Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ سِتٌّ قِيلَ مَا هُنَّ يَا رَسُولَ اللَّهِ قَالَ إِذَا لَقِيتَهُ فَسَلِّمْ عَلَيْهِ وَإِذَا دَعَاكَ فَأَجِبْهُ وَإِذَا اسْتَنْصَحَكَ فَانْصَحْ لَهُ وَإِذَا عَطَسَ فَحَمِدَ اللَّهَ فَسَمِّتْهُ وَإِذَا مَرِضَ فَعُدْهُ وَإِذَا مَاتَ فَاتَّبِعْهُ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın müsəlman üzərində altı haqqı var”. Səhabələr: “Ey Allahın Elçisi, onlar hansılardır?”- deyə soruşdular. O buyurdu: “Səninlə qarşılaşdıqda ona salam ver, səni (qonaq) çağırdıqda onun dəvətini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona nəsihət ver, asqırıb “Əlhəmdulilləh”- dedikdə ona “Yərhəmu:kəllah!” (Allah sənə rəhm etsin!) - de, xəstələndikdə onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 4023, 5778.

İstinad

Fəzilətli əməllər, 677 (Kitab 14, 35)

Fəzilətli əməllər — Zahidlik