Allah Elçisinin ﷺ nəsihətləri
عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلا جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ, فَقَالَ: يَا رَسُولَ اللَّهِ, أَيُّ النَّاسِ أَحَبُّ إِلَى اللَّهِ؟ وَأَيُّ الأَعْمَالِ أَحَبُّ إِلَى اللَّهِ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَحَبُّ النَّاسِ إِلَى اللَّهِ أَنْفَعُهُمْ, وَأَحَبُّ الأَعْمَالِ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ سُرُورٌ تُدْخِلُهُ عَلَى مُسْلِمٍ, أَوْ تَكَشِفُ عَنْهُ كُرْبَةً, أَوْ تَقْضِي عَنْهُ دَيْنًا, أَوْ تَطْرُدُ عَنْهُ جُوعًا, وَلأَنْ أَمْشِيَ مَعَ أَخِي المسلم فِي حَاجَةٍ أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أَعْتَكِفَ فِي الْمَسْجِدِ شَهْرًا )أَنْ أَعْتَكِفَ فِي هَذَا الْمَسْجِدِ ، يَعْنِي مَسْجِدَ الْمَدِينَةِ، شَهْرًا(, وَمَنَ كَفَّ غَضَبَهُ سَتَرَ اللَّهُ عَوْرَتَهُ, وَمَنْ كَظَمَ غَيْظَا وَلَوْ شَاءَ أَنْ يُمْضِيَهُ أَمْضَاهُ مَلأَ اللَّهُ قَلْبَهُ رَضى يَوْمَ الْقِيَامَةِ, وَمَنْ مَشَى مَعَ أَخِيهِ المسلم فِي حَاجَةٍ حَتَّى يثبتها لَهُ أَثْبَتَ اللَّهُ تعالى قَدَمَهُ يَوْمَ تَزُلُ الأَقْدَامِ»....«وَإِنَّ سُوَّء الْخُلُقِ لَيُفْسِدُ الْعَمَلَ كَمَا يُفْسِدُ الْخَلّ الْعَسَل»
“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib soruşdu: “Ey Allahın Elçisi, Allahın ən çox sevdiyi insanlar və ən çox sevdiyi əməllər hansılardır?” Allah Elçisi ﷺ buyurdu: “Allahın ən çox sevdiyi insanlar başqalarına ən faydalı olanlardır. Allahın ən çox sevdiyi əməllər isə bir müsəlmanı sevindirmək, onun bir sıxıntısını aradan götürmək, bir borcunu ödəmək və ya aclığını aradan qaldırmaqdır. Bir ehtiyacından ötrü müsəlman qardaşımla getməyim mənim üçün məsciddə bir ay etikaf etməkdən daha sevimlidir. (Bu məsciddə, yəni Mədinə məscidində bir ay etikafda olmağımdan daha sevimlidir). Allah hirsini cilovlayanın eyibini örtər. Qəzəbləndiyi halda qəzəbini boğan kimsənin qəlbini Allah Qiyamət günü razılıqla doldurar. Kim müsəlman bir qardaşının ehtiyacı təmin edilənədək onunla gedərsə, ayaqların büdrədiyi gündə Allah onun qədəmini sabit edər”. Digər rəvayətdə bu əlavə var: “Həqiqətən, sirkə balı korladığı kimi pis əxlaq da əməli korlayır”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 665, 13468. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 906. ət-Tabərani “Mucəmul-Kəbir” 13468, 13646. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 176. İbn Əbud-Dunyə “Qadaul-Həvəic” 36.
İstinad
Fəzilətli əməllər, 674 (Kitab 14, 32)
Fəzilətli əməllər — Zahidlik