Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «الْمُؤْمِنُ الْقَوِىُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ وَفِى كُلٍّ خَيْرٌ احْرِصْ عَلَى مَا يَنْفَعُكَ وَاسْتَعِنْ بِاللَّهِ وَلاَ تَعْجِزْ وَإِنْ أَصَابَكَ شَىْءٌ فَلاَ تَقُلْ لَوْ أَنِّى فَعَلْتُ كَانَ كَذَا وَكَذَا. وَلَكِنْ قُلْ قَدَرُ اللَّهِ وَمَا شَاءَ فَعَلَ فَإِنَّ لَوْ تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir, lakin hər ikisində xeyir var. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, “əgər belə etsəydim, belə olardı”. Əksinə, de: “Bu, Allahın qədəridir, O, istədiyini etdi”. Çünki “əgər” kəlməsi şeytan əməlinə yol açır”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 2052, 6945.

İstinad

Fəzilətli əməllər, 675 (Kitab 14, 33)

Fəzilətli əməllər — Zahidlik