Namazı vida edənin namazı kimi qıl!
عَنْ أَبِي أَيُّوبً قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُوْلَ اللهِ! عَلِّمْنِي وَأَوْجِز، قَالَ: «إِذَا قُمتَ فِي صَلاَتِكَ فَصَلِّ صَلاَةَ مُوَدِّعٍ، وَلاَ تَكلَّمْ بِكَلاَمٍ تَعْتَذِرُ مِنْهُ، وَأجْمَع اليأَسَ عَمَّا فِي أَيْدِي النَّاسِ».
“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, məni qısa şəkildə öyrət!” Allah Elçisi ﷺ buyurdu: “Namaza durduğun zaman namazı vida edənin namazı qıl, üzr istəməli olacağın sözü danışma və insanların əlində olana ümidini kəsməkdə əzmkar ol!””
Qeyd
İbn Macə, 4171, 4310. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 401.
İstinad
Fəzilətli əməllər, 679 (Kitab 14, 37)
Fəzilətli əməllər — Zahidlik