Davud peyğəmbərin nəsihəti
سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ أَبْزَى قَالَ: قَالَ دَاوُدُ: «كُنَّ لِلْيَتِيمِ كَالأَبِ الرَّحِيمِ، وَاعْلَمْ أَنَّكَ كَمَا تَزْرَعُ كَذَلِكَ تَحْصُدُ، مَا أَقْبَحَ الْفَقْرَ بَعْدَ الْغِنَى، وَأَكْثَرُ مِنْ ذَلِكَ، أَوْ أَقْبَحُ مِنْ ذَلِكَ، الضَّلاَلَةُ بَعْدَ الْهُدَى، وَإِذَا وَعَدْتَ صَاحِبَكَ فَأَنْجِزْ لَهُ مَا وَعَدْتَهُ، فَإِنْ لاَ تَفْعَلْ يُورِثُ بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ، وَتَعَوَّذْ بِاللَّهِ مِنْ صَاحِبٍ إِنْ ذَكَرْتَ لَمْ يُعِنْكَ، وَإِنْ نَسِيتَ لَمْ يُذَكِّرْكَ».
“Abdur-Rəhman ibn Əbzə ﵀ rəvayət edir ki, Davud ﵇ demişdir: “Yetimə rəhmli ata kimi ol! Bil ki, nə əkərsən, onu da biçərsən! Zəngin olduqdan sonra kasıblamaq necə də pisdir! Doğru yolda olduqdan sonra zəlalətə düşmək isə bundan da betər, bundan da pisdir. Dostuna vəd verdikdə, ona verdiyin vədi yerinə yetir. Əgər belə etməsən, bu, sizin aranıza ədavət salacaq. Yadına düşən işdə sənə yardım etməyən və unutduğun işi sənin yadına salmayan dostdan Allaha sığın!””
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 138. Hədisin isnadı səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 103.
İstinad
Fəzilətli əməllər, 678 (Kitab 14, 36)
Fəzilətli əməllər — Zahidlik