Allah Elçisinin ﷺ nəsihətləri
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَرَادَ سَفَرًا، فقَالَ: يَا نَبِيَّ اللَّهِ أَوْصِنِي، قَالَ: اعْبُدِ اللَّهَ لاَ تُشْرِكْ بِهِ شَيْئًا، قَالَ: يَا نَبِيَّ اللَّهِ زِدْنِي، قَالَ: إِذَا أَسَأْتَ، فَأَحْسِنْ، قَالَ: يَا رَسُولَ اللَّهِ زِدْنِي، قَالَ: اسْتَقِمْ وَلْيَحْسُنْ خُلُقُكَ.
“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Muaz ibn Cəbəl səfər etmək istədi və dedi: “Ey Allahın Peyğəmbəri, mənə nəsihət et!” O buyurdu: “Allaha heç bir şeyi şərik qoşmadan ibadət et!” Muaz dedi: “Ey Allahın Peyğəmbəri, yenə nəsihət et!” O buyurdu: “Pislik etdikdə yaxşılıq et!” Muaz dedi: “Ey Allahın Elçisi, yenə nəsihət et!” O buyurdu: “Düz ol və əxlaqını gözəlləşdir!””
Qeyd
İbn Hibban, 524. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2654.
İstinad
Fəzilətli əməllər, 668 (Kitab 14, 26)
Fəzilətli əməllər — Zahidlik