Duanın fəziləti
عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ الدُّعَاءَ يَنْفَعُ مِمَّا نَزَلَ وَمِمَّا لَمْ يَنْزِلْ فَعَلَيْكُمْ عِبَادَ اللَّهِ بِالدُّعَاءِ»...«لاَ يَرُدُّ الْقَضَاء إِلاَّ الدُّعَاءُ، وَلاَ يَزِيْدُ فِي الْعُمُرِ إِلاَّ الْبِرُّ»....«لاَ يُغْنِي حَذَرٌ مِنْ قَدَرٍ، وَالدُّعَاءُ يَنْفَعُ مِمَّا نَزَلَ، وَمِمَّا لَمْ يَنْزِلْ، وَإِنَّ الْبَلاَءَ لَيَنْزِلُ فَيَتَلَقَّاهُ الدُّعَاءُ فَيَعْتَلِجَانِ إِلَى يَوْمِ الْقِيَامَةِ»
“Rəvayət edir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dua göndərilən və göndərilməyən bütün bəlalara qarşı faydalıdır. Elə isə Allaha dua edin, ey Allahın qulları!” Digər rəvayətlərdə deyilir: “Qəzavü-qədərin qarşısını yalnız dua alar, ömrü isə yalnız yaxşılıq artırar”. “Ehtiyat qədərdən xilas etmir. Dua göndərilən və göndərilməyən bütün bəlalara qarşı faydalıdır. Bəla gəldikdə dua onu qarşılayıb Qiyamət gününə qədər mübarizə aparır”.”
Qeyd
əl-Hakim, 1813. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7739.
İstinad
Fəzilətli əməllər, 681 (Kitab 15, 2)
Fəzilətli əməllər — Dua və Zikr