Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ أَبِي ذَرٍّ قَالَ: قُلْتُ: يَا رَسُوْلَ اللهِ! أَوْصِنِي قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا عَمِلْتَ سَيِّئَهً، فَأَتْبِعَهَا حَسَنَهً تَمْحُهَا». قَالَ: قُلْتُ: يَا رَسُوْلَ اللهِ! أَمِنَ الْحَسَنَاتِ لاَ إِلَهَ إِلاَّ اللهُ؟ قَالَ: «هِيَ أَفْضَلُ الْحَسَنَاتِ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə nəsihət et!” O buyurdu: “Pislik etdikdə, ardınca yaxşılıq et ki, onu silsin”. Mən dedim: “Ey Allahın Elçisi, “Lə iləhə illallah” demək yaxşılıqlardan hesab olunur?” O buyurdu: “Bu, yaxşılıqların ən fəzilətlisidir”.”

Əbu Zərr
Səhih

Qeyd

Əhməd, 21525. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3162.

İstinad

Fəzilətli əməllər, 670 (Kitab 14, 28)

Fəzilətli əməllər — Zahidlik