Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ الْبَرَاءِ قَالَ أَمَرَنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِسَبْعٍ، وَنَهَانَا عَنْ سَبْعٍ أَمَرَنَا بِاتِّبَاعِ الْجَنَائِزِ، وَعِيَادَةِ الْمَرِيضِ، وَإِجَابَةِ الدَّاعِى، وَنَصْرِ الْمَظْلُومِ، وَإِبْرَارِ الْقَسَمِ، وَرَدِّ السَّلاَمِ، وَتَشْمِيتِ الْعَاطِسِ. وَنَهَانَا عَنْ آنِيَةِ الْفِضَّةِ، وَخَاتَمِ الذَّهَبِ، وَالْحَرِيرِ، وَالدِّيبَاجِ، وَالْقَسِّىِّ، وَالإِسْتَبْرَقِ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə yeddi şeyi əmr etdi və yeddi şeyi qadağan etdi. O, bizə cənazənin ardınca getməyi, xəstəni ziyarət etməyi, (məclisə) dəvət edənin dəvətini qəbul etməyi, məzluma yardım etməyi, andı yerinə yetirməyi, verilən salamı almağı və asqıran adama rəhmət diləməyi əmr etdi. Və bizə gümüş qabdan (istifadə etməyi), qızıl üzük, ipək, zərxara, ipək qatışığı olan libas və atlas parça (geyinməyi) qadağan etdi”.”

əl-Bəra
Səhih

Qeyd

əl-Buxari, 1163, 1239.

İstinad

Fəzilətli əməllər, 667 (Kitab 14, 25)

Fəzilətli əməllər — Zahidlik