Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْتَ وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Harada olsan, Allahdan qorx! Pisliyin ardınca yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran!””

Əbu Zərr
Həsən

Qeyd

ət-Tirmizi, 1987, 2115. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5083.

İstinad

Fəzilətli əməllər, 669 (Kitab 14, 27)

Fəzilətli əməllər — Zahidlik