ مَعَ الْكَرْبِ , وَأَنَّ مَعَ الْعُسْرِ يَسِّرَا»

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir gün Allah Elçisi ﷺ mənə dedi: “Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə! Kömək dilədikdə, yalnız Allahdan kömək dilə! Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir şeylə fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar belə, Allahın sənə qarşı yazdığından başqa bir şeylə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur”. Digər rəvayətdə bu əlavə var: “Bil ki, həqiqətən, kömək səbirlə birlikdədir. Şübhəsiz, rahatlıq kədərlə birlikdədir. Hər bir çətinlikdən sonra isə asanlıq gəlir”.”

İbn Abbas
Səhih

Qeyd

əl-Hakim, 6304. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2382.

İstinad

Fəzilətli əməllər, 666 (Kitab 14, 24)

Fəzilətli əməllər — Zahidlik