Kitab 15

Dua və Zikr

188

hədis

Fəsil 1

Duanın fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَيْسَ شَيْءٌ أَكْرَمَ عَلَى اللهِ سُبْحَانَهُ مِنَ الدُّعَاءِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Uca Allah üçün duadan daha əziz heç nə yoxdur”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 680 (Kitab 15, 1)

Qeyd

ət-Tirmizi, 3370, 3696. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 2232.

عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ الدُّعَاءَ يَنْفَعُ مِمَّا نَزَلَ وَمِمَّا لَمْ يَنْزِلْ فَعَلَيْكُمْ عِبَادَ اللَّهِ بِالدُّعَاءِ»...«لاَ يَرُدُّ الْقَضَاء إِلاَّ الدُّعَاءُ، وَلاَ يَزِيْدُ فِي الْعُمُرِ إِلاَّ الْبِرُّ»....«لاَ يُغْنِي حَذَرٌ مِنْ قَدَرٍ، وَالدُّعَاءُ يَنْفَعُ مِمَّا نَزَلَ، وَمِمَّا لَمْ يَنْزِلْ، وَإِنَّ الْبَلاَءَ لَيَنْزِلُ فَيَتَلَقَّاهُ الدُّعَاءُ فَيَعْتَلِجَانِ إِلَى يَوْمِ الْقِيَامَةِ»

“Rəvayət edir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dua göndərilən və göndərilməyən bütün bəlalara qarşı faydalıdır. Elə isə Allaha dua edin, ey Allahın qulları!” Digər rəvayətlərdə deyilir: “Qəzavü-qədərin qarşısını yalnız dua alar, ömrü isə yalnız yaxşılıq artırar”. “Ehtiyat qədərdən xilas etmir. Dua göndərilən və göndərilməyən bütün bəlalara qarşı faydalıdır. Bəla gəldikdə dua onu qarşılayıb Qiyamət gününə qədər mübarizə aparır”.”

İbn Ömər
HəsənFəzilətli əməllər, 681 (Kitab 15, 2)

Qeyd

əl-Hakim, 1813. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7739.

Fəsil 2

Dua ibadətdir

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ الدُّعَاءَ هُوَ الْعِبَادَةُ». ثُمَّ قَرَأَ }وَقَالَ رَبُّكُمُ ادْعُونِى أَسْتَجِبْ لَكُمْ{

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ: “Həqiqətən, dua ibadətdir!”- dedi və bu ayəni oxudu: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim” (Ğafir, 60)”.”

Numan ibn Bəşir
SəhihFəzilətli əməllər, 682 (Kitab 15, 3)

Qeyd

İbn Macə, 3828. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2330.

Fəsil 3

Dua etdikdə tələsməmək

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: يُسْتَجَابُ لأَحَدِكُمْ مَا لَمْ يَعْجَلْ يَقُولُ دَعَوْتُ فَلَمْ يُسْتَجَبْ لِي.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən dua etdim, amma duam qəbul olmadı” deməyən və (duasının qəbul olunmasına) tələsməyən kimsənin duası qəbul olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 683 (Kitab 15, 4)

Qeyd

əl-Buxari, 5865, 6340.

Fəsil 4

Hansı dua daha tez qəbul olunur?

عَنْ أَبِى أُمَامَةَ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ». عَنْ أَبِى ذَرٍّ وَابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ الدُّعَاءُ فِيهِ أَفْضَلُ أَوْ أَرْجَى».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Hansı dua daha tez qəbul olunur?” Allah Elçisi ﷺ buyurdu: “Gecənin axırında və fərz namazının sonunda edilən dua”. Əbu Zərr və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ buyurdu: “Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümidvericidir”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 684 (Kitab 15, 5)

Qeyd

ət-Tirmizi, 3499, 3838. Hədis həsəndir. Bax: Səhih Sunən ət-Tirmizi, 2782.

Fəsil 5

Gecənin axırında edilən dua daha fəzilətlidir

عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ فِي اللَّيْلِ لَسَاعَةً لَا يُوَافِقُهَا رَجُلٌ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ خَيْرًا مِنْ أَمْرِ الدُّنْيَا وَالْآخِرَةِ إِلَّا أَعْطَاهُ إِيَّاهُ وَذَلِكَ كُلَّ لَيْلَةٍ

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, gecə elə bir vaxt var ki, müsəlman o vaxta yetişib Allahdan dünya və Axirətə aid xeyir istəyərsə, Allah ona istədiyini verər. Bu, hər gecə belədir”.”

Cabir
SəhihFəzilətli əməllər, 685 (Kitab 15, 6)

Qeyd

Muslim, 757, 1259, 1806.

Fəsil 6

Dua etməyin qaydası

عَنْ فَضَالَةَ بْنِ عُبَيْدٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا إِذْ دَخَلَ رَجُلٌ فَصَلَّى فَقَالَ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى. فَقَالَ رَسُولُ اللَّهَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "عَجِلْتَ أَيُّهَا الْمُصَلِّى إِذَا صَلَّيْتَ فَقَعَدْتَ فَاحْمَدِ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ وَصَلِّ عَلَىَّ ثُمَّ ادْعُهُ". قَالَ ثُمَّ صَلَّى رَجُلٌ آخَرُ بَعْدَ ذَلِكَ فَحَمِدَ اللَّهَ وَصَلَّى عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "أَيُّهَا الْمُصَلِّى ادْعُ تُجَبْ"...عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: "إِنَّ الدُّعَاءَ مَوْقُوفٌ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَصْعَدُ مِنْهُ شَيْءٌ حَتَّى تُصَلِّيَ عَلَى نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ"

“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ məsciddə oturarkən bir kişi içəri daxil olub namaz qıldı və belə dua etdi: “Allahım, məni bağışla və mənə rəhm et!” Allah Elçisi ﷺ buyurdu: “Sən tələsdin, ey namaz qılan! Namaz qılıb oturduqda Allaha layiqincə həmd et, mənə salavat de, sonra dua et!” Bundan sonra başqa bir kişi namaz qıldı, Allaha həmd etdi və Peyğəmbərə ﷺ salavat etdi. Peyğəmbər ﷺ ona dedi: “Ey namaz qılan, dua et, duan qəbul olunacaq”. Digər rəvayətlərdə deyilir: Ömər ibn əl-Xattab buyurdu: “Dua göy ilə yer arasında dayanır. Peyğəmbərinə ﷺ salavat gətirməyənədək o duadan heç bir şey Allaha yüksəlməz”.”

Fədalə ibn Ubeyd
HəsənFəzilətli əməllər, 686 (Kitab 15, 7)

Qeyd

ət-Tirmizi, 486. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1676.

عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنْتُ أُصَلِّى وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ وَعُمَرُ مَعَهُ فَلَمَّا جَلَسْتُ بَدَأْتُ بِالثَّنَاءِ عَلَى اللَّهِ ثُمَّ الصَّلاَةِ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ دَعَوْتُ لِنَفْسِى فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «سَلْ تُعْطَهْ سَلْ تُعْطَهْ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən namaz qılırdım. Əbu Bəkr və Ömər Peyğəmbərlə ﷺ birlikdə idilər. Mən oturduqda Allaha həmd-səna etməyə başladım, sonra Peyğəmbərə ﷺ salavat gətirdim və sonra özüm üçün dua etdim. Peyğəmbər ﷺ buyurdu: “İstədiyini dilə, sənə veriləcək”.”

Abdullah
SəhihFəzilətli əməllər, 687 (Kitab 15, 8)

Qeyd

ət-Tirmizi, 593, 596. Hədis həsən-səhihdir. Bax: Mişkətul-Məsabih, 931.

Fəsil 7

Dua etdikdə əllərini Allaha doğru qaldıran

عَنْ سَلْمَانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "إِنَّ رَبَّكُمْ تَبَارَكَ وَتَعَالَى حَيِىٌّ كَرِيمٌ يَسْتَحْيِى مِنْ عَبْدِهِ إِذَا رَفَعَ يَدَيْهِ إِلَيْهِ أَنْ يَرُدَّهُمَا صِفْرًا".

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin Rəbbiniz Həyalı və Səxavətlidir. Əllərini Ona tərəf qaldırıb dua edən bəndəsinin əllərini boş qaytarmağa həya edir”.”

Salman
SəhihFəzilətli əməllər, 688 (Kitab 15, 9)

Qeyd

Əbu Davud, 1490; İbn Macə, 3865, 3998. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 1337.

Fəsil 8

Allahın adlarını sadalayan

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ لِلَّهِ تِسْعَةً وَتِسْعِينَ اسْمَا مِائَةً إِلاَّ وَاحِدًا مَنْ أَحْصَاهَا دَخَلَ الْجَنَّةَ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın yüzdən bir əskik, doxsan doqquz adı var. Kim onları sadalayarsa, Cənnətə daxil olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 689 (Kitab 15, 10)

Qeyd

əl-Buxari, 2531, 2736.

Fəsil 9

Müsəlman qardaşına etdiyin duaya “Amin” deyən var

سَمِعَ الصُّنَابِحِيَّ، أَنَّهُ سَمِعَ أَبَا بَكْرٍ الصِّدِّيقَ رَضِيَ اللَّهُ عَنْهُ: إِنَّ دَعْوَةَ الأَخِ فِي اللَّهِ تُسْتَجَابُ.

“əs-Sunabihi rəvayət edir ki, Əbu Bəkr əs-Siddiq ﵁ belə dedi: “Allah (rizasını qazanmaq) üçün qardaş olan kimsənin (mömin qardaşı üçün) etdiyi dua qəbuldur”.”

Əbu Bəkr əs-Siddiq
SəhihFəzilətli əməllər, 690 (Kitab 15, 11)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 624. Hədisin isnadı səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 487.

عَنْ صَفْوَانَ بْنِ عَبْدِ اللَّهِ بْنِ صَفْوَانَ، وَكَانَتْ تَحْتَهُ الدَّرْدَاءُ بِنْتُ أَبِي الدَّرْدَاءِ، قَالَ: قَدِمْتُ عَلَيْهِمُ الشَّامَ، فَوَجَدْتُ أُمَّ الدَّرْدَاءِ فِي الْبَيْتِ، وَلَمْ أَجِدْ أَبَا الدَّرْدَاءِ، قَالَتْ: أَتُرِيدُ الْحَجَّ الْعَامَ؟ قُلْتُ: نَعَمْ، قَالَتْ: فَادْعُ اللَّهَ لَنَا بِخَيْرٍ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: «إِنَّ دَعْوَةَ الْمَرْءِ الْمُسْلِمِ مُسْتَجَابَةٌ لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ، عِنْدَ رَأْسِهِ مَلَكٌ مُوَكَّلٌ، كُلَّمَا دَعَا لِأَخِيهِ بِخَيْرٍ قَالَ: آمِينَ، وَلَكَ بِمِثْلٍ». قَالَ: فَلَقِيتُ أَبَا الدَّرْدَاءِ فِي السُّوقِ فَقَالَ مِثْلَ ذَلِكَ، يَأْثُرُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ....«دُعَاءُ الأَخِ لأَخِيهِ بِظَهْرِ الْغَيْبِ لاَ يُرَدُّ».

“Əbu əd-Dərdənin ﵁ kürəkəni Səfvan ibn Abdullah ibn Səfvan ﵀ demişdir: “Mən Şama yoldaşımın ailəsinə baş çəkməyə gəldikdə Ummu Dərdənin evdə olduğunu gördüm. Əbu Dərdə isə evdə yox idi. Ummu Dərdə məndən: “Bu il həcc ziyarətinə getmək fikrin varmı?”– deyə soruşdu. Mən: “Bəli!”– deydim. O buyurdu: “Elə isə, bizim üçün Allaha xeyirli dualar et! Çünki Peyğəmbər ﷺ deyərdi: “Müsəlman bəndənin yanında olmayan qardaşı üçün etdiyi dua qəbuldur. Belə ki, dua edən adamın başı üzərində təyin olunmuş bir mələk var. Adam hər dəfə qardaşı üçün dua edib xeyir dilədikdə mələk: “Amin, sənə də onun misli qədər yetişsin!”- deyər”. Sonra mən bazarda Əbu Dərdə ilə rastlaşdım. O da bunu mənə Peyğəmbərdən ﷺ eynilə rəvayət etdi”. Digər rəvayətdə deyilir: “Müsəlman qardaşın yanında olmayan qardaşı üçün etdiyi dua rədd edilməz”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 691 (Kitab 15, 12)

Qeyd

əl-Bəzzər, 3577. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3379.

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَقُولُ مَنِ اسْتَغْفَرَ لِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ كَتَبَ اللَّهُ لَهُ بِكُلِّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ حَسَنَةً

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim mömin kişilər və mömin qadınlar üçün Allahdan bağışlanma diləyərsə, hər bir möminə görə ona bir savab yazılar”.”

Ubadə ibn əs-Samit
HəsənFəzilətli əməllər, 692 (Kitab 15, 13)

Qeyd

ət-Tabərani “Musnəduş-Şəmiyyin” 2155. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6026.

Fəsil 10

Dua bəlanın qarşısını alır

عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ يُغْنِي حَذَرٌ مِنْ قَدَرٍ، وَالدُّعَاءِ يَنْفَعُ مَمَّا نَزَلَ وَمِمَّا لَمْ يَنْزِلُ، وَإِنَّ البَلاَءِ لَيَنْزِلُ، فَيَتَلَقَّاُه الدُّعَاءُ، فَيَعْتَلِجَانِ إِلَى يَوُمِ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehtiyat qədəri dəyişmir, dua isə baş verən və baş verə biləcək (bəlanın qarşısını almaqda) fayda verir. Şübhəsiz ki, bəla gəldikdə dua ilə qarşılaşır və onlar Qiyamət gününədək bir-birilə mübarizə aparırlar”.”

Aişə
HəsənFəzilətli əməllər, 693 (Kitab 15, 14)

Qeyd

əl-Hakim, 2813. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7739.

قَالَ أَبُو سَعِيدٍ الْخُدْرِيُّ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يَدْعُو، لَيْسَ بِإِثْمٍ وَلاَ بِقَطِيعَةِ رَحِمٍ، إِلاَّ أَعْطَاهُ إِحْدَى ثَلاَثٍ: إِمَّا أَنْ يُعَجِّلَ لَهُ دَعْوَتَهُ، وَإِمَّا أَنْ يَدَّخِرَهَا لَهُ فِي الْآخِرَةِ، وَإِمَّا أَنْ يَدْفَعَ عَنْهُ مِنَ السُّوءِ مِثْلَهَا»، قَالَ: إِذًا نُكْثِرُ، قَالَ: «اللَّهُ أَكْثَرُ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. Əbu Səid dedi: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi ﷺ dedi: “Allah daha çox verəndir!””

Əbu Səid
SəhihFəzilətli əməllər, 694 (Kitab 15, 15)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 710. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 550.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «انْطَلَقَ ثَلاَثَةُ رَهْطٍ مِمَّنْ كَانَ قَبْلَكُمْ حَتَّى أَوَوُا الْمَبِيتَ إِلَى غَارٍ فَدَخَلُوهُ، فَانْحَدَرَتْ صَخْرَةٌ مِنَ الْجَبَلِ فَسَدَّتْ عَلَيْهِمُ الْغَارَ فَقَالُوا إِنَّهُ لاَ يُنْجِيكُمْ مِنْ هَذِهِ الصَّخْرَةِ إِلاَّ أَنْ تَدْعُوا اللَّهَ بِصَالِحِ أَعْمَالِكُمْ. فَقَالَ رَجُلٌ مِنْهُمُ اللَّهُمَّ كَانَ لِى أَبَوَانِ شَيْخَانِ كَبِيرَانِ، وَكُنْتُ لاَ أَغْبِقُ قَبْلَهُمَا أَهْلاً وَلاَ مَالاً، فَنَأَى بِى فِى طَلَبِ شَىْءٍ يَوْمًا، فَلَمْ أُرِحْ عَلَيْهِمَا حَتَّى نَامَا، فَحَلَبْتُ لَهُمَا غَبُوقَهُمَا فَوَجَدْتُهُمَا نَائِمَيْنِ وَكَرِهْتُ أَنْ أَغْبِقَ قَبْلَهُمَا أَهْلاً أَوْ مَالاً، فَلَبِثْتُ وَالْقَدَحُ عَلَى يَدَىَّ أَنْتَظِرُ اسْتِيقَاظَهُمَا حَتَّى بَرَقَ الْفَجْرُ، فَاسْتَيْقَظَا فَشَرِبَا غَبُوقَهُمَا، اللَّهُمَّ إِنْ كُنْتُ فَعَلْتُ ذَلِكَ ابْتِغَاءَ وَجْهِكَ فَفَرِّجْ عَنَّا مَا نَحْنُ فِيهِ مِنْ هَذِهِ الصَّخْرَةِ، فَانْفَرَجَتْ شَيْئًا لاَ يَسْتَطِيعُونَ الْخُرُوجَ». قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَقَالَ الآخَرُ اللَّهُمَّ كَانَتْ لِى بِنْتُ عَمٍّ كَانَتْ أَحَبَّ النَّاسِ إِلَىَّ، فَأَرَدْتُهَا عَنْ نَفْسِهَا، فَامْتَنَعَتْ مِنِّى حَتَّى أَلَمَّتْ بِهَا سَنَةٌ مِنَ السِّنِينَ، فَجَاءَتْنِى فَأَعْطَيْتُهَا عِشْرِينَ وَمِائَةَ دِينَارٍ عَلَى أَنْ تُخَلِّىَ بَيْنِى وَبَيْنَ نَفْسِهَا، فَفَعَلَتْ حَتَّى إِذَا قَدَرْتُ عَلَيْهَا قَالَتْ لاَ أُحِلُّ لَكَ أَنْ تَفُضَّ الْخَاتَمَ إِلاَّ بِحَقِّهِ. فَتَحَرَّجْتُ مِنَ الْوُقُوعِ عَلَيْهَا، فَانْصَرَفْتُ عَنْهَا وَهِىَ أَحَبُّ النَّاسِ إِلَىَّ وَتَرَكْتُ الذَّهَبَ الَّذِى أَعْطَيْتُهَا، اللَّهُمَّ إِنْ كُنْتُ فَعَلْتُ ذَلِكَ ابْتِغَاءَ وَجْهِكَ فَافْرُجْ عَنَّا مَا نَحْنُ فِيهِ. فَانْفَرَجَتِ الصَّخْرَةُ، غَيْرَ أَنَّهُمْ لاَ يَسْتَطِيعُونَ الْخُرُوجَ مِنْهَا. قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: وَقَالَ الثَّالِثُ اللَّهُمَّ إِنِّى اسْتَأْجَرْتُ أُجَرَاءَ فَأَعْطَيْتُهُمْ أَجْرَهُمْ، غَيْرَ رَجُلٍ وَاحِدٍ تَرَكَ الَّذِى لَهُ وَذَهَبَ فَثَمَّرْتُ أَجْرَهُ حَتَّى كَثُرَتْ مِنْهُ الأَمْوَالُ، فَجَاءَنِى بَعْدَ حِينٍ فَقَالَ يَا عَبْدَ اللَّهِ أَدِّ إِلَىَّ أَجْرِى. فَقُلْتُ لَهُ كُلُّ مَا تَرَى مِنْ أَجْرِكَ مِنَ الإِبِلِ وَالْبَقَرِ وَالْغَنَمِ وَالرَّقِيقِ. فَقَالَ يَا عَبْدَ اللَّهِ لاَ تَسْتَهْزِئْ بِى. فَقُلْتُ إِنِّى لاَ أَسْتَهْزِئُ بِكَ. فَأَخَذَهُ كُلَّهُ فَاسْتَاقَهُ فَلَمْ يَتْرُكْ مِنْهُ شَيْئًا، اللَّهُمَّ فَإِنْ كُنْتُ فَعَلْتُ ذَلِكَ ابْتِغَاءَ وَجْهِكَ فَافْرُجْ عَنَّا مَا نَحْنُ فِيهِ. فَانْفَرَجَتِ الصَّخْرَةُ فَخَرَجُوا يَمْشُونَ».

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və (yolda) gecələmək üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar (bir-birinə) dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan biri dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verərdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdim, lakin (gəlib) onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə (süd dolu) bardaq onların yuxudan oyanmasını gözlədim. (Nəhayət,) onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz (çətinlikdən) qurtar!” Bundan sonra (mağaranın keçidi) bir balaca açıldı, lakin onlar (bayıra) çıxa bilmədilər”. Peyğəmbər ﷺ buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, (quraqlıq ilində) o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərti ilə yüz iyirmi dinar verdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Nikaha girmədən bakirəliyimi pozmağa sənə halallıq vermirəm”. Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!” Bundan sonra qaya parçası yerindən tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər”. Peyğəmbər ﷺ buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! (Bir dəfə) mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm”. Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər”.”

Abdullah ibn Ömər
SəhihFəzilətli əməllər, 695 (Kitab 15, 16)

Qeyd

əl-Buxari, 2111, 2272.

Fəsil 11

Rədd olunmayan dualar

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ثَلاَثُ دَعَوَاتٍ لاَ تُرَدُّ دَعْوَةُ الْوَالِدِ، وَدَعْوَةُ الصَّائِمِ وَدَعْوَةُ الْمُسَافِرِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 696 (Kitab 15, 17)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 6619; əd-Diya “Əhədisul-Muxtəra” 2057. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3032.

عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ثِنْتَانِ لاَ تُرَدَّانِ أَوْ قَلَّمَا تُرَدَّانِ الدُّعَاءُ عِنْدَ النِّدَاءِ وَعِنْدَ الْبَأْسِ حِينَ يُلْحِمُ بَعْضُهُمْ بَعْضًا». عَنْ سَهْلِ بْنِ سَعْدٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَوَقْتُ الْمَطَرِ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan verildikdə və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua”. Həmçinin Peyğəmbər ﷺ buyurdu: “Və yağış vaxtı!””

Səhl ibn Səd
SəhihFəzilətli əməllər, 697 (Kitab 15, 18)

Qeyd

Əbu Davud, 2540, 2542. Hədisin “Və yağış vaxtı!” hissəsindən başqa qalan hissəsi səhihdir. Bax: Mişkətul-Məsabih, 672.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «ثَلاَثُ دَعَوَاتٍ مُسْتَجَابَاتٌ لاَ شَكَّ فِيهِنَّ دَعْوَةُ الْوَالِدِ وَدَعْوَةُ الْمُسَافِرِ وَدَعْوَةُ الْمَظْلُومِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 698 (Kitab 15, 19)

Qeyd

Əbu Davud, 1536, 1538. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 596.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «ثَلاثَةٌ لا يَردُّ اللهُ دُعَاءَهُمْ: الذَّاكر الله كَثِيراً، وَدَعْوَةُ الْمَظْلُومِ، وَالإِمَامُ الْمُقْسِط».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 699 (Kitab 15, 20)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 7358. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1211.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «الدُّعَاءُ لاَ يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Azan ilə iqamə arası edilən dua rədd olunmaz”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 700 (Kitab 15, 21)

Qeyd

Əhməd, 12200, 12221. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 244.

Fəsil 12

Hansı zikrləri etdikdən sonra dualar qəbul olunur?

عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِيِّ صلى الله عليه وسلم ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، عَلِّمْنِي كَلِمَاتٍ أَدْعُو بِهِنَّ فِي صَلاَتِي ؟ قَالَ : سَبِّحِي اللَّهَ عَشْرًا ، وَاحْمَدِيهِ عَشْرًا ، وَكَبِّرِيهِ عَشْرًا ، ثُمَّ سَلِيهِ حَاجَتَكِ يَقُلْ : نَعَمْ ، نَعَمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib belə dedi: “Ey Allahın Elçisi, mənə namazımda deyəcəyim bəzi kəlmələr öyrət!” Peyğəmbər ﷺ dedi: “Allahı on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) et. Sonra ehtiyacını istə”. Sonra (istədiklərin veriləcək mənasında): “Bəli, bəli”- dedi”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 701 (Kitab 15, 22)

Qeyd

ən-Nəsəi “Sunən” 1282, 1299, 1307. Hədisin isnadı həsəndir. Bax: Silsilə əs-Səhihə, 13/141, hədis: 3338.

Fəsil 13

Allahın əzəmətli adları

عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كُنْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا فِي الْحَلْقَةِ ، وَرَجُلٌ قَائِمٌ يُصَلِّي ، فَلَمَّا رَكَعَ سَجَدَ وَتَشَهَّدَ ، دَعَا ، فَقَالَ فِي دُعَائِهِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ الْحَنَّانُ الْمَنَّانُ ، بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ ، يَا ذَا الْجَلاَلِ وَالْإِكْرَامِ ، يَا حَيُّ يَا قَيَّامُ ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ. ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : أَتَدْرُونَ بِمَا دَعَا ؟ قَالُوا : اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ ، فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَقَدْ دَعَا بِاسْمِهِ الْعَظِيمِ الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ ، وَإِذَا سُئِلَ بِهِ أَعْطَى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə bir yığıncaqda oturmuşdum. Bir kişi namaz qılarkən ruku, səcdə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ibadətə layiq məbud yoxdur, Sən yazığı gələn, lütf edən, yeri, göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Allahım Sənə yalvarıram...!” Bu vaxt Peyğəmbər ﷺ buyurdu: “Onun necə dua etdiyini bilirsiniz?” Səhabələr dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “Canım əlində Olana and olsun ki, o, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 702 (Kitab 15, 23)

Qeyd

İbn Hibban, 893. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Məvariduz-Zaman, 2021.

أَنَّ مِحْجَنَ بْنَ الأَدْرَعِ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ إِذَا رَجُلٌ قَدْ قَضَى صَلاَتَهُ وَهُوَ يَتَشَهَّدُ فَقَالَ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ يَا اللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ الصَّمَدُ الَّذِى لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ أَنْ تَغْفِرَ لِى ذُنُوبِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «قَدْ غُفِرَ لَهُ». ثَلاَثًا. ...«لَقَدْ سَأَلَ اللَّهَ بِاسْمِهِ الْأَعْظَمِ الَّذِي إِذَا سُئِلَ بِهِ أَعْطَى وَإِذَا دُعِيَ بِهِ أَجَابَ».

“Mihcən ibn əl-Ədrai ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə girdikdə bir kişi namazını bitirərkən təşəhhüddə belə dua etdi: “Alla:hummə inni əs'əlukə yə: Alla:hu biənnəkəl-Va:hidul-Əhədus-Samədulləzi: ləm yəlid va ləm yu:ləd va ləm yəkun ləhu: kufuvən əhəd, ən təğfira li: zunu:bi:, innəkə əntəl-Ğafu:rur-Rahi:m!” Allah Elçisi ﷺ üç dəfə dedi: “Artıq o bağışlandı!” Digər rəvayətdə deyilir: “...O, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər”.”

Mihcən ibn əl-Ədrai
SəhihFəzilətli əməllər, 703 (Kitab 15, 24)

Qeyd

İbn Macə, 3847, 3857; Əhməd, 23041, 23091. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1342.

عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «اسْمُ اللَّهِ الأَعْظَمُ فِى هَاتَيْنِ الآيَتَيْنِ }وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ{ وَفَاتِحَةُ سُورَةِ آلِ عِمْرَانَ }الم اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ{.

“Əsmə bint Yəzid ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (əl-Bəqərə, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)” (Ali-İmran, 1-2)”.”

Əsmə bint Yəzid
HəsənFəzilətli əməllər, 704 (Kitab 15, 25)

Qeyd

Əbu Davud, 1498; İbn Macə, 3855. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 980.

عَنْ أَنَسٍ كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَدَعَا رَجُلٌ فَقَالَ: يَا بَدِيعَ السَّمَاوَاتِ، يَا حَيُّ يَا قَيُّومُ، إِنِّي أَسْأَلُكَ. فَقَالَ: «أَتَدْرُونَ بِمَا دَعَا؟ وَالَّذِي نَفْسِي بِيَدِهِ، دَعَا اللَّهَ بِاسْمِهِ الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ».

“Ənəs ﵁ rəvayət edir ki, mən Peyğəmbər ﷺ ilə bir yerdə idim. Bir kişi belə dua etdi: “Yə: Bədi:as-Səmə:və:ti, Yə: Həyyu, Yə: Qayyu:mu, inni əs'əlukə!” Peyğəmbər ﷺ dedi: “Bilirsinizmi nə dua etdi? Canım əlində Olana and olsun! O, Allahın elə bir adı ilə dua etdi ki, onunla nə dua edilərsə, qəbul olunar”.”

Ənəs
SəhihFəzilətli əməllər, 705 (Kitab 15, 26)

Qeyd

əl-Buxari ”Ədəbul Mufrad” 705. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 546.

Fəsil 14

Möminlər üçün bağışlanma diləməyin fəziləti

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنِ اسْتَغْفَرَ لِلْمُؤْمِنِينَ وَالمُؤْمِنَاتِ كَتَبَ الله لَهُ بِكُلِّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ حَسَنَةً»

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim mömin kişi və mömin qadınlar üçün bağışlanma diləyərsə, Allah hər mömin kişi və hər mömin qadına görə ona bir savab yazar”.”

Ubadə ibn əs-Samit
HəsənFəzilətli əməllər, 706 (Kitab 15, 27)

Qeyd

ət-Tabərani “Musnəduş-Şəmiyyin” 2155. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6026.

Fəsil 15

Duaları çoxaldın!

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَرَّهُ أَنْ يَسْتَجِيْبَ اللهُ لَهُ عِنْدَ الشَّدَائِدِ وَالْكُرَبِ فَلْيُكْثِرِ الدُّعَاءَ فِي الرَخَاءِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimi sıxıntı və kədər anında duasının qəbul olunması sevindirirsə, qoy xoş günündə duasını çoxaltsın”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 707 (Kitab 15, 28)

Qeyd

ət-Tirmizi, 3382, 3710. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 593.

عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا سَأَلَ أَحَدُكُمْ فَلْيُكْثِر فَإِنَّمَا يَسْأَلُ رَبَّهُ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz Allahdan istədikdə, çox istəsin, çünki o, öz Rəbbindən istəyir”.”

Aişə
SəhihFəzilətli əməllər, 708 (Kitab 15, 29)

Qeyd

İbn Hibban, 889. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1226, 1325.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكْثِرُوا الدُّعَاءَ"..."أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا, فَأَمَّا الرُّكُوعُ, فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ, فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ".

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!” Digər rəvayətdə deyilir: “Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Siz rukuda Rəbbi ﷿ təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olunar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 709 (Kitab 15, 30)

Qeyd

Muslim, 479, 738, 1102; Əbu Davud, 876; Əhməd, 1900.

Fəsil 16

Peyğəmbərə ﷺ edilən salavatın fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ أَحَدٍ يُسَلِّمُ عَلَىَّ إِلاَّ رَدَّ اللَّهُ عَلَىَّ رُوحِى حَتَّى أَرُدَّ عَلَيْهِ السَّلاَمَ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə salam verərsə, Allah onun salamını qaytarmağım üçün ruhumu geri qaytarar”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 710 (Kitab 15, 31)

Qeyd

Əbu Davud, 2043. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2266.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا صَلَّى عَلَىَّ أَحَدٌ صَلاَةً إِلاَّ صَلَّتْ عَلَيْهِ الْمَلاَئِكَةُ مَا دَامَ يُصَلِّى عَلَىَّ فَلْيُقِلَّ عَبْدٌ مِنْ ذَلِكَ أَوْ لِيُكْثِرْ».

“Abdullah ibn Amir ibn Rabia atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənə salavat edən elə bir kəs yoxdur ki, mənə salavat etdiyi müddətdə mələklər ona xeyir-dua etməsinlər. Qul bunu istər çox, istərsə də az etsin”.”

Abdullah ibn Amir ibn Rabia atasından
HəsənFəzilətli əməllər, 711 (Kitab 15, 32)

Qeyd

Əhməd, 15727,16097. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5744.

حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ صَلَّى عَلَىَّ صَلاَةً وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرَ صَلَوَاتٍ وَحُطَّتْ عَنْهُ عَشْرُ خَطِيئَاتٍ وَرُفِعَتْ لَهُ عَشْرُ دَرَجَاتٍ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim mənə bir dəfə salavat edərsə, Allah ona on dəfə salavat edər, onun on günahı silinər və o, on dərəcə yüksələr”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 712 (Kitab 15, 33)

Qeyd

ən-Nəsəi “Sunən” 1297, 1305. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1657.

عَنْ أَبِي بَكْرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا الصَّلاَةَ عَلَيَّ فَإِنَّ اللهَ وَكَّلَ بِي مَلَكاً عِنْدَ قَبْرِي، فَإِذَا صَلِّى عَلَىَّ رَجُلٌ مِنْ أُمَّتِي، قَالَ لِي ذَلِكَ الْمَلَك: يَا مُحَمَّد! إِنَّ فُلاَنَ ابْنَ فُلاَنٍ صَلَّى عَلَيْكَ السَّاعةَ».

“Rəvayət edilir ki, Əbu Bəkr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə salavat etməyi çoxaldın! Həqiqətən, Allah bir mələyi qəbrimin yanında mənə müvəkkil etmişdir. Ümmətimdən bir kişi mənə salavat etdikdə həmin mələk mənə deyir: “Ey Muhəmməd! İndicə filankəsin oğlu filankəs sənə salavat etdi”.”

Əbu Bəkr
HəsənFəzilətli əməllər, 713 (Kitab 15, 34)

Qeyd

əd-Deyləmi, 1/31. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1530.

عَنْ سَعِيدِ بْنِ عُمَيْرٍ الأَنْصَارِيِّ، عَنْ أَبِيهِ وَكَانَ بَدْرِيًّا قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ صَلَّى عَلَيَّ مِنْ أُمَّتِي صَلاَةً مُخْلِصًا مِنْ قَلْبِهِ، صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرَ صَلَوَاتٍ، وَرَفَعَهُ بِهَا عَشْرَ دَرَجَاتٍ، وَكَتَبَ لَهُ بِهَا عَشْرَ حَسَنَاتٍ، وَمَحَا عَنْهُ عَشْرَ سَيِّئَاتٍ».

“Səid ibn Umeyr əl-Ənsari Bədr əhlindən olan atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən hər kim mənə qəlbindəki ixlasla salavat göndərərsə, Allah buna görə ona on dəfə salavat edər, onun məqamını on dərəcə qaldırar, ona on savab yazar və onun on günahını silər”.”

Səid ibn Umeyr əl-Ənsari atasından
HəsənFəzilətli əməllər, 714 (Kitab 15, 35)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 9809. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3360.

سَمِعْتُ أَنَسًا، وَمَالِكَ بْنَ أَوْسِ بْنِ الْحَدَثَانِ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ يَتَبَرَّزُ فَلَمْ يَجِدْ أَحَدًا يَتْبَعُهُ، فَخَرَجَ عُمَرُ فَاتَّبَعَهُ بِفَخَّارَةٍ أَوْ مِطْهَرَةٍ، فَوَجَدَهُ سَاجِدًا فِي مِسْرَبٍ، فَتَنَحَّى فَجَلَسَ وَرَاءَهُ، حَتَّى رَفَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأْسَهُ فَقَالَ: «أَحْسَنْتَ يَا عُمَرُ حِينَ وَجَدْتَنِي سَاجِدًا فَتَنَحَّيْتَ عَنِّي، إِنَّ جِبْرِيلَ جَاءَنِي فَقَالَ: مَنْ صَلَّى عَلَيْكَ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ، وَرَفَعَ لَهُ عَشْرَ دَرَجَاتٍ».

“Ənəs və Malik ibn Ovs əl-Hədəsan ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ subaşına çıxdı və kimsənin onu təqib etdiyini görmədi. Bu əsnada Ömər cürdək, yaxud aftafa götürüb onun arxasınca getdi. Ömər onu su hovuzunun yanında səcdəyə qapanmış gördü. Ömər geri çəkilib onun arxa tərəfində oturdu. Nəhayət, o, başını səcdədən qaldırıb dedi: “Əhsən sənə, ey Ömər! Mənim səcdəyə qapandığımı görüb məndən aralandın. Cəbrail ﵇ yanıma gəlib dedi: “Kim sənə bir salavat desə, Allah ona on salavat yetirər və onun üçün on dərəcə yüksəldər”.”

Ənəs və Malik ibn Ovs ibn əl-Hədəsan
HəsənFəzilətli əməllər, 715 (Kitab 15, 36)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 642. Hədis həsəndir. Bax: Səhih Ədəbul-Mufrad, 499.

Fəsil 17

Cəhənnəmdən sığınıb Cənnəti istəyən

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا اسْتَجَارَ عَبْدٌ مِنَ النَّارِ سَبْعَ مَرَّاتٍ فِي يَوْمٍ إِلاَّ قَالَتْ النَّارُ: يَا رَبِّ! إِنَّ عَبْدَكَ فُلاَناً قَدْ اسْتَجَارَكَ مِنِّي فَأَجِرْهُ، وَلاَ يَسأَلُ الله عَبْد الْجَنَّةَ فِي يَوْمٍ سَبْعَ مَرَّاتٍ إِلاَّ قَالَتْ الْجَنَّةُ: يَا رَبِّ! إِنَّ عَبْدَكَ فُلاَناً سَأَلَنِي فَأَدْخِلْهُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qul bir gündə yeddi dəfə Cəhənnəmdən qorunmağını istəsə, Cəhənnəm belə deyər: “Ya Rəbb, Sənin filan qulun məndən Sənə sığındı, onu qoru!” Həmçinin qul bir gündə yeddi dəfə Allahdan Cənnəti istəsə, Cənnət belə deyər: “Ya Rəbb, Sənin filan qulun məni istədi, onu (Cənnətə) daxil et!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 716 (Kitab 15, 37)

Qeyd

İshaq ibn Rahaveyh, 213; ət-Tayəlisi, 2702; Əbu Yalə, 6192. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2506.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَأَلَ اللَّهَ الْجَنَّةَ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ الْجَنَّةُ اللَّهُمَّ أَدْخِلْهُ الْجَنَّةَ. وَمَنِ اسْتَجَارَ مِنَ النَّارِ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ النَّارُ اللَّهُمَّ أَجِرْهُ مِنَ النَّارِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allahdan üç dəfə Cənnəti istəyərsə, Cənnət deyər: “Allahım, onu Cənnətə daxil et!” Kim də Allahdan üç dəfə Cəhənnəmdən qorunmağını istəyərsə, Cəhənnəm deyər: “Allahım, onu Cəhənnəmdən qoru!””

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 717 (Kitab 15, 38)

Qeyd

ət-Tirmizi, 2572, 2772. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6275.

Fəsil 18

Zikr etməyin fəziləti

عَنْ أَبِي مُوسَى قَالَ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لَا يَذْكُرُ رَبَّهُ مَثَلُ الْحَيِّ وَالْمَيِّتِ".

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir”.”

Əbu Musa
SəhihFəzilətli əməllər, 718 (Kitab 15, 39)

Qeyd

əl-Buxari, 6044, 6407.

عَنْ أَبِى هُرَيْرَة عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ أَنَا مَعَ عَبْدِى إِذَا هُوَ ذَكَرَنِى وَتَحَرَّكَتْ بِى شَفَتَاهُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 719 (Kitab 15, 40)

Qeyd

İbn Macə, 3792, 3924; Əhməd, 10989, 11267. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2285.

حَدَّثَنِى عَمْرُو بْنُ عَبَسَةَ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِى جَوْفِ اللَّيْلِ الآخِرِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِى تِلْكَ السَّاعَةِ فَكُنْ».

“Amr ibn Abəsə ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Rəbbin qula ən yaxın olan vaxtı gecənin axırıdır. Əgər o vaxt Allahı zikr edənlərdən olmağı bacarırsansa, ol!””

Amr ibn Abəsə
SəhihFəzilətli əməllər, 720 (Kitab 15, 41)

Qeyd

ət-Tirmizi, 3579, 3928. Hədis səhihdir. Bax:Səhih əl-Cami, 1173.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «يَقُولُ اللَّهُ تَعَالَى أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى، وَأَنَا مَعَهُ إِذَا ذَكَرَنِى، فَإِنْ ذَكَرَنِى فِى نَفْسِهِ ذَكَرْتُهُ فِى نَفْسِى، وَإِنْ ذَكَرَنِى فِى مَلأٍ ذَكَرْتُهُ فِى مَلأٍ خَيْرٍ مِنْهُمْ، وَإِنْ تَقَرَّبَ إِلَىَّ بِشِبْرٍ تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا، وَإِنْ تَقَرَّبَ إِلَىَّ ذِرَاعًا تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا، وَإِنْ أَتَانِى يَمْشِى أَتَيْتُهُ هَرْوَلَةً»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə dedi: “Uca Allah buyurur: “Qulum mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 721 (Kitab 15, 42)

Qeyd

əl-Buxari, 6856, 7405.

عَنِ ابْنِ أَبِى أَوْفَى قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ خِيَارَ عِبَادِ اللَّهِ الَّذِينَ يُرَاعُونَ الشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ وَالأَظِلَّةَ لِذِكْرِ اللَّهِ عَزَّ وَجَلَّ».

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın ən xeyirli bəndələri günəşi, ayı, ulduzları və kölgəlikləri Allahı ﷿ zikr etmək üçün istifadə edənlərdir”.”

İbn Əbu Əufə
SəhihFəzilətli əməllər, 722 (Kitab 15, 43)

Qeyd

əl-Hakim, 163; əl-Beyhəqi “Sunənul-Kubra” 1656, 1854. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 3440.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِذَا دَخَلَ الرَّجُلُ بَيْتَهُ فَذَكَرَ اللَّهَ عِنْدَ دُخُولِهِ وَعِنْدَ طَعَامِهِ قَالَ الشَّيْطَانُ لَا مَبِيتَ لَكُمْ وَلَا عَشَاءَ وَإِذَا دَخَلَ فَلَمْ يَذْكُرْ اللَّهَ عِنْدَ دُخُولِهِ قَالَ الشَّيْطَانُ أَدْرَكْتُمْ الْمَبِيتَ وَإِذَا لَمْ يَذْكُرْ اللَّهَ عِنْدَ طَعَامِهِ قَالَ أَدْرَكْتُمْ الْمَبِيتَ وَالْعَشَاءَ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Adam evinə daxil olarkən və yemək yeyərkən Allahı zikr etsə, şeytan belə deyir: “Sizin (burada) nə gecələməyə, nə də yaşamağa yeriniz var”. Adam evinə daxil olarkən Allahı zikr etməzsə, şeytan belə deyir: “Gecəni keçirə bilərsiniz”. Həmçinin adam yemək yeyərkən Allahı zikr etməzsə, şeytan belə deyir: “Həm gecələməyə, həm də yaşamağa yeriniz var”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 723 (Kitab 15, 44)

Qeyd

Muslim, 2018, 3762, 5381.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَرَجَ مُعَاوِيَةُ عَلَى حَلْقَةٍ فِى الْمَسْجِدِ فَقَالَ مَا أَجْلَسَكُمْ قَالُوا جَلَسْنَا نَذْكُرُ اللَّهَ. قَالَ آللَّهِ مَا أَجْلَسَكُمْ إِلاَّ ذَاكَ قَالُوا وَاللَّهِ مَا أَجْلَسَنَا إِلاَّ ذَاكَ. قَالَ أَمَا إِنِّى لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ وَمَا كَانَ أَحَدٌ بِمَنْزِلَتِى مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَقَلَّ عَنْهُ حَدِيثًا مِنِّى وَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ عَلَى حَلْقَةٍ مِنْ أَصْحَابِهِ فَقَالَ «مَا أَجْلَسَكُمْ». قَالُوا جَلَسْنَا نَذْكُرُ اللَّهَ وَنَحْمَدُهُ عَلَى مَا هَدَانَا لِلإِسْلاَمِ وَمَنَّ بِهِ عَلَيْنَا. قَالَ «آللَّهِ مَا أَجْلَسَكُمْ إِلاَّ ذَاكَ». قَالُوا وَاللَّهِ مَا أَجْلَسَنَا إِلاَّ ذَاكَ. قَالَ «أَمَا إِنِّى لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ وَلَكِنَّهُ أَتَانِى جِبْرِيلُ فَأَخْبَرَنِى أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُبَاهِى بِكُمُ الْمَلاَئِكَةَ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir gün Muaviyə məsciddə (elm üçün) toplanmış bir dəstənin yanına gəldi və dedi: “Sizi belə oturdan nədir?” Onlar dedilər: “Oturub Allahı zikr edirik”. Muaviyə dedi: “Deyin: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Onlar dedilər: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Muaviyə dedi: “Sizə and içdirməyim sizə inanmadığıma görə deyil. Allah Elçisinin ﷺ yanında tutduğum məqama baxmayaraq, məndən az hədis rəvayət edən yoxdur. Bir dəfə Allah Elçisi ﷺ məsciddə (elm üçün) toplanmış səhabələrin yanına gəlib soruşdu: “Sizi belə oturdan nədir?” Onlar dedilər: “Oturub Allahı zikr edir, bizi İslama hidayət etməsinə və bununla bizə mərhəmət etməsinə qarşılıq olaraq Ona həmd edirik”. Allah Elçisi ﷺ soruşdu: “Deyin: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Onlar dedilər: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Allah Elçisi ﷺ buyurdu: “Sizə and içdirməyim sizə inanmadığıma görə deyil. Lakin, Cəbrail yanıma gəlib Allahın ﷿ mələklərin qarşısında sizinlə öyündüyünü xəbər verdi”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 724 (Kitab 15, 45)

Qeyd

Muslim, 4869, 7032.

عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَلاَ أُنَبِّئُكُمْ بِخَيْرِ أَعْمَالِكُمْ وَأَزْكَاهَا عِنْدَ مَلِيكِكُمْ وَأَرْفَعِهَا فِى دَرَجَاتِكُمْ وَخَيْرٌ لَكُمْ مِنْ إِنْفَاقِ الذَّهَبِ وَالْوَرِقِ وَخَيْرٌ لَكُمْ مِنْ أَنْ تَلْقَوْا عَدُوَّكُمْ فَتَضْرِبُوا أَعْنَاقَهُمْ وَيَضْرِبُوا أَعْنَاقَكُمْ». قَالُوا بَلَى. قَالَ «ذِكْرُ اللَّهِ تَعَالَى». فَقَالَ مُعَاذُ بْنُ جَبَلٍ مَا شَىْءٌ أَنْجَى مِنْ عَذَابِ اللَّهِ مِنْ ذِكْرِ اللَّهِ.

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Sizə əməllərinizin ən xeyirlisi, Hökmdarınızın dərgahında ən təmizi, dərəcələrinizdən ən yüksəyi, sizin üçün qızıl, gümüş xərcləməkdən, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini bildirimmi?” Səhabələr: “Bəli”- dedilər. O buyurdu: “Bu, Uca Allahı zikr etməkdir”. Muaz ibn Cəbəl dedi: “Allahın əzabından xilas edən ən yaxşı (vasitə) Allahı zikr etməkdir”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 725 (Kitab 15, 46)

Qeyd

ət-Tirmizi, 3377, 3704. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1493.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ رَاكِبٍ يَخْلُوا فِي مَسيْرِهِ بِاللهِ وَذِكْرِهِ إِلاَّ كَانَ رَدْفهُ مَلَكٌ، وَلاَ يَخْلُوا بِشِعرٍ وَنَحْوِهِ إِلاَّ كَانَ رَدْفهُ شَيْطَانٌ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Miniyə oturub yol gedərkən Allahı zikr etmək üçün vaxt ayıran elə bir kəs yoxdur ki, arxasında bir mələk oturmasın. (Miniyə oturub yol gedərkən) şeir və ona bənzər şeylərə vaxt ayıran elə bir kəs yoxdur ki, arxasında bir şeytan oturmasın”.”

Uqbə ibn Amir
HəsənFəzilətli əməllər, 726 (Kitab 15, 47)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 895. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5706.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسِيرُ فِى طَرِيقِ مَكَّةَ فَمَرَّ عَلَى جَبَلٍ يُقَالُ لَهُ جُمْدَانُ فَقَالَ «سِيرُوا هَذَا جُمْدَانُ سَبَقَ الْمُفَرِّدُونَ». قَالُوا وَمَا الْمُفَرِّدُونَ يَا رَسُولَ اللَّهِ قَالَ «الذَّاكِرُونَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتُ»...«الَّذِينَ يهترون فِي ذِكْرِ اللهِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkə yolunda gedərkən Cumdən adlı bir dağın yanından keçdi və buyurdu: “Gedin, bu Cumdəndir! Mufərridlər (Allahı təkləşdirənlər) hamını geridə qoydular”. Səhabələr dedilər: “Mufərridlər kimlərdir, ey Allahın Elçisi?” O buyurdu: “Allahı çox zikr edən kişilər və qadınlar”. Digər rəvayətdə deyilir: “Özlərini Allahı zikr etməyə həsr edənlər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 727 (Kitab 15, 48)

Qeyd

Əhməd, 8273. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ: إِنَّ لِكُلِّ شَيْءٍ صِقَالَةً, وَإِنَّ صِقَالَةَ الْقُلُوبِ ذِكْرُ اللَّهِ عَزَّ وَجَلَّ, وَمَا مِنْ شَىْءٍ أَنْجَى مِنْ عَذَابِ اللَّهِ مِنْ ذِكْرِ اللَّهِ قَالُوا: وَلاَ الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ؟ قَالَ: وَلاَ الْجِهَادُ, إِلاَّ أَنْ يَضْرِبَ بِسَيْفِهِ حَتَّى يَنْقَطِعَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, hər bir şeyin təmizləyicisi var. Qəlblərin təmizləyicisi Allahı ﷿ zikr etməkdir. Allahın əzabından Allahı zikr etməkdən daha çox xilas edən başqa bir şey yoxdur”. Səhabələr dedilər: “Allah yolunda cihad etməkdən də?” O buyurdu: “Cihad etməkdən də. Yalnız öldürülənə qədər qılıncı ilə döyüşən istisnadır”.”

Abdullah ibn Ömər
SəhihFəzilətli əməllər, 728 (Kitab 15, 49)

Qeyd

əl-Beyhəqi “Dəvətul-Kəbir” 19. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1495.

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ عَجَزَ مِنْكُمْ عَنْ اللَّيلُ أَنْ يُكَابِدَهُ بَخِلَ بِالْمَالِ أَنْ يُنفِقَهُ وَ جَبُنَ عَنِ الْعَدِوِّ أَنْ يُجَاهِدَهُ فَلْيُكْثِرْ ذِكْرِ الله.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə (namaza) qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, Allahı çox zikr etsin”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 729 (Kitab 15, 50)

Qeyd

əl-Bəzzər, 4904. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1496.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ تَعَالَى مِنْ صَلاَةِ الْغَدَاةِ حَتَّى تَطْلُعَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَلأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ مِنْ صَلاَةِ الْعَصْرِ إِلَى أَنْ تَغْرُبَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sübh namazından gün çıxana qədər Uca Allahı zikr edən camaatla oturmaq, mənim üçün İsmayıl övladından dörd qulu azad etməkdən daha sevimlidir. Həmçinin Əsr namazından gün batana qədər Allahı zikr edən camaatla oturmaq, mənim üçün dörd qul azad etməkdən daha sevimlidir“.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 730 (Kitab 15, 51)

Qeyd

Əbu Davud, 3667, 3669. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2916.

Fəsil 19

Allahı çox zikr edənlər

عَنْ أَبِى سَعِيدٍ وَأَبِى هُرَيْرَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَيْقَظَ الرَّجُلُ أَهْلَهُ مِنَ اللَّيْلِ فَصَلَّيَا أَوْ صَلَّى رَكْعَتَيْنِ جَمِيعًا كُتِبَا فِى الذَّاكِرِينَ وَالذَّاكِرَاتِ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ demişlər: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişi gecə vaxtı öz zövcəsini oyadar, birlikdə və ya ayrılıqda iki rükət namaz qılarlarsa, Allahı çox zikr edən kişilərdən və Allahı çox zikr edən qadınlardan yazılmış olarlar”.”

Əbu Səid və Əbu Hureyra
SəhihFəzilətli əməllər, 731 (Kitab 15, 52)

Qeyd

Əbu Davud, 1309, 1311. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1238.

Fəsil 20

Dilin Allahın zikrindən qurumasın!

عَنْ عَبْدِ اللهِ بْنِ بُسْر الْمَازِنِي قَالَ: جَاءَ أَعْرَابِيَانِ إِلَى رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَحَدهُمَا: يَا رَسُوْلَ اللهِ أَيُّ النَّاسِ خَيْرٌ قَالَ: «طُوبَى لِمَنْ طَالَ عُمُرَهُ وَحَسُنَ عَمَلهُ». وَقَالَ الآخَر: أَيُّ الْعَمَلِ خَيْرٌ قَالَ: «أَنْ تُفَارِقَ الدُّنْيَا وَلِسَانُكَ رَطْبٌ مِنْ ذِكْرِ اللهِ».

“Rəvayət edilir ki, Abdullah ibn Busr əl-Məzini ﵁ demişdir: “İki bədəvi Allah Elçisinin ﷺ yanına gəldi və onlardan biri soruşdu: “Ey Allahın Elçisi, hansı insan ən xeyirlidir?” O buyurdu: “Ömrü üzün və əməli gözəl olana xoş olsun!” Digəri dedi: “Hansı əməl ən xeyirlidir?” Allah Elçisi ﷺ buyurdu: “Dünyadan dilin Allahın zikrindən islaq halda ayrıl”.”

Abdullah ibn Busr əl-Məzini
SəhihFəzilətli əməllər, 732 (Kitab 15, 53)

Qeyd

Əbu Nueym “Hilyətul-Əuliyə” 355. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3282.

أن مُعَاذَ بن جَبَلٍ قَالَ لَهُمْ: إِنَّ آخِرَ كَلامٍ فَارَقْتُ عَلَيْهِ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ قُلْتُ: أَيُّ الأَعْمَالِ أَحَبُّ إِلَى اللَّهِ؟ قَالَ: "أَنْ تَمُوتَ وَلِسَانُكَ رَطْبٌ مِنْ ذِكْرِ اللَّهِ"

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisindən ﷺ ayrılarkən son eşitdiyim kəlmə “hansı əməl Allaha daha sevimlidir?”- sualıma “ölənə qədər dilin Allahı zikr etməkdən qurumasın”- cavabını verməsidir”.”

Muaz ibn Cəbəl
SəhihFəzilətli əməllər, 733 (Kitab 15, 54)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 208, 16634. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1492.

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ شَرَائِعَ الإِسْلاَمِ قَدْ كَثُرَتْ عَلَىَّ فَأَخْبِرْنِى بِشَىْءٍ أَتَشَبَّثُ بِهِ. قَالَ «لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ».

“Abdullah ibn Busr ﵁ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk yapışım”. Peyğəmbər ﷺ buyurdu: “Çalış, dilin daim Allahı zikr etməklə islaq qalsın!””

Abdullah ibn Busr
SəhihFəzilətli əməllər, 734 (Kitab 15, 55)

Qeyd

ət-Tirmizi, 3375, 3702. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7700.

عَنْ عَبْدِ اللهِ بْنِ سَلاَمٍ قَالَ: قَالَ مُوسَى عَلَيْهِ السَّلامُ : يَا رَبِ، مَا الشُّكْرُ الَّذِي يَنْبَغِي لَك، قَالَ: يَا مُوسَى لاَ يَزَالُ لِسَانُك رَطْبًا مِنْ ذِكْرِي

“Rəvayət edilir ki, Abdullah ibn Səlam ﵁ demişdir: “Musa ﵇ belə buyurmuşdur: “Ya Rəbb! Sənə layiq olan şükür nədir?” Allah buyurdu: “Ey Musa, dilin Məni zikr etməkdən qurumasın!””

Abdullah ibn Səlam
SəhihFəzilətli əməllər, 735 (Kitab 15, 56)

Qeyd

İbn Əbud-Dunyə “əş-Şukur” 39; Əbu Yalə “Tabaqat əl-Hənəbilə” 1/194; İbn Mubarək “əz-Zuhd” 942. Əsər səhihdir.

Fəsil 21

Azanı eşidən zaman deyilən zikr

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ رَضِيتُ بِاللَّهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولًا وَبِالْإِسْلَامِ دِينًا غُفِرَ لَهُ ذَنْبُهُ

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim müəzzini eşidərək: “Əşhədu əl-lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu və ənnə Muhəmmədən abduhu va rasu:luhu, radi:tu billə:hi Rabbən və bi Muhəmmədin rasu:lən, va bil-İslə:mi di:nən!”- deyərsə, günahları bağışlanar”.”

Səd ibn Əbu Vəqqas
SəhihFəzilətli əməllər, 736 (Kitab 15, 57)

Qeyd

Muslim, 386, 579, 877.

سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ بِلاَلٌ يُنَادِى فَلَمَّا سَكَتَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ قَالَ مِثْلَ هَذَا يَقِينًا دَخَلَ الْجَنَّةَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ buyurur: “Allah Elçisi ﷺ ilə birlikdə idik. Bilal ayağa qalxaraq azan oxumağa başladı. Azanı bitirdikdə Allah Elçisi ﷺ buyurdu: “Kim bunu yəqinliklə təkrar edərsə, Cənnətə girər”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 737 (Kitab 15, 58)

Qeyd

ən-Nəsəi “Sunən” 674, 682. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 676.

عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ الْمُؤَذِّنُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ فَقَالَ أَحَدُكُمْ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ ثُمَّ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الصَّلَاةِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الْفَلَاحِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةَ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, sizdən biriniz “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Əşhədu əl-lə: ilə:hə illəllah” dedikdə, o da “Əşhədu əl-lə: ilə:hə illəllah”- deyərsə; müəzzin: “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- dedikdə, o da “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- deyərsə; sonra müəzzin: “Həyyə aləs-saləh”- dedikdə, o: “Lə: həulə va lə: quvvətə illə: billəh” deyərsə; sonra müəzzin: “Həyyə aləl-fələh”- dedikdə, o: “Lə: həulə va lə: quvvətə illə: billəh”- deyərsə; sonra müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, o da “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Lə: ilə:hə illəllah” dedikdə, o da ürəkdən “Lə: ilə:hə illəllah”- deyərsə, Cənnətə girər”.”

Ömər ibn əl-Xattab
SəhihFəzilətli əməllər, 738 (Kitab 15, 59)

Qeyd

Muslim, 385, 578, 876.

Fəsil 22

“əl-Vasilə” məqamı

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِذَا سَمِعْتُمْ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ ثُمَّ صَلُّوا عَلَيَّ فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلَاةً صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرًا ثُمَّ سَلُوا اللَّهَ لِي الْوَسِيلَةَ فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللَّهِ وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ فَمَنْ سَأَلَ لِي الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Müəzzinin azan verdiyini eşitdiyiniz zaman siz də onun dediklərini təkrar edin, sonra da mənə salavat deyin. Kim mənə bir salavat edərsə, Allah ona bunun sayəsində on salavat edər. Sonra Allahdan mənim üçün “əl-Vasilə” (məqamını) istəyin. Həqiqətən, o, Cənnətdə Allahın qullarından bir qul üçün layiq görülmüş bir yerdir. Mən ümid edirəm ki, o yer mənə veriləcəkdir. Kim mənim üçün “əl-Vasilə” (məqamını) istəyərsə, şəfaətimə nail olar”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 739 (Kitab 15, 60)

Qeyd

Muslim, 384, 577, 875.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الْوَسِيلةُ دَرَجَةٌ عِنْدَ اللهِ، لَيْسَ فَوْقهَا دَرَجَةٌ، فَسَلوا اللهَ أَنْ يُؤتِيَنِي الْوَسِيلَةَ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “əl-Vasilə” (məqamı) Allahın dərgahında elə bir dərəcədir ki, ondan üstün bir dərəcə yoxdur. Elə isə Allaha dua edin ki, “əl-Vasilə” (məqamını) mənə versin”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 740 (Kitab 15, 61)

Qeyd

Əhməd, 11783, 11800. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3571.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِى وَعَدْتَهُ، حَلَّتْ لَهُ شَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ».

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim azanı eşitdikdə: “Alla:hummə Rabbə hə:zihid-də'vətit-tə:mmə, vas-salə:til-qa:imə, ə:ti Muhəmmədənil-vasi:lətə val-fədi:lətə, vab'ashu məqa:mən məhmu:dənilləzi: vəadtəhu!”- deyərsə, Qiyamət günü mənim şəfaətimə qovuşar”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 741 (Kitab 15, 62)

Qeyd

əl-Buxari, 579, 614.

Fəsil 23

Dəstəmaz aldıqdan sonra deyilən zikr

عَن أبي سعيد الْخُدْرِيّ قَالَ: قَالَ رَسُول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «من قَرَأَ سُورَة الْكَهْف كَمَا أنزلت كَانَت لَهُ نورا يَوْم الْقِيَامَة من مقَامه إِلَى مَكَّة، وَمن قَرَأَ عشر آيَات من آخرهَا ثمَّ خرج الدَّجَّال لم يُسَلط عَلَيْهِ، وَ مَنْ تَوَضَّأَ ثمَّ قَالَ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إلَهَ إلَّا أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إلَيْكَ كُتِبَ فِي رَقٍّ ثُمَّ طُبِعَ بِطَابَعٍ فَلَمْ يُكْسَرْ إلَى يَوْمِ الْقِيَامَةِ»

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsini nazil olduğu kimi oxuyarsa, bu, onun üçün Qiyamət günü durduğu yerdən Məkkəyə qədər nur olacaq. Kim onun axırıncı on ayəsini oxuyar, sonra Dəccal peyda olarsa, ona təsir göstərə bilməz. Kim dəstəmaz alıb bu duanı: “Subhə:nəkə Alla:hummə və bihəmdikə, əşhədu əl-lə: ilə:hə illə: əntə, əstəğfirukə va ətu:bu ileyk”– deyərsə, dəri üzərinə yazılıb möhür vurular və Qiyamətə qədər sınmaz”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 742 (Kitab 15, 63)

Qeyd

əl-Hakim, 564, 2072. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 220, 1473.

Fəsil 24

Məscidə girərkən edilən zikr

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ إِذَا دَخَلَ الْمَسْجِدَ قَالَ :«أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنْ الشَّيْطَانِ الرَّجِيمِ». قَالَ: «أَقَطْ؟». قُلْتُ :«نَعَمْ». قَالَ: «فَإِذَا قَالَ ذَلِكَ قَالَ الشَّيْطَانُ: حُفِظَ مِنِّي سَائِرَ الْيَوْمِ».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ məscidə girərkən dedi: “Əu:zu billə:hil-Azi:m va bivachihil-Kəri:m va sulta:nihil-qadi:m minəş-şeyta:nir-raci:m!” (Məscidə girərkən) bunu söylədikdə şeytan belə deyir: “O, günün qalan hissəsini də məndən qorundu”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 743 (Kitab 15, 64)

Qeyd

Əbu Davud, 466. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 749.

Fəsil 25

Namazda edilən duaların fəziləti

عَنْ أَنَس قَالَ جَاءَ رَجُلٌ وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّلاَةِ فَقَالَ الْحَمْدُ لِلَّهِ حَمْداً كَثِيراً طَيِّباً مُبَارَكاً فِيهِ. فَلَمَّا قَضَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ قَالَ «أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا». قَالَ فَأَرَمَّ الْقَوْمُ - قَالَ - فَأَعَادَهَا ثَلاَثَ مِرَارٍ فَقَالَ رَجُلٌ أَنَا قُلْتُهَا وَمَا أَرَدْتُ بِهَا إِلاَّ الْخَيْرَ. قَالَ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لَقَدِ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكاً فَمَا دَرَوْا كَيْفَ يَكْتُبُونَهَا حَتَّى سَأَلُوا رَبَّهُمْ عَزَّ وَجَلَّ قَالَ اكْتُبُوهَا كَمَا قَالَ عَبْدِى»

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən bir kişi gəlib dedi: “Əlhəmdulillə:hi həmdən kəsi:ran tayyibən mubə:rakən fi:hi!” Namazı bitirdikdən sonra Peyğəmbər ﷺ soruşdu: “Bu kəlməni deyən kimdir?” İnsanlar susdular və o, bunu üç dəfə təkrarladı. Həmin kişi dedi: “Onu mən dedim və onu deməkdə də istəyim yalnız xeyir idi”. Peyğəmbər ﷺ dedi: “Artıq on iki mələk (onu yazmaq üçün bir-biri ilə) yarışdılar, lakin onu necə yazacaqlarını bilmədilər. Nəhayət, Rəblərindən ﷿ soruşdular. O da: “Qulumun söylədiyi kimi yazın!”- deyə buyurdu”.”

Ənəs
SəhihFəzilətli əməllər, 744 (Kitab 15, 65)

Qeyd

Əhməd, 12988, 13341, 13843. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.

عَنِ ابْنِ عُمَرَ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ اللَّهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا وَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنِ الْقَائِلُ كَذَا وَكَذَا». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا يَا رَسُولَ اللَّهِ. قَالَ «عَجِبْتُ لَهَا فُتِحَتْ لَهَا أَبْوَابُ السَّمَاءِ». قَالَ ابْنُ عُمَرَ مَا تَرَكْتُهُنَّ مُنْذُ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qılarkən camaatdan bir kişi (dua edərək) belə dedi: “Alla:hu əkbəru kəbi:ran, valhəmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi bukratən va əsi:lən!” Allah Elçisi ﷺ dedi: “Filan-filan kəlmələri deyən kim idi?” Camaatdan bir kişi dedi: “Mən idim, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Buna təəccüb etdim - və ya bu mənada sözlər dedi - səma qapıları bunun üçün açıldı”. İbn Ömər dedi: “Bu kəlmələri Allah Elçisindən ﷺ eşitdiyim gündən bəri tərk etmədim”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 745 (Kitab 15, 66)

Qeyd

Muslim, 943, 1386; ət-Tirmizi, 3592, 3941; ən-Nəsəi “Sunən” 886.

عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ: كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ». قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، فَلَمَّا انْصَرَفَ قَالَ: «مَنِ الْمُتَكَلِّمُ»، قَالَ: أَنَا، قَالَ: «رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ».

“Rəvayət edilir ki, Rifəa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. O, rukudan başını qaldırıb: “Səmi Alla:hu limən həmidəh”- dedi. Arxasında duran bir nəfər isə: “Rabbənə: va ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!”- dedi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Səhabə: “Mən”- dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə bir-birini ötməyə çalışırdılar”.”

Rifəa ibn Rafi əz-Zuraqi
SəhihFəzilətli əməllər, 746 (Kitab 15, 67)

Qeyd

əl-Buxari, 757, 799.

Fəsil 26

İstiftahda deyilən zikrin fəziləti

عَنْ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَحَبَّ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الْعَبْدُ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَى جَدُّكَ، وَلاَ إِلَهَ غَيْرُكَ، وَإِنَّ أَبْغَضَ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الرَّجُلُ لِلرَّجُلِ: اتَّقِ اللَّهَ فَيَقُولُ: عَلَيْكَ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun belə deməsidir: “Subhə:nəkə Alla:hummə va bihəmdikə va təbə:rakə ismukə və təa:lə: cəddukə va lə: ilə:hə ğayruk!” Həqiqətən, Allahın nifrət etdiyi kəlmə isə bir kişinin digərinə: ”Allahdan qorx!”- dedikdə, onun: “Get, öz işinlə məşğul ol!”- deməsidir”.”

Abdullah
SəhihFəzilətli əməllər, 747 (Kitab 15, 68)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10619. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2598, 2939.

Fəsil 27

Namazdan sonra deyilən zikrlər

عَنْ أَبِى هُرَيْرَةَ - وَهَذَا حَدِيثُ قُتَيْبَةَ أَنَّ فُقَرَاءَ الْمُهَاجِرِينَ أَتَوْا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا ذَهَبَ أَهْلُ الدُّثُورِ بِالدَّرَجَاتِ الْعُلَى وَالنَّعِيمِ الْمُقِيمِ. فَقَالَ « وَمَا ذَاكَ ». قَالُوا يُصَلُّونَ كَمَا نُصَلِّى وَيَصُومُونَ كَمَا نَصُومُ وَيَتَصَدَّقُونَ وَلاَ نَتَصَدَّقُ وَيُعْتِقُونَ وَلاَ نُعْتِقُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَفَلاَ أُعَلِّمُكُمْ شَيْئًا تُدْرِكُونَ بِهِ مَنْ سَبَقَكُمْ وَتَسْبِقُونَ بِهِ مَنْ بَعْدَكُمْ وَلاَ يَكُونُ أَحَدٌ أَفْضَلَ مِنْكُمْ إِلاَّ مَنْ صَنَعَ مِثْلَ مَا صَنَعْتُمْ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « تُسَبِّحُونَ وَتُكَبِّرُونَ وَتَحْمَدُونَ دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ مَرَّةً ». قَالَ أَبُو صَالِحٍ فَرَجَعَ فُقَرَاءُ الْمُهَاجِرِينَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا سَمِعَ إِخْوَانُنَا أَهْلُ الأَمْوَالِ بِمَا فَعَلْنَا فَفَعَلُوا مِثْلَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ». وَزَادَ غَيْرُ قُتَيْبَةَ فِى هَذَا الْحَدِيثِ عَنِ اللَّيْثِ عَنِ ابْنِ عَجْلاَنَ قَالَ سُمَىٌّ فَحَدَّثْتُ بَعْضَ أَهْلِى هَذَا الْحَدِيثَ فَقَالَ وَهِمْتَ إِنَّمَا قَالَ « تُسَبِّحُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ وَتَحْمَدُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ وَتُكَبِّرُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ ». فَرَجَعْتُ إِلَى أَبِى صَالِحٍ فَقُلْتُ لَهُ ذَلِكَ فَأَخَذَ بِيَدِى فَقَالَ اللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ حَتَّى تَبْلُغَ مِنْ جَمِيعِهِنَّ ثَلاَثَةً وَثَلاَثِينَ. قَالَ ابْنُ عَجْلاَنَ فَحَدَّثْتُ بِهَذَا الْحَدِيثِ رَجَاءَ بْنَ حَيْوَةَ فَحَدَّثَنِى بِمِثْلِهِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Kasıb mühacirlər Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Varlılar ən yüksək məqamlara və tükənməz nemətlərə nail oldular”. Allah Elçisi ﷺ: “Bu necə ola bilər?”– deyə soruşdu. Dedilər: “Onlar bizim kimi namaz qılır və bizim kimi oruc tuturlar. Üstəlik, onlar sədəqə verir, biz isə verə bilmirik, onlar kölə azad edir, biz isə azad edə bilmirik”. Allah Elçisi ﷺ buyurdu: “Sizə elə bir şey öyrədimmi ki, onu yerinə yetirməklə sizi ötüb keçənlərə çatasınız, sizdən sonra yaşayanlardan heç kəs sizə çata bilməsin və sizin etdiyinizi edənlər istisna olmaqla, aranızda olan kimsələrin ən xeyirlisi siz olasınız?” Onlar: “Bəli, ey Allahın Elçisi!”– dedikdə o, belə buyurdu: “Hər (vacib) namazdan sonra otuz üç dəfə “Subhən-Allah”, “Əlhəmdulilləh” və “Allahu Əkbər” deyin!” Bir müddət keçdikdən sonra kasıb mühacirlər Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Varlı qardaşlarımız bizim dediklərimizi eşitdilər. İndi onlar da bu zikrləri deyirlər”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın lütfüdür, onu istədiyinə verər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 748 (Kitab 15, 69)

Qeyd

Muslim, 1347, 1375.

عَنْ أَنَسٍ قَالَ لَمَّا قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ أَتَاهُ الْمُهَاجِرُونَ فَقَالُوا يَا رَسُولَ اللَّهِ مَا رَأَيْنَا قَوْمًا أَبْذَلَ مِنْ كَثِيرٍ وَلاَ أَحْسَنَ مُوَاسَاةً مِنْ قَلِيلٍ مِنْ قَوْمٍ نَزَلْنَا بَيْنَ أَظْهُرِهِمْ لَقَدْ كَفَوْنَا الْمُؤْنَةَ وَأَشْرَكُونَا فِى الْمَهْنَإِ حَتَّى خِفْنَا أَنْ يَذْهَبُوا بِالأَجْرِ كُلِّهِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ مَا دَعَوْتُمُ اللَّهَ لَهُمْ وَأَثْنَيْتُمْ عَلَيْهِمْ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra bir dəfə mühacirlər onun yanına gəlib dedilər: “Ey Allahın Elçisi, biz ənsar qədər malının çoxundan da, azından da olduqca çox xərcləyən və olduqca əliaçıq olan başqa birisini görməmişik. Onlar bizim qeydimizə qalmış və bizim bütün ehtiyaclarımızı ödəmişlər. Qorxuruq ki, savabın hamısını onlar qazana”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, nə qədər ki, siz onlar üçün Allaha dua edirsiniz və (yaxşı əməllərinə görə) onları tərifləyirsiniz, (siz də savab qazanırsınız)”.”

Ənəs
SəhihFəzilətli əməllər, 749 (Kitab 15, 70)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 217; ət-Tirmizi, 2487, 2675. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3026.

عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مُعَقِّبَاتٌ لاَ يَخِيبُ قَائِلُهُنَّ يُسَبِّحُ اللَّهَ فِى دُبُرِ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ وَيَحْمَدُهُ ثَلاَثًا وَثَلاَثِينَ وَيُكَبِّرُهُ أَرْبَعًا وَثَلاَثِينَ».

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər namazdan sonra edilən zikrlər var ki, onları deyənlər xəsarətə uğramazlar. Otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) etmək”.”

Kəb ibn Ucra
SəhihFəzilətli əməllər, 750 (Kitab 15, 71)

Qeyd

ən-Nəsəi “Sunən” 1349, 1357. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 102.

عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، أَنَّ نَفَرًا مِنْ بَنِي عُذْرَةَ ثََلاَثَةً ، أَتَوْا النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْلَمُوا ، قَالَ : فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ يَكْفِينِِيهِمْ ؟ قَالَ طَلْحَةُ : أَنَا . قَالَ : فَكَانُوا عِنْدَ طَلْحَةَ ، فَبَعَثَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعْثًا فَخَرَجَ فيه أَحَدُهُمْ فَاسْتُشْهِدَ ، قَالَ : ثُمَّ بَعَثَ بَعْثًا فَخَرَجَ فِيهِ آخَرُ فَاسْتُشْهِدَ ، قَالَ : ثُمَّ مَاتَ الثَّالِثُ عَلَى فِرَاشِهِ ، قَالَ طَلْحَةُ : فَرَأَيْتُ هَؤُلاءِ الثَّلاثَةَ الَّذِينَ كَانُوا عِنْدِي فِي الْجَنَّةِ ، فَرَأَيْتُ الْمَيِّتَ عَلَى فِرَاشِهِ أَمَامَهُمْ ، وَرَأَيْتُ الَّذِي اسْتُشْهِدَ أَخِيرًا يَلِيهِ ، وَرَأَيْتُ الَّذِي اسْتُشْهِدَ أَوَّلَهُمِ آخِرَهُمْ ، قَالَ : فَدَخَلَنِي مِنْ ذَلِكَ ، قَالَ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، قَالَ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وَمَا أَنْكَرْتَ مِنْ ذَلِكَ لَيْسَ أَحَدٌ أَفْضَلَ عِنْدَ اللهِ مِنْ مُؤْمِنٍ يُعَمَّرُ فِي الإِسْلامِ لِتَسْبِيحِهِ وَتَكْبِيرِهِ وَتَهْلِيلِهِ.

“Abdullah ibn Şəddad ﵁ rəvayət etmişdir ki, Bəni Uzra qəbiləsindən üç nəfər Peyğəmbərin ﷺ yanına gəlib İslam dinini qəbul etdilər. Sonra Peyğəmbər ﷺ: “Kim bunları öz himayəsinə götürə bilər?”– dedi və Talhə ibn Ubeydullah bu işi öz boynuna götürdü. Bir müddət sonra Peyğəmbər ﷺ ordu hazırlayıb döyüşə göndərdi. Həmin üç nəfərdən biri onlara qoşuldu və döyüşdə şəhid oldu. Daha sonra Peyğəmbər ﷺ yenə ordu hazırlayıb döyüşə göndərdi. Yenə onlardan biri orduya qoşuldu və döyüşdə şəhid oldu. Üçüncüsü isə yataqda vəfat etdi. Talhə dedi: “Mən yuxuda bu üç nəfərin Cənnətə girdiyini gördüm. Mən yataqda vəfat edənin öndə durduğunu, ikinci şəhid olanın onun arxasında durduğunu, ilk şəhid olanın isə onların arxasında durduğunu gördüm. Bu yuxu mənə qəribə gəldi və mən onu Peyğəmbərə ﷺ danışdım”. Peyğəmbər ﷺ dedi: “Səni təəccübləndirən nədir?! Allah yanında təsbih, təkbir və təhlil gətirərək İslamda yaşayan mömindən daha fəzilətli bir kimsə ola bilməz”.”

Abdullah ibn Şəddad
SəhihFəzilətli əməllər, 751 (Kitab 15, 72)

Qeyd

Əhməd, 1401; ən-Nəsəi “Sunənul-Kubra” 10606. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 654.

عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ: مُعَقِّبَاتٌ لاَ يَخِيبُ قَائِلُهُنَّ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، مِئَةَ مَرَّةٍ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Fərz namazını bitirdikdən sonra oxunan zikr var ki, hər kim bunları yüz dəfə desə, ziyana uğramaz: Subhə:n-Allah, vəl-həmdulilləh, va lə: ilə:hə illəllah, valla:hu əkbər!””

Kəb ibn Ucra
SəhihFəzilətli əməllər, 752 (Kitab 15, 73)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 622. Əsər səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 486.

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ سَبَّحَ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلَاةٍ ثَلَاثًا وَثَلَاثِينَ وَحَمِدَ اللَّهَ ثَلَاثًا وَثَلَاثِينَ وَكَبَّرَ اللَّهَ ثَلَاثًا وَثَلَاثِينَ فَتْلِكَ تِسْعَةٌ وَتِسْعُونَ وَقَالَ تَمَامَ الْمِائَةِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ غُفِرَتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Kim hər namazdan sonra otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz üç dəfə “Allahu Əkbər” deyərsə, bunlar doxsan doqquzdur. Yüzü tamamlayaraq: “Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadi:r!”- deyərsə, onun günahları dənizin köpükləri qədər olsa belə, bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 753 (Kitab 15, 74)

Qeyd

Muslim, 597, 939, 1380.

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ وَقَالَ «يَا مُعَاذُ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ». فَقَالَ «أُوصِيكَ يَا مُعَاذُ لاَ تَدَعَنَّ فِى دُبُرِ كُلِّ صَلاَةٍ تَقُولُ اللَّهُمَّ أَعِنِّى عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ». وَأَوْصَى بِذَلِكَ مُعَاذٌ الصُّنَابِحِىَّ وَأَوْصَى بِهِ الصُّنَابِحِىُّ أَبَا عَبْدِ الرَّحْمَنِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ əlimdən tutub buyurdu: “Ey Muaz, Allaha and olsun ki, həqiqətən, mən səni sevirəm. Allaha and olsun ki, həqiqətən, mən səni sevirəm. Ey Muaz, sənə tövsiyə edirəm ki, hər namazın arxasınca: “Alla:hummə, əinni: alə: zikrikə va şukrikə va husni ibə:dətik!”- deməyi tərk etməyəsən”.”

Muaz ibn Cəbəl
SəhihFəzilətli əməllər, 754 (Kitab 15, 75)

Qeyd

Əbu Davud, 1522, 1524. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 949.

Fəsil 28

Sübh namazından sonra deyilən zikrlər

عَنِ الْمُنَيْذِرِ صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ يَكُونُ بِإِفْرِيقِيَّةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَنْ قَالَ إِذَا أَصْبَحَ: رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالإِسْلامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، فَأَنَا الزَّعِيمُ لآخُذَ بِيَدِهِ حَتَّى أُدْخِلَهُ الْجَنَّةَ.

“Allah Elçisinin ﷺ əshabından olan Muneyzir ﵁ Afrikada olanda belə demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Kim səhərə çıxaraq: “Radi:tu billə:hi Rabbən, va bil-İslə:mi di:nən, va bi Muhəmmədin nəbiyyən!”– deyərsə, (Qiyamət günü) mən ona zamin olaraq əlindən tutub Cənnətə daxil edəcəyəm”.”

Muneyzir
HəsənFəzilətli əməllər, 755 (Kitab 15, 76)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 17225. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2686.

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ قَالَ فِي دُبُرِ صَلاةِ الْغَدَاةِ: لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَيُحْيِي وَيُمِيتُ بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدْيرٌ مِئَةَ مَرَّةٍ قَبْلَ أَنْ يَثْنِيَ رِجْلَيْهِ، كَانَ يَوْمَئِذٍ أَفْضَلَ أَهْلِ الأَرْضِ إِلا مَنْ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَى مَا قَالَ".

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra ayaqlarını uzatmadan: “Lə: ilə:hə illəlla:hu, vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru, va huvə alə: kulli şey in qadi:r!”- yüz dəfə deyərsə, həmin gün o, onun kimi və ya ondan artıq deyəndən başqa yer əhlinin ən fəzilətlisi sayılar”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 756 (Kitab 15, 77)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 8001, 8075. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2664.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَبَّحَ فِى دُبُرِ صَلاَةِ الْغَدَاةِ مِائَةَ تَسْبِيحَةٍ وَهَلَّلَ مِائَةَ تَهْلِيلَةٍ غُفِرَتْ لَهُ ذُنُوبُهُ وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra yüz dəfə “subhən-Allah”, yüz dəfə “lə: ilə:hə illəllah” deyərsə, dənizin köpüyü qədər günahları olsa belə, bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 757 (Kitab 15, 78)

Qeyd

ən-Nəsəi “Sunən” 1362. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1354.

عَنْ جُوَيْرِيَةَ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنْ عِنْدِهَا بُكْرَةً حِينَ صَلَّى الصُّبْحَ وَهِيَ فِي مَسْجِدِهَا ثُمَّ رَجَعَ بَعْدَ أَنْ أَضْحَى وَهِيَ جَالِسَةٌ فَقَالَ مَا زِلْتِ عَلَى الْحَالِ الَّتِي فَارَقْتُكِ عَلَيْهَا قَالَتْ نَعَمْ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقَدْ قُلْتُ بَعْدَكِ أَرْبَعَ كَلِمَاتٍ ثَلَاثَ مَرَّاتٍ لَوْ وُزِنَتْ بِمَا قُلْتِ مُنْذُ الْيَوْمِ لَوَزَنَتْهُنَّ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ

“Cuveyriyə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ səhər tezdən onun yanından Sübh namazını qılmaq üçün çıxdı. Cuveyriyə namaz qıldığı yerdə idi və Allah Elçisi ﷺ günəş çıxandan sonra qayıdana qədər orada oturmuşdu. O: “Hələ də səni tərk etdiyim vəziyyətdəsən?”- deyə soruşdu. Cuveyriyə: “Bəli”- deyə cavab verdi. O buyurdu: “Səndən ayrıldıqdan sonra üç dəfə dörd kəlmə söylədim. Onlar sənin bu gün söylədiklərindən ağır gəlir: “Subhə:n-Alla:hi va bihəmdihi, adədə xalqihi va rida: nəfsihi va zinətə arşihi va midə:də kəlimə:tihi!””

Cuveyriyə
SəhihFəzilətli əməllər, 758 (Kitab 15, 79)

Qeyd

Muslim, 2726, 4905, 7088.

Fəsil 29

Sübh və Məğrib namazlarından sonra deyilən zikr

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ حِينَ يَنْصَرِفُ مِنْ صَلاةِ الْغَدَاةِ قَبْلَ أَنْ يَتَكَلَّمَ لاَ إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عَشْرَ مَرَّاتٍ أُعْطِيَ بِهِنَّ سَبْعًا كُتِبَ لَهُ بِهِنَّ عَشْرُ حَسَنَاتٍ وَمُحِيَ عَنْهُ بِهِنَّ عَشْرُ سَيِّئَاتٍ وَرُفِعَ لَهُ بِهِنَّ عَشْرُ دَرَجَاتٍ وَكُنَّ لَهُ عَدْلُ عَشْرِ نَسَمَاتٍ وَكُنَّ لَهُ حَافِظًا مِنَ الشَّيْطَانِ وَحِرْزًا مِنَ الْمَكْرُوهِ وَلَمْ يَلْحَقْهُ فِي يَوْمِهِ ذَلِكَ ذَنْبٌ إِلا الشِّرْكُ بِاللَّهِ عَزَّ وَجَلَّ وَمَنْ قَالَهُنَّ حِينَ يَنْصَرِفُ مِنَ الْمَغْرِبِ أُعْطِيَ مِثْلُ ذَلِكَ لَيْلَتَهُ

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazını qıldıqdan sonra danışmadan on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, ona yeddi üstünlük verilər; buna görə ona on savab yazılar, on günahı silinər, on dərəcə yüksəldilər, on qul azad etmiş kimi savab verilər, şeytandan və günahlardan qorunar, Allaha ﷿ şərik qoşmaq istisna olmaqla həmin gün ona heç bir günah yazılmaz. Kim bunu Məğrib namazından sonra deyərsə, həmin gecə ona bunun misli verilər”.”

Muaz ibn Cəbəl
HəsənFəzilətli əməllər, 759 (Kitab 15, 80)

Qeyd

ət-Tabərani “əd-Dua” 706. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 475.

Fəsil 30

Ən üstün istiğfar

عَنْ شَدَّادِ بْنِ أَوْسٍ عَنْ النَّبِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: سَيِّدُ الاِسْتِغْفَارِ أَنْ تَقُولَ: اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ قَالَ وَمَنْ قَالَهَا مِنْ النَّهَارِ مُوقِنًا بِهَا فَمَاتَ مِنْ يَوْمِهِ قَبْلَ أَنْ يُمْسِيَ فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ وَمَنْ قَالَهَا مِنْ اللَّيْلِ وَهُوَ مُوقِنٌ بِهَا فَمَاتَ قَبْلَ أَنْ يُصْبِحَ فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ.

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ən üstün istiğfar belədir: “Alla:hummə, əntə Rabbi: lə: ilə:hə illə: ənt, xaləqtəni: va ənə abdukə va ənə alə: ahdikə va va'dikə məstəta'tu, əu:zu bikə min şərri mə: sanə'tu. Əbu:u ləkə bini'mətikə aleyyə va əbu:u ləkə bizənbi:. Fəğfirli: fə innəhu: lə: yəğfiruz-zunu:bə illə: ənt”. Sonra Peyğəmbər ﷺ buyurdu: “Kim bu duanı gündüz vaxtı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim bunu axşam ikən yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar”.”

Şəddad ibn Əus
SəhihFəzilətli əməllər, 760 (Kitab 15, 81)

Qeyd

əl-Buxari, 5831, 6306; ət-Tirmizi, 3393, 3721.

Fəsil 31

Səhər və axşam edilən zikrlər

سَمِعْتُ عُثْمَانَ - يَعْنِى ابْنَ عَفَّانَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ قَالَ بِسْمِ اللَّهِ الَّذِى لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَىْءٌ فِى الأَرْضِ وَلاَ فِى السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ثَلاَثَ مَرَّاتٍ لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُصْبِحَ وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلاَثَ مَرَّاتٍ لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُمْسِىَ». قَالَ فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ الْفَالِجُ فَجَعَلَ الرَّجُلُ الَّذِى سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ فَقَالَ لَهُ مَا لَكَ تَنْظُرُ إِلَىَّ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ وَلاَ كَذَبَ عُثْمَانُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلَكِنَّ الْيَوْمَ الَّذِى أَصَابَنِى فِيهِ مَا أَصَابَنِى غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim axşam üç dəfə: “Bismillə:hil-ləzi: lə: yədurru məa ismihi: şey un fil-ərdi va lə: fis-səmə:i va Huvas-Səmi:ul-Ali:m!”- deyərsə, səhərə qədər ona qəfil bəla gəlməz. Kim də bunu səhər üç dəfə deyərsə, axşama qədər ona qəfil bəla gəlməz”. Həmin vaxt Əban ibn Osman iflic olmuşdu. Hədisi dinləyən adam (təəccüblə) onun üzünə baxmağa başladı. Əban ona dedi: “Niyə mənə (təəccüblə) baxırsan? Allaha and olsun ki, nə mən Osmanın adından yalan danışıram, nə də Osman Peyğəmbərin ﷺ adından yalan danışmışdır. Sadəcə olaraq bu fəlakət mənim başıma gəldiyi gün qəzəbli olduğumdan bu duanı deməmişdim”.”

Osman
SəhihFəzilətli əməllər, 761 (Kitab 15, 82)

Qeyd

Əbu Davud, 5090. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 5088.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ قَالَ حِينَ يُصْبِحُ سُبْحَانَ اللَّهِ الْعَظِيمِ وَبِحَمْدِهِ مِائَةَ مَرَّةٍ وَإِذَا أَمْسَى كَذَلِكَ لَمْ يُوَافِ أَحَدٌ مِنَ الْخَلاَئِقِ بِمِثْلِ مَا وَافَى».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər və axşam yüz dəfə: “Subhə:n-Alla:hil-Azi:mi va bihəmdihi”- deyərsə, onun nail olduğu (savaba) yaradılmışlardan kimsə nail ola bilməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 762 (Kitab 15, 83)

Qeyd

Əbu Davud, 5093. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 5091.

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ : سُبْحَانَ اللهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ بَدَنَةٍ ، وَمَنْ قَالَ : الْحَمْدُ لِلَّهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ ، وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ فَرَسٍ يُحْمَلُ عَلَيْهَا ، وَمَنْ قَالَ : اللَّهُ أَكْبَرُ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ، كَانَ أَفْضَلَ مِنْ عِتْقِ مِائَةِ رَقَبَةٍ ، وَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ، لَمْ يَجِئْ يَوْمَ الْقِيَامَةِ أَحَدٌ بِعَمَلٍ أَفْضَلَ مِنْ عَمَلِهِ إِلاَّ مَنْ قَالَ قَوْلَهُ أَوْ زَادَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “subhən-Allah” deyən şəxs yüz qurban kəsməkdən daha fəzilətli əməl etmişdir. Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “Əlhəmdulilləh” deyən şəxs yüz atı (Allah yolunda) təchiz etməkdən daha fəzilətli əməl etmişdir. Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “Allahu Əkbər” deyən şəxs yüz qul azad etməkdən daha fəzilətli əməl etmişdir. Kim günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “lə: ilə:hə illəlla:hu, vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Qiyamət günü heç kəs (Allahın hüzuruna) onun etdiyindən daha fəzilətli əməl ilə gəlməz. Onun kimi və ya ondan artıq deyən istisnadır”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənFəzilətli əməllər, 763 (Kitab 15, 84)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10657. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 658.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ قَالَ حِينَ يُمْسِى: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَاتِ مِنْ شَرِّ مَا خَلَقَ ثَلاَثُ مَرَّاتِ لَمْ تَضُرَّةُ حَيَّةٌ إِلَى الصَّباَحِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim axşam olduqda üç dəfə: “Əu:zu bikəlimə:til-lə:hittə:mmə:ti min şərri mə: xaləq”- deyərsə, sabaha qədər ona ilan zərər verə bilməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 764 (Kitab 15, 85)

Qeyd

İbn Hibban, 118. Hədis səhihdir. Bax: Kəlimut-Tayyib, 23/33.

Fəsil 32

Evdən çıxarkən nə deyilir?

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا خَرَجَ الرَّجُلُ مِنْ بَيْتِهِ فَقَالَ بِسْمِ اللَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ». قَالَ «يُقَالُ حِينَئِذٍ هُدِيتَ وَكُفِيتَ وَوُقِيتَ فَتَتَنَحَّى لَهُ الشَّيَاطِينُ فَيَقُولُ لَهُ شَيْطَانٌ آخَرُ كَيْفَ لَكَ بِرَجُلٍ قَدْ هُدِىَ وَكُفِىَ وَوُقِىَ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişi evindən çıxarkən: “Bismillə:hi təvəkkəltu aləllah va lə: həulə va lə: quvvətə illə: billəh!”- deyərsə, o zaman ona belə deyilər: “Sən doğru yola yönəldin və qorundun”. Bu zaman şeytanlar qırağa çəkilir və bir şeytan digərinə belə deyir: “Doğru yola yönəldilən və qorunan kişiyə sən nə edə bilərsən?!””

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 765 (Kitab 15, 86)

Qeyd

Əbu Davud, 5095, 5097; ət-Tirmizi, 3426, 3726. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 3666.

Fəsil 33

Yemək yeyərkən və paltar geyinərkən edilən dua

عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ أَكَلَ طَعَامًا ثُمَّ قَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى أَطْعَمَنِى هَذَا الطَّعَامَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّى وَلاَ قُوَّةٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ وَمَنْ لَبِسَ ثَوْبًا فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى كَسَانِى هَذَا الثَّوْبَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّى وَلاَ قُوَّةٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ».

“Səhl ibn Muaz ibn Ənəs atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Kim yemək yedikdən sonra: “Əlhəmdulillə:hil-ləzi: ət'aməni: hə:zət-taa:mə va razəqani:hi min ğayri həulin minni: va lə: quvvəh!”- deyərsə, keçmiş və gələcək günahları bağışlanar. Hər kim də paltar geyinərkən: “Əlhəmdulillə:hil-ləzi: kəsə:ni: hə:zəs-səubə va razəqani:hi min ğayri həulin minni: va lə: quvvəh!”- deyərsə, keçmiş və gələcək günahları bağışlanar”.”

Səhl ibn Muaz ibn Ənəs atasından
HəsənFəzilətli əməllər, 766 (Kitab 15, 87)

Qeyd

Əbu Davud, 4023, 4025. Hədis “gələcək günahları” kəlməsindən başqa həsəndir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 4023.

Fəsil 34

Qonaq qalınacaq yerdə oxunan dua

عَنْ خَوْلَةَ بِنْتِ حَكِيمٍ السُّلَمِيَّةِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ نَزَلَ مَنْزِلاً ثُمَّ قَالَ أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ لَمْ يَضُرَّهُ شَىْءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».

“Xaulə bint Həkim əs-Suləmi ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim qonaq qalacağı bir yerə gələr və: “Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min şərri mə: xaləq!”- deyərsə, oradan ayrılana qədər ona heç bir şey zərər verməz”.”

Xaulə bint Həkim
SəhihFəzilətli əməllər, 767 (Kitab 15, 88)

Qeyd

ət-Tirmizi, 3437, 3768; İbn Macə, 3547. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3130.

Fəsil 35

Minikdə deyilən zikr

عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ قَالَ كُنْتُ رِدْفَ عَلِىٍّ فَلَمَّا وَضَعَ رِجْلَهُ فِى الرِّكَابِ قَالَ بِسْمِ اللَّهِ. فَلَمَّا اسْتَوَى قَالَ الْحَمْدُ لِلَّهِ }سُبْحَانَ الَّذِى سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ{. وَقَالَ أَبُو سَعِيدٍ مَوْلَى بَنِى هَاشِمٍ ثُمَّ حَمِدَ اللَّهَ ثَلاَثاً. وَاللَّهُ أَكْبَرُ ثَلاَثاً ثُمَّ قَالَ سُبْحَانَ اللَّهِ ثَلاَثاً ثُمَّ قَالَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ. ثُمَّ رَجَعَ إِلَى حَدِيثِ وَكِيعٍ سُبْحَانَكَ إِنِّى ظَلَمْتُ نَفْسِى فَاغْفِرْ لِى إِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ. ثُمَّ ضَحِكَ قُلْتُ مَا يُضْحِكُكَ قَالَ كُنْتُ رِدْفاً لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَفَعَلَ كَالَّذِى رَأَيْتَنِى فَعَلْتُ. ثُمَّ ضَحِكَ قُلْتُ يَا رَسُولَ اللَّهِ مَا يُضْحِكُكَ قَالَ «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى عَجَبٌ لِعَبْدِى يَعْلَمُ أَنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ غَيْرِى». «...إنّ الله لَيَعْجَبُ مِنَ العَبْدِ إذا قالَ لا إله إلاّ أنتَ إنِّي قد ظَلَمْتُ نَفْسِي فاغْفِرْ لي ذُنُوبِي إنهُ لا يَغْفِرُ الذُّنوبَ إلاّ أنْتَ قال عَبْدِي عَرفَ أنَّ لهُ رَبّاً يَغْفِرُ ويُعاقِبُ»

“Rəvayət edilir ki, Əli ibn Rabiə ﵀ demişdir: “Mən Əlinin miniyinin tərkində yol getmişəm. O, ayağını miniyinin üzəngisinə qoyanda: “Allahın adı ilə!”- dedi. Oturanda isə dedi: “Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (əz-Zuxruf, 13-14). Sonra o, üç dəfə “Əlhəmdulilləh”, üç dəfə “Allahu Əkbər”, üç dəfə “Subhən-Allah” və “Səndən başqa ibadətə layiq məbud yoxdur”- dedi. Bundan sonra: “Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan!”- dedi və güldü. Mən soruşdum: “Səni güldürən nədir?” O dedi: “Mən Allah Elçisinin ﷺ miniyinin tərkində yol getmişəm. O da mənim etdiyim kimi etdi və güldü”. Mən də: “Ey Allahın Elçisi! Səni güldürən nədir?”- deyə soruşdum. O dedi: “Uca Allah buyurur: “Məndən qeyrisinin günahları bağışlamayacağını bilən quluma təəccüblənirəm”. Digər rəvayətdə isə belə deyilir: “Həqiqətən, Allah qulun belə deməsinə təəccüblənir: “Lə: ilə:hə illə: ənt, inni: qad zaləmtu nəfsi: fəğfirli: zunu:bi: innəhu: lə: yəğfiruz-zunu:bə illə: ənt”. (Bu zaman) Allah buyurur: “Qulum bilir ki, onun bağışlayan və cəzalandıran Rəbbi var”.”

Əli ibn Rabiə
SəhihFəzilətli əməllər, 768 (Kitab 15, 89)

Qeyd

əl-Hakim, 2482. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1653.

Fəsil 36

Bazara girərkən edilən zikr

عَنْ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ دَخَلَ السُّوقَ فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكُ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِى وَيُمِيتُ وَهُوَ حَىٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ كَتَبَ اللَّهُ لَهُ أَلْفَ أَلْفِ حَسَنَةٍ وَمَحَا عَنْهُ أَلْفَ أَلْفِ سَيِّئَةٍ وَرَفَعَ لَهُ أَلْفَ أَلْفِ دَرَجَةٍ )وَبَنَى لَهُ بَيْتًا فِى الْجَنَّةِ (».

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bazara girəndə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə həyyun, lə: yəmu:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Allah ona milyon savab yazar, milyon günahını silər, onu milyon dərəcə yüksəldər (və Cənnətdə onun üçün bir ev tikər)”.”

Ömər
HəsənFəzilətli əməllər, 769 (Kitab 15, 90)

Qeyd

İbn Macə, 2235, 2320; əl-Hakim, 1973. Hədis həsəndir. Bax: Sahih əl-Cami, 6231.

Fəsil 37

Döyüşdən qaçan da bağışlana bilər

سَمِعْتُ بِلاَلَ بْنَ يَسَارِ بْنِ زَيْدٍ مَوْلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ قَالَ أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىَّ الْقَيُّومَ وَأَتُوبُ إِلَيْهِ. غُفِرَ لَهُ وَإِنْ كَانَ فَرَّ مِنَ الزَّحْفِ ».

“Peyğəmbərin ﷺ azad etdiyi kölə Bilal ibn Yəsar ibn Zeyd ﵁ demişdir: “Bu hədisi atam mənə babamdan rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim: “Əstəğfirulla:həl-azi:məl-ləzi: lə: ilə:hə illə: Huvəl-Həyyəl-Qayyu:mə va ətu:bu ileyh!”- deyərsə, döyüş meydanından qaçmış olsa belə, günahları bağışlanar”.”

Bilal ibn Yəsar ibn Zeyd
SəhihFəzilətli əməllər, 770 (Kitab 15, 91)

Qeyd

ət-Tirmizi, 3577, 3926; Əbu Davud, 1517, 1519. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2831.

Fəsil 38

Qədr gecəsində edilən dua

عَنْ عَائِشَةَ ، أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ وَافَقْتُ لَيْلَةَ الْقَدْرِ مَا أَدْعُو ؟ قَالَ : تَقُولِينَ : اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Qədr gecəsinə müvəffəq olsam, necə dua edim?” Allah Elçisi ﷺ buyurdu: “De: “Alla:hummə innəkə afuvvun tuhibbul-afva fə'fu-anni:!””

Aişə
SəhihFəzilətli əməllər, 771 (Kitab 15, 92)

Qeyd

ət-Tirmizi, 3513, 3855. İbn Macə, 3850. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4423.

Fəsil 39

Məclisin kəffarəsi

عَنْ جُبَيْر بْنِ مُطْعِمٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ، فَإِن قَالَهَا فِي مَجْلِسِ ذِكْرٍ كَانَتْ كَالطَّابِعِ يُطْبَعُ عَلَيْهِ، وَمَنْ قَالَهَا فِي مَجْلِسِ لَغْوٍ كَانَتْ كَفَّارَةً لَهُ».

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim zikr məclisində: “Subhə:n-Alla:hi va bihəmdihi, subhə:nəkə Alla:hummə va bihəmdik, əşhədu əl-lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!”- söyləyərsə, üzərinə möhür vurulmuş kimi olar. Kim də boş şeylərin danışıldığı bir məclisdə söyləyərsə, bu, onun üçün kəffarə olar”.”

Cubeyr ibn Mutim
SəhihFəzilətli əməllər, 772 (Kitab 15, 93)

Qeyd

əl-Hakim, 1970. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 81.

عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ جَلَسَ فِي مَجْلِسٍ فَكَثُرَ فِيهِ لَغَطُهُ ، فَقَالَ قَبْلَ أَنْ يَقُومَ مِنْ مَجْلِسِهِ ذَلِكَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ ، إِلاَّ غُفِرَ لَهُ مَا كَانَ فِي مَجْلِسِهِ ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir məclisdə oturduqda çoxlu boş söz danışarsa, o məclisdən durmamışdan qabaq: Subhə:nəkə Alla:hummə va bihəmdik, əşhədu əl-lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!”- deyərsə, məclisdə etdikləri bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 773 (Kitab 15, 94)

Qeyd

ət-Tirmizi, 3433, 3762. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1516, Mişkətul-Məsabih, 2433.

عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم كَانَ إِذَا جَلَسَ مَجْلِسًا أَوْ صَلَّى تَكَلَّمَ بِكَلِمَاتٍ ، فَسَأَلَتْهُ عَائِشَةُ عَنِ الْكَلِمَاتِ ، فَقَالَ : إِنْ تَكَلَّمَ بِخَيْرٍ كَانَ طَابِعًا عَلَيْهِنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَإِنْ تَكَلَّمَ بِغَيْرِ ذَلِكَ كَانَ كَفَّارَةً لَهُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir məclisdə oturduqda və ya namaz qıldıqda, bəzi kəlmələr deyərdi. Aişə Allah Elçisindən ﷺ bu haqda soruşduqda, o dedi: “Əgər bu kəlmələri bir xeyir etdikdən sonra desən, bu xeyir Qiyamət gününə qədər yazılar. Xeyir olmayan bir əməldən sonra desən, sənin üçün kəffarə olar. (Bu kəlmələr:) Subhə:nəkə Alla:hummə va bihəmdik, əstəğfirukə va ətu:bu ileyk!””

Aişə
SəhihFəzilətli əməllər, 774 (Kitab 15, 95)

Qeyd

ən-Nəsəi “Sunən” 1344, 1352. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3164.

Fəsil 40

Quran oxuduqdan sonra deyilən dua

عَنْ عَائِشَةَ قَالَتْ : مَا جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَجْلِسًا قَطُّ ، وَلاَ تَلاَ قُرْآنًا ، وَلاَ صَلَّى صَلاَةً إِلاَّ خَتَمَ ذَلِكَ بِكَلِمَاتٍ قَالَتْ : فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرَاكَ مَا تَجْلِسُ مَجْلِسًا ، وَلاَ تَتْلُو قُرْآنًا ، وَلاَ تُصَلِّي صَلاَةً إِلاَّ خَتَمْتَ بِهَؤُلاَءِ الْكَلِمَاتِ ؟ قَالَ : نَعَمْ ، مَنْ قَالَ خَيْرًا خُتِمَ لَهُ طَابَعٌ عَلَى ذَلِكَ الْخَيْرِ ، وَمَنْ قَالَ شَرًّا كُنَّ لَهُ كَفَّارَةً : سُبْحَانَكَ وَبِحَمْدِكَ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ oturduğu hər məclisi, hər dəfə oxuduğu Quranı, qıldığı hər bir namazı bəzi kəlmələrlə sonlandırardı. Mən ona dedim: “Ey Allahın Elçisi! Görürəm ki, oturduğun hər məclisdən, hər dəfə oxuduğun Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən”. Peyğəmbər ﷺ dedi: “Bəli, kim xeyir söyləyərsə, ona xeyirlə son vurular. Kim də şər söyləyərsə, onun üçün kəffarə olar: “Subhə:nəkə (Alla:hummə) va bi-həmdik, lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!””

Aişə
SəhihFəzilətli əməllər, 775 (Kitab 15, 96)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10140; “Aməlul-Yəum val-Leylə” 308. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3164-cü hədisin haşiyəsi, 11/23-24.

Fəsil 41

Xəstəliyə qarşı edilən dualar

عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ الثَّقَفِيِّ أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعًا يَجِدُهُ فِي جَسَدِهِ مُنْذُ أَسْلَمَ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ضَعْ يَدَكَ عَلَى الَّذِي تَأَلَّمَ مِنْ جَسَدِكَ وَقُلْ بِاسْمِ اللَّهِ ثَلَاثًا وَقُلْ سَبْعَ مَرَّاتٍ أَعُوذُ بِاللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ

“Rəvayət edilir ki, Osman ibn Əbu əl-As əs-Saqafi ﵁ İslamı qəbul etdiyindən bəri bədənindəki ağrıdan Allah Elçisinə ﷺ şikayət etdikdə, Allah Elçisi ﷺ ona belə buyurdu: “Əlini bədənində ağrı hiss etdiyin yerə qoy! Sonra üç dəfə “Bismilləh” və yeddi dəfə “Əu:zu billə:hi va qudratihi: min şərri mə: əcidu va uhə:ziru!”- de!””

Osman ibn Əbu əl-As əs-Saqafi
SəhihFəzilətli əməllər, 776 (Kitab 15, 97)

Qeyd

Muslim, 4082, 5867.

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَعُودُ مَرِيضًا لَمْ يَحْضُرْ أَجَلُهُ فَيَقُولُ سَبْعَ مَرَّاتٍ أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ إِلاَّ عُوفِىَ» فَإِنْ كَانَ فِي أَجَلِهِ تَأْخِيرٌ عُوفِيَ مِنْ وَجَعِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir müsəlman qul yoxdur ki, əcəli çatmayan bir xəstəyə baş çəkib yeddi dəfə: “Əsəlulla:həl-azi:m, Rabbəl-arşil-azi:m ən-yəşfiyək!”- deyə dua etsin və o xəstə sağalmasın”. Digər rəvayətdə bu əlavə var: “...Əgər xəstənin əcəli təxirə salınacaqsa, onun ağrıları keçib gedər”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 777 (Kitab 15, 98)

Qeyd

Əbu Davud, 3106; əl-Buxari “Ədəbul-Mufrad” 536. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 416.

عَنْ أَبِى سَعِيدٍ أَنَّ جِبْرِيلَ أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا مُحَمَّدُ اشْتَكَيْتَ فَقَالَ «نَعَمْ». قَالَ بِاسْمِ اللَّهِ أَرْقِيكَ مِنْ كُلِّ شَىْءٍ يُؤْذِيكَ مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ اللَّهُ يَشْفِيكَ بِاسْمِ اللَّهِ أَرْقِيكَ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Cəbrail Peyğəmbərin ﷺ yanına gələrək belə dedi: “Ey Muhəmməd, xəstələnmisən?” O: “Bəli!”- deyə cavab verdikdə, Cəbrail belə dedi: “Bismillə:hi ərqi:k, min kulli şey in yu'zi:k, min şərri kulli nəfsin əu ayni hə:sidin. Alla:hu yəşfi:k, bismillə:hi ərqi:k!””

Əbu Səid
SəhihFəzilətli əməllər, 778 (Kitab 15, 99)

Qeyd

Muslim, 4056, 5829.

عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَى الْمَرِيضَ )أَوْ أُتِيَ بِهِ( يَدْعُو لَهُ قَالَ «أَذْهِبِ الْبَاسَ رَبَّ النَّاسِ وَاشْفِ أَنْتَ الشَّافِى لاَ شِفَاءَ إِلاَّ شِفَاؤُكَ شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstə yanına gəldikdə və ya onun yanına xəstə gətirildiyi zaman bu duanı söyləyərdi: “Əzhibil-bə:s, Rabbən-nə:s, vaşfi əntəş-Şə:fi lə: şifə:ə illə: şifə:ukə şifə:ən lə: yuğa:diru səqamən!””

Aişə
SəhihFəzilətli əməllər, 779 (Kitab 15, 100)

Qeyd

əl-Buxari, 5243, 5675; Muslim, 5839, 2191; İbn Macə, 3520.

عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كَانَ إِذَا اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَقَاهُ جِبْرِيلُ قَالَ بِاسْمِ اللَّهِ يُبْرِيكَ وَمِنْ كُلِّ دَاءٍ يَشْفِيكَ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ وَشَرِّ كُلِّ ذِى عَيْنٍ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ xəstələndiyi zaman Cəbrail ﵇ ruqyə oxuyaraq deyərdi: “Bismillə:hi yubri:kə va min kulli də:in yəşfi:kə, va min şərri hə:sidin izə: həsəd, va şərri kulli zi: aynin!””

Aişə
SəhihFəzilətli əməllər, 780 (Kitab 15, 101)

Qeyd

Muslim, 4055, 5828; İbn Macə, 3523.

عَنْ عَائِشَةَ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ لِلْمَرِيضِ بِسْمِ اللَّهِ تُرْبَةُ أَرْضِنَا بِرِيقَةِ بَعْضِنَا يُشْفَى سَقِيمُنَا بِإِذْنِ رَبِّنَا.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ xəstə adama (belə dua) oxuyurdu: “Bismilləh! Turbətu ərdinə: biri:qati bə'dinə, yuşfə: səqi:munə: bi izni Rabbinə:!””

Aişə
SəhihFəzilətli əməllər, 781 (Kitab 15, 102)

Qeyd

əl-Buxari, 5304, 5745.

Fəsil 42

Bəlaya düçar olanı görərkən edilən dua

عَنْ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ رَأَى صَاحِبَ بَلاَءٍ فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى عَافَانِى مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِى عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً إِلاَّ عُوفِىَ مِنْ ذَلِكَ الْبَلاَءِ كَائِنًا مَا كَانَ مَا عَاشَ».

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bəlaya düçar olmuş bir kimsəni gördükdə: “Əlhəmdulillə:hilləzi: a:fə:ni: mim-məbtələkə bihi va fəddaləni: alə: kəsi:rin mimmən xaləqa təfdi:lən!”- deyərsə, yaşadığı müddətdə o bəladan salamat olar”.”

Ömər
HəsənFəzilətli əməllər, 782 (Kitab 15, 103)

Qeyd

ət-Tirmizi, 3431, 3760; İbn Macə, 3882. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 602.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا رَأى أَحَدُكُمْ مُبْتَلَى فَقَالَ: الْحَمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ، وَفَضَّلَنِي عَلَيْكَ وَعَلَى كَثِيرٍ مِنْ عِبَادِةِ تَفْضِيلاً،كَانَ شَكَرَ تلِكَ النِّعْمةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz bəlaya düçar olmuş bir kimsəni gördükdə: “Əlhəmdulillə:hilləzi: a:fə:ni: mim-məbtələkə bihi va fəddaləni: aleykə va alə: kəsi:rin min ibə:dihi təfdi:lən!”- deyərsə, həmin nemətə görə şükür etmiş olar”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 783 (Kitab 15, 104)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 4129. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 555.

Fəsil 43

Yatağa girərkən edilən zikrlər

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَالَ حِينَ يَأْوِي إِلَى فِرَاشِهِ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ، سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، غَفَرَ اللَّهُ ذُنُوبَهُ أَوْ خَطَايَاهُ - شَكَّ مِسْعَرٌ - وَإِنْ كَانَ مِثْلَ زَبَدِ الْبَحْرِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yatağına girərkən: “Lə: ilə:hə illəlla:hu, vahdəhu: lə: şəri:kə ləhu:, ləhul-mulku va ləhul-həmdu, va huvə alə: kulli şey in qadi:r, lə: həulə va lə: quvvətə illə: billəh, subhə:n-Allah, valhəmdulilləh va lə: ilə:hə illəllah, Valla:hu Əkbər”- deyərsə, Allah onun günahlarını “və ya xətalarını” dənizin köpüyü qədər olsa belə, bağışlayar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 784 (Kitab 15, 105)

Qeyd

İbn Hibban, 5528. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3414.

عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ. فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ». قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ «اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ». قُلْتُ وَرَسُولِكَ. قَالَ: «لاَ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ»

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan, sonra de: “Alla:hummə, əsləmtu vachi: ileyk, va fəvvədtu əmri: ileyk, va əlcə'tu zahri: ileyk, rağbətən va rahbətən ileyk. Lə: məlcə:ə va lə: məncə: minkə illə ileyk. Alla:hummə, ə:məntu bikitə:bikəl-ləzi: ənzəltə va binəbiyyikəl-ləzi: ərsəltə!” Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) öləcəksən. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. Bəra ibn Azib deyir ki, mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “ə:məntu bikitə:bikəl-ləzi: ənzəltə” (Sənin nazil etdiyin Kitaba iman gətirdim)” sözünə yetişdikdə “va birasu:likə”- (və göndərdiyin Elçiyə)”- dedim. O buyurdu: “Xeyr, “binəbiyyikəl-ləzi: ərsəltə! – (göndərdiyin Peyğəmbərə!)”- (de)”.”

Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 785 (Kitab 15, 106)

Qeyd

əl-Buxari, 329, 247; Muslim, 4885, 7057.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ: الْحَمْدُ لِلَّهِ الَّذِي كَفَانِي وَآوَانِي، الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعِمْنِي وَسَقَانِي، الْحَمْدُ لِلَّهِ الَّذِي مَنَّ عَلَيَّ فَأَفْضَلَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِزَّتِكَ أَنْ تُنَجِّيَنِي مِنَ النَّارِ، فَقَدْ حَمِدَ اللَّهَ بِجَمِيعِ مَحَامِدِ الْخَلْقِ كُلِّهِمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yatağına girərkən: “Əlhəmdulillə:hilləzi: kəfə:ni va ə:və:ni, əlhəmdulillə:hilləzi ət'imni: və səqa:ni:, əlhəmdulillə:hilləzi: mənnə aleyyə fə əfdalə. Alla:hummə inni: əs əlukə bi İzzətikə tunəcciyəni: minən-nə:r!”- deyərsə, Allaha bütün məxluqatın həmd-sənası ilə həmd etmiş olar”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 786 (Kitab 15, 107)

Qeyd

əl-Hakim, 2001; əl-Beyhəqi “Şuabul-İman” 4382. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 609, Silsilə əs-Səhihə, 3444.

عَنْ عَلِىٍّ أَنَّ فَاطِمَةَ شَكَتْ مَا تَلْقَى مِنْ أَثَرِ الرَّحَا، فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَبْىٌ، فَانْطَلَقَتْ فَلَمْ تَجِدْهُ، فَوَجَدَتْ عَائِشَةَ، فَأَخْبَرَتْهَا، فَلَمَّا جَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ عَائِشَةُ بِمَجِىءِ فَاطِمَةَ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْنَا، وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَذَهَبْتُ لأَقُومَ فَقَالَ: «عَلَى مَكَانِكُمَا». فَقَعَدَ بَيْنَنَا حَتَّى وَجَدْتُ بَرْدَ قَدَمَيْهِ عَلَى صَدْرِى وَقَالَ: «أَلاَ أُعَلِّمُكُمَا خَيْرًا مِمَّا سَأَلْتُمَانِى إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا تُكَبِّرَا أَرْبَعًا وَثَلاَثِينَ، وَتُسَبِّحَا ثَلاَثًا وَثَلاَثِينَ، وَتَحْمَدَا ثَلاَثَةً وَثَلاَثِينَ، فَهْوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ». قَالَ عَلِىٌّ مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُهُ مِنَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ لَهُ وَلاَ لَيْلَةَ صِفِّينَ قَالَ وَلاَ لَيْلَةَ صِفِّينِ.

“Əli ﵁ rəvayət edir ki, Fatimə ﵂ kirkirənin onun əllərində iz buraxdığından şikayət etdi. Bir müddətdən sonra Peyğəmbərə ﷺ bir neçə əsir gətirdilər. Fatimə bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə Peyğəmbərin ﷺ yanına getdi, lakin onu evdə tapa bilmədi, Aişəni görüb nə istədiyini ona bildirdi. Peyğəmbər ﷺ evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər ﷺ bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən onu görəndə ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!”- dedi və gəlib aramızda oturdu. Mən onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Allahu Əkbər”, otuz üç dəfə “subhən-Allah” və otuz üç dəfə “əlhəmdulilləh” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar”. Başqa rəvayətdə bu əlavə var: “Əli belə dedi: “Peyğəmbərdən ﷺ eşitdikdən bəri onu tərk etmədim”. Ondan soruşdular: “Hətta Siffeyn gecəsi də tərk etmədin?” O belə buyurdu: “Hətta Siffeyn gecəsi də tərk etmədim”.”

Əli
SəhihFəzilətli əməllər, 787 (Kitab 15, 108)

Qeyd

Muslim, 4906, 7093; əl-Buxari, 4943, 5362.

Fəsil 44

Qorxuya qarşı edilən dualar

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُعَلِّمُهُمْ مِنَ الْفَزَعِ كَلِمَاتٍ «أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ غَضَبِهِ وَشَرِّ عِبَادِهِ وَمِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَنْ يَحْضُرُونِ».

“Amr ibn Şueyb atasından, o da babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ona qorxuya qarşı bəzi kəlmələr öyrətdi: “Əu:zu bikəlimə:tillə:hit-tə:mməti min ğadabihi, va şərri ibə:dihi, va min həməzə:tiş-şəyə:tini va ən yəhduru:n!””

Amr ibn Şueyb atasından və babasından
SəhihFəzilətli əməllər, 788 (Kitab 15, 109)

Qeyd

Əbu Davud, 3893, 3895. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3414.

عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنِّي أَجِدُ فَزَعًا بِاللَّيْلِ فَقَالَ أَلا أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ وَزَعَمَ أَنَّ عِفْرِيتًا مِنَ الْجِنِّ يَكِيدُنِي قَالَ قُلْ أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ الَّتِي لاَ يُجَاوِزُهُنَّ بَرٌّ وَلا فَاجِرٌ مِنْ شَرِّ مَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَمِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَفِتَنِ النَّهَارِ وَمِنْ شَرِّ طَوَارِقِ اللَّيْلِ وَالنَّهَارِ إِلا طَارِقٍ يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ

“Rəvayət edilir ki, Xalid ibn əl-Vəlid ﵁ Allah Elçisinə ﷺ şikayət edərək belə dedi: “Mən gecələr qorxu hiss edirəm”. O buyurdu: “Sənə Cəbrailin mənə öyrətdiyi kəlmələri öyrədimmi? Bu kəlmələr məni cinlərdən olan İfritin üstümə hücum etməsindən qorudu”. Mən dedim: “Bəli”. O: “Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:tilləti: lə: yucə:vizuhunnə bərrun, va lə: fə:cirun, min şərri mə: yənzilu minəs-səmə:i, va mə: yə'rucu fi:hə:, va min şərri mə: zəraə fil-ərdi va mə: yəxrucu minhə: va min şərri fitənil-leyli va fitənin-nəhə:r, və min şərri tava:riqil-leyli vən-nəhə:r illə: ta:riqin yətruqu bixayrin, yə: Rahmən!””

Xalid ibn əl-Vəlid
SəhihFəzilətli əməllər, 789 (Kitab 15, 110)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 3746, “əd-Dua” 1083. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 840.

عَنْ عَائِشَةَ قَالَتْ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا تَضَوَّرَ عَنِ اللَّيْلِ، قَالَ: «لاَ إِلَهَ إِلاَّ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ رَبُّ السَّمَاوَاتِ وَالأَرْضِ، وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə yatarkən bir tərəfdən digər tərəfə çevrildikdə deyərdi: “Lə: ilə:hə illəlla:hul-Va:hidul-Qahhə:r, Rabbus-səmə:və:ti val-ərd va mə: beynəhuməl-Azi:zul-Ğaffə:r!””

Aişə
SəhihFəzilətli əməllər, 790 (Kitab 15, 111)

Qeyd

əl-Hakim, 1980; ən-Nəsəi “Sunənul-Kubra” 7688. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2066.

Fəsil 45

Gecə oyanarkən edilən zikr

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ حِينَ يَسْتَيْقِظُ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ، ثُمَّ دَعَا رَبِّ اغْفِرْ لِي، غُفِرَ لَهُ. - قَالَ الْوَلِيدُ: أَوْ قَالَ: دَعَا اسْتُجِيبَ لَهُ، فَإِنْ قَامَ فَتَوَضَّأَ ثُمَّ صَلَّى، قُبِلَتْ صَلاَتُهُ».

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə oyanarkən: “Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r. Subhə:n-Alla:hi, valhəmdulillə:hi, va lə: ilə:hə illəlla:hu, Valla:hu Əkbər, va lə: həulə va lə: quvvətə illə: Billəhil-Aliyyil-Azi:m!”– deyər, sonra dua edib: “Ya Rəbb, məni bağışla!”– desə, bağışlanar. Dua etsə, duası qəbul olunar, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”

Ubadə ibn əs-Samit
SəhihFəzilətli əməllər, 791 (Kitab 15, 112)

Qeyd

İbn Macə, 3878; ət-Tirmizi, 3414, 3743. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 612.

Fəsil 46

Çalış qısa və mənalı dualar edəsən

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: دَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أُصَلِّي، وَلَهُ حَاجَةٌ، فَأَبْطَأْتُ عَلَيْهِ، قَالَ: يَا عَائِشَةُ، عَلَيْكِ بِجُمَلِ الدُّعَاءِ وَجَوَامِعِهِ، فَلَمَّا انْصَرَفْتُ قُلْتُ: يَا رَسُولَ اللَّهِ، وَمَا جُمَلُ الدُّعَاءِ وَجَوَامِعُهُ؟ قَالَ: «قُولِي: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ. وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ. وَأَسْأَلُكَ الْجَنَّةَ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ. وَأَسْأَلُكَ مِمَّا سَأَلَكَ بِهِ مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَأَعُوذُ بِكَ مِمَّا تَعَوَّذَ مِنْهُ مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَمَا قَضَيْتَ لِي مِنْ قَضَاءٍ فَاجْعَلْ عَاقِبَتَهُ رُشْدًا».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən namaz qılarkən Peyğəmbər ﷺ bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. Peyğəmbər ﷺ dedi: “Ey Aişə, çalış yığcam və çoxmənalı dualar edəsən!” Mən namazı bitirdikdən sonra dedim: “Ey Allahın Elçisi, yığcam və çoxmənalı dualar nədir?” O buyurdu: “De: “Allahım, xeyrin hamısını – həm bu dünyadakını, həm də Axirətdəkini, bildiklərimi və bilmədiklərimi Səndən diləyirəm. Şərin də hamısından – həm bu dünyadakından, həm də Axirətdəkindən, bildiklərimdən və bilmədiklərimdən Sənə sığınıram. (Habelə,) Cənnəti və ona yaxınlaşdıran hər bir sözü və əməli Səndən diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir sözdən və əməldən Sənə sığınıram. Muhəmmədin sallalla:hu aleyhi və səlləm Səndən istədiyini mən də Səndən istəyir, həmçinin Muhəmmədin sallalla:hu aleyhi və səlləm Sənə sığındığı şeydən mən də Sənə sığınıram. Mənim üçün qəzavü-qədərdən nə hazırlamısansa, onun aqibətini gözəl et!””

Aişə
SəhihFəzilətli əməllər, 792 (Kitab 15, 113)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 639. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 498.

Fəsil 47

Kimin sözü mələklərin sözü ilə üst-üstə düşərsə

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا قَالَ الإِمَامُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ، فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam: “Səmi Alla:hu limən həmidəh”- deyəndə siz: “Alla:hummə, Rabbənə: ləkəl-həmd!”- deyin. Bilin ki, kimin sözü mələklərin sözü ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 793 (Kitab 15, 114)

Qeyd

əl-Buxari, 754, 796.

Fəsil 48

Yunus peyğəmbərin ﵇ duası

عَنْ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «دَعْوَةُ ذِى النُّونِ إِذْ دَعَا وَهُوَ فِى بَطْنِ الْحُوتِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّى كُنْتُ مِنَ الظَّالِمِينَ. فَإِنَّهُ لَمْ يَدْعُ بِهَا رَجُلٌ مُسْلِمٌ فِى شَىْءٍ قَطُّ إِلاَّ اسْتَجَابَ اللَّهُ لَهُ».

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zun-Nun (Yunus ﵇) balığın qarnında olarkən belə dua etmişdir: “Lə: ilə:hə illə: ənt! Subhə:nəkə, inni: kuntu minəz-za:limi:n!” Bir şey istəyərək bu duanı edən elə bir müsəlman kişi yoxdur ki, Allah onun duasını qəbul etməsin”.”

Səd
SəhihFəzilətli əməllər, 794 (Kitab 15, 115)

Qeyd

ət-Tirmizi, 3505, 3845. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1826.

حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَلاَ أُخْبِرُكُمْ بِشَيْءٍ إِذَا نَزَلَ بِرَجُلٍ مِنْكُمْ كَرِبٌ ، أَوْ بَلاَءٌ مِنْ بَلاَيَا الدُّنْيَا دَعَا بِهِ يُفَرَّجُ عَنْهُ ؟ فَقِيلَ لَهُ : بَلَى ، فَقَالَ : دُعَاءُ ذِي النُّونِ : لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. O dedi: “Sizə elə bir şey öyrədimmi ki, sizdən birinə bir sıxıntı və ya dünya müsibətlərindən bir bəla üz versə və o da bunu etsə, onda olan həmin bəla aradan qalxar?!” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Zun-Nunun duasıdır: Səndən başqa ibadətə layiq məbud yoxdur! Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!””

İbrahim ibn Muhəmməd ibn Səd atasından və babasından
SəhihFəzilətli əməllər, 795 (Kitab 15, 116)

Qeyd

əl-Hakim, 1864; ən-Nəsəi “Sunənul-Kubra” 10416, 10491. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1744.

Fəsil 49

Çərşənbə günü Zöhr ilə Əsr namazları arasında edilən dua

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ كَعْبٍ قَالَ: سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ: دَعَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي هَذَا الْمَسْجِدِ، مَسْجِدِ الْفَتْحِ، يَوْمَ الِاثْنَيْنِ وَيَوْمَ الثُّلاَثَاءِ وَيَوْمَ الأَرْبِعَاءِ، فَاسْتُجِيبَ لَهُ بَيْنَ الصَّلاَتَيْنِ مِنْ يَوْمِ الأَرْبِعَاءِ. قَالَ جَابِرٌ: وَلَمْ يَنْزِلْ بِي أَمْرٌ مُهِمٌّ غائِظٌ إِلاَّ تَوَخَّيْتُ تِلْكَ السَّاعَةَ، فَدَعَوْتُ اللَّهَ فِيهِ بَيْنَ الصَّلاَتَيْنِ يَوْمَ الأَرْبِعَاءِ فِي تِلْكَ السَّاعَةِ، إِلا عَرَفْتُ الإجَابَةَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Kəb ﵀ demişdir: “Mən Cabir ibn Abdullahın ﵄ belə dediyini eşitdim: “Allah Elçisi ﷺ bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü bu Fəth məscidində dua etdi. Çərşənbə günü iki namaz (Zöhr və Əsr) arasında etdiyi dua qəbul oldu”. Cabir deyir: “Sonralar mən başıma gələn hər bir ağır müsibətə görə çərşənbə günü həmin vaxt iki namazın arasında Allaha dua edərdim və duamın qəbul olduğunu görərdim”.”

Abdur-Rahmən ibn Kəb
HəsənFəzilətli əməllər, 796 (Kitab 15, 117)

Qeyd

Əhməd, 14563, 14603, 14617; əl-Buxari “Ədəbul-Mufrad” 704. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1185.

Fəsil 50

Ən fəzilətli zikr hansıdır?

سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «أَفْضَلُ الذِّكْرِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَفْضَلُ الدُّعَاءِ الْحَمْدُ لِلَّهِ»

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ən fəzilətli zikr “lə iləhə illəllah”, ən fəzilətli dua isə “Əlhəmdulilləh”dir”.”

Cabir ibn Abdullah
HəsənFəzilətli əməllər, 797 (Kitab 15, 118)

Qeyd

ət-Tirmizi, 3383, 3711. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1497.

Fəsil 51

Dünya və Axirət salamatlığı

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ دَعْوَةٍ يَدْعُو بِهَا الْعَبْدُ أَفْضَلَ مِنَ - اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْمُعَافَاةَ فِى الدُّنْيَا وَالآخِرَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qulun: “Alla:hummə inni: əs əlukəl-mua:fə:tə fid-dunyə: val-ə:xirati!”- dua etməsindən daha fəzilətli dua yoxdur”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 798 (Kitab 15, 119)

Qeyd

İbn Macə, 3851, 3983. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3388.

Fəsil 52

Dinini və dünyanı cəm edən dua

حَدَّثَنَا سَعْدُ بْنُ طَارِقِ ابْنِ أَشْيَمَ الأَشْجَعِيُّ قَالَ: حَدَّثَنِي أَبِي قَالَ: كُنَّا نَغْدُو إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَيَجِيءُ الرَّجُلُ وَتَجِيءُ الْمَرْأَةُ فَيَقُولُ: يَا رَسُولَ اللَّهِ، كَيْفَ أَقُولُ إِذَا صَلَّيْتُ؟) يَا رَسُولَ اللَّهِ كَيْفَ أَقُولُ حِينَ أَسْأَلُ رَبِّى (فَيَقُولُ: «قُلِ: اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَارْزُقْنِي»، فَقَدْ جَمَعْنَ لَكَ دُنْيَاكَ وَآخِرَتَكَ.

“Rəvayət edilir ki, Səd ibn Tariq ibn Əşyəm əl-Əşcəi ﵁ demişdir: “Biz səhərlər Peyğəmbərin ﷺ yanına gedərdik. Onun yanına həm kişi, həm də qadın gəlib soruşardı: “Ey Allahın Elçisi, mən namaz qılarkən nə deməliyəm?” (Digər rəvayətdə deyilir: “Ey Allahın Elçisi, mən Rəbbimdən istədikdə nə deyim?”) O da buyurardı: “De: “Alla:hummə-ğfirli: varhəmni: vahdini: varzuqni:!” Bu sözlər sənin üçün dünyanı və Axirətini cəm etdi”.”

Səd ibn Tariq ibn Əşyəm əl-Əşcəi
SəhihFəzilətli əməllər, 799 (Kitab 15, 120)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 651; Əhməd, 15881, 16301. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 508.

حَدَّثَنِى مُصْعَبُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ أَعْرَابِيًّا أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ عَلِّمْنِى كَلاَماً أَقُولُهُ. قَالَ «قُلْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ اللَّهُ أَكْبَرُ كَبْيراً وَالْحَمْدُ لِلَّهِ كَثِيراً وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَزِيزِ الْحَكِيمِ خَمْساً». قَالَ هَؤُلاَءِ لِرَبِّى فَمَا لِى قَالَ «قُلِ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَارْزُقْنِى وَاهْدِنِى وَعَافِنِى»

“Musab ibn Səd atasından ﵁ rəvayət edir ki, bir dəfə bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənə zikr edə biləcəyim bir kəlmə öyrət”. Peyğəmbər ﷺ dedi: “Beş dəfə de: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu:, Alla:hu Əkbər Kəbi:ran, valhəmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi Rabbil-a:ləmin, va lə: haulə va lə: quvvətə illə: billə:hil-Azi:zil-Həki:m!” Bədəvi dedi: “Bunlar Rəbbim üçündür, bəs mənim üçün olan nədir?” Peyğəmbər ﷺ dedi: “De: “Alla:hummə-ğfirli: varhəmni: varzuqni: vahdini: va a:fini:!”.”

Musab ibn Səd atasından
SəhihFəzilətli əməllər, 800 (Kitab 15, 121)

Qeyd

Əhməd, 1561, 1581. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.

Fəsil 53

Əmirin zülmünə qarşı edilən dua

عَنْ أَبِي مِجْلَزٍ قَالَ: مَنْ خَافَ مِنْ أَمِيرٍ ظُلْمًا فَقَالَ: رَضِيت بِاللهِ رَبًّا وَبِالإِسْلامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا وَبِالْقُرْآنِ حَكَمًا وَإِمَامًا أَنْجَاهُ اللَّهُ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Micləz ﵁ demişdir: “Kim əmirin zülmündən qorxub: “Radi:tu billə:hi Rabbən va bil-İslə:mi di:nən va bi-Muhəmmədin nəbiyyən va bil-Qur'a:ni hukmən va imə:mən!”- desə, Allah onu əmirin zülmündən xilas edər”.”

Əbu Micləz
SəhihFəzilətli əməllər, 801 (Kitab 15, 122)

Qeyd

İbn Əbu Şeybə “Musannəf” 29791. Hədis səhih-məvqufdur. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2239.

Fəsil 54

Şirkin azından da, çoxundan da çəkinin!

سَمِعْتُ مَعْقِلَ بْنَ يَسَارٍ يَقُولُ: انْطَلَقْتُ مَعَ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا أَبَا بَكْرٍ، لَلشِّرْكُ فِيكُمْ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، فَقَالَ أَبُو بَكْرٍ: وَهَلِ الشِّرْكُ إِلاَّ مَنْ جَعَلَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَلشِّرْكُ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، أَلاَ أَدُلُّكَ عَلَى شَيْءٍ إِذَا قُلْتَهُ ذَهَبَ عَنْكَ قَلِيلُهُ وَكَثِيرُهُ؟ قَالَ: قُلِ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لا أَعْلَمُ.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Mən Əbu Bəkr əs-Siddiq ﵁ ilə birlikdə Peyğəmbərin ﷺ yanına gəldim. O buyurdu: “Ey Əbu Bəkr, şirk (riya) sizin aranızda qarışqanın yerişindən də gizlindir”. Əbu Bəkr dedi: “Məgər şirk Allahla yanaşı başqa bir tanrı qəbul etmək deyilmi?” Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun ki, şirk qarışqanın yerişindən də gizlindir. Sənə elə bir şey öyrədimmi ki, onu dediyin zaman şirkin azı da, çoxu da səndən uzaq olsun?” (Sonra sözünə davam edib) buyurdu: “De: “Alla:hummə inni: əu:zu bikə ən uşrikə bikə və ənə ə'ləmu va əstəğfirukə limə: lə: ə'ləmu!”.”

Məqil ibn Yəsar
SəhihFəzilətli əməllər, 802 (Kitab 15, 123)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 716. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3731.

Fəsil 55

Cənnəti vacib edən zikr

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قَالَ رَضِيتُ بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نبيا وَجَبَتْ لَهُ الْجَنَّةُ»....«فأنا الزعيمُ, لآخذنّ بيدِه حتى أُدْخِلَه الجنّةَ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim: “Radi:tu billə:hi Rabbən, va bil-İslə:mi di:nən va bi-Muhəmmədin sallalla:hu aleyhi və səlləm nəbiyyən!”- deyərsə, Cənnət ona vacib olar”. Digər rəvayətdə deyilir: “...mən o kimsənin əlindən tutub Cənnətə daxil edəcəyimə zəmanət verirəm”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 803 (Kitab 15, 124)

Qeyd

Əbu Nueym əl-Əsbəhəni “əl-Mə'rifətus-Sahabə” 5521; əl-Heysəmi “Məcməuz-Zəvaid” 17005. Hədis səhihdir. Bax: Silsilə əs-Səhih, 2686.

Fəsil 56

“Bismilləh” kəlməsi

عَنْ أَبِي الْمَلِيح، عَنْ رَجُلٍ قَالَ: كُنْتُ رَدِيفَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَعَثَرَتْ دَابَتُهُ، فَقُلتُ: تَعِسَ الشَّيْطَانُ فَقَالَ: «لا تَقُلْ تَعِسَ الشَّيْطُانُ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَعَاظَمَ حَتَّى يَكُونَ مِثلَ الَبَيتِ وَيَقُولُ: بِقُوَّتِي، وَلَكِن قُلْ: بِسْمِ اللهِ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَصَاغَرَ حَتَّى يَكُونَ مِثلَ الذُّبَابِ».

“Əbul-Məlih ﵁ rəvayət edir ki, bir kişi dedi: “Mən Peyğəmbərin ﷺ miniyinin tərkində yol gedirdim. Birdən heyvanın ayağı sürüşdü. Mən: “Məhv olsun şeytan!”- dedim. Peyğəmbər ﷺ dedi: “Məhv olsun şeytan!”- demə, çünki sən bunu söylədikdə, o, ev boyda olana qədər şişir və deyir: “Bu iş mənim qüvvəmlə olur”. Lakin sən: “Allahın adı ilə (Bismilləh)”- de, çünki sən bunu söylədikdə, o, milçək boyda olana qədər kiçilir”.”

Əbul-Məlih
SəhihFəzilətli əməllər, 804 (Kitab 15, 125)

Qeyd

Əbu Davud, 4982, 4984. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7401.

Fəsil 57

Ən gözəl təşəkkür

عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ صُنِعَ إِلَيْهِ مَعْرُوفٌ فَقَالَ لِفَاعِلِهِ : جَزَاكَ اللهُ خَيْراً، فَقَدْ أَبْلَغَ فِي الثَّنَاءِ».

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər kim özünə yaxşılıq etmiş adama: “Cəzə:k-Alla:hu xayran!”- deyərsə, ən gözəl şəkildə təşəkkür etmiş olar”.”

Usamə ibn Zeyd
SəhihFəzilətli əməllər, 805 (Kitab 15, 126)

Qeyd

ət-Tirmizi, 2035, 2167. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 969.

Fəsil 58

Şeytanların ordularını darmadağın edən zikr

حَدَّثَنَا أَبُو التَّيَّاحِ قَالَ قُلْتُ لِعَبْدِ الرَّحْمَنِ بْنِ خَنْبَشٍ التَّمِيمِيِّ وَكَانَ كَبِيرًا :أَدْرَكْتَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: نَعَمْ قَالَ قُلْتُ كَيْفَ صَنَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ كَادَتْهُ الشَّيَاطِينُ فَقَالَ إِنَّ الشَّيَاطِينَ تَحَدَّرَتْ تِلْكَ اللَّيْلَةَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ الْأَوْدِيَةِ وَالشِّعَابِ وَفِيهِمْ شَيْطَانٌ بِيَدِهِ شُعْلَةُ نَارٍ يُرِيدُ أَنْ يُحْرِقَ بِهَا وَجْهَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَهَبَطَ إِلَيْهِ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ فَقَالَ يَا مُحَمَّدُ قُلْ قَالَ مَا أَقُولُ قَالَ قُلْ أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ شَرِّ مَا خَلَقَ وَذَرَأَ وَبَرَأَ وَمِنْ شَرِّ مَا يَنْزِلُ مِنْ السَّمَاءِ وَمِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلَّا طَارِقًا يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ قَالَ فَطَفِئَتْ نَارُهُمْ وَهَزَمَهُمْ اللَّهُ تَبَارَكَ وَتَعَالَى

“Rəvayət edilir ki, Əbu ət-Təyyah ﵀ demişdir: “Mən Abdur-Rahmən ibn Xanbəş ət-Təmimi yaşlı ikən ondan soruşdum: “Sən Allah Elçisini ﷺ görmüsən?” O: “Bəli”– dedi. Mən soruşdum: “Şeytanların Allahın Elçisinə ﷺ hiylə qurduğu gecə o, nə etdi?” O dedi: “Həqiqətən, o gecə şeytanlar vadilərdən və dərələrdən axışaraq Allah Elçisinə ﷺ hücum etdilər. Onların arasında olan bir şeytan əlində məşəl tutaraq Allah Elçisinin ﷺ üzünü yandırmaq istəyirdi. (Belə olan təqdirdə) Cəbrail ﵇ onun yanına enərək buyurdu: “Ey Muhəmməd, de!” O da: “Nə deyim?”– deyə soruşdu. Cəbrail buyurdu: “De: “Əu:zu bikəlimə:til-lə:hit-tə:mməti min şərri mə: xaləqa va zəraə va bəraə va min şərri mə: yənzilu minəs-səmə:i va min şərri mə: yə'rucu fi:hə: va min şərri fitənil-leyli van-nəhə:ri va min şərri kulli ta:riqin illə: ta:riqan yətruqu bi xayrin, yə: Rahmə:n!” (Bundan sonra) onların alovları söndü və Uca Allah onları darmadağın etdi”.”

Əbu ət-Təyyah
HəsənFəzilətli əməllər, 806 (Kitab 15, 127)

Qeyd

Əhməd, 15460, 15498. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1602.

Fəsil 59

Müsibət vaxtı deyilən dua

سَمِعَ أُمَّ سَلَمَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَا مِنْ عَبْدٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِى فِى مُصِيبَتِى وَأَخْلِفْ لِى خَيْرًا مِنْهَا إِلاَّ أَجَرَهُ اللَّهُ فِى مُصِيبَتِهِ وَأَخْلَفَ لَهُ خَيْرًا مِنْهَا». قَالَتْ فَلَمَّا تُوُفِّىَ أَبُو سَلَمَةَ قُلْتُ كَمَا أَمَرَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْلَفَ اللَّهُ لِى خَيْرًا مِنْهُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müsibətə düçar olub: “İnnə: lillə:hi va innə: ileyhi ra:ciu:n. Alla:hummə əcirni: fi: musi:bəti: vaxlufli: xayran minhə:!”- deyən elə bir qul yoxdur ki, Allah onu müsibətinə görə mükafatlandırmasın və ondan daha xeyirli olanı ilə əvəz etməsin”. Əbu Sələmə vəfat etdiyi vaxt Allah Elçisinin ﷺ mənə buyurduğu kimi dedim və Allah onu mənə ondan da xeyirli olan Allah Elçisi ﷺ ilə əvəz etdi”.”

Ummu Sələmə
SəhihFəzilətli əməllər, 807 (Kitab 15, 128)

Qeyd

Muslim, 1525, 2166.

Fəsil 60

Yə: Zəl-Cələ:li val-İkra:m

عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «أَلِظُّوا بِيَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yə: Zəl-Cələ:li val-İkra:m!” (Ey əzəmət və ehtiram Sahibi!) – (adı ilə) davamlı dua edin”.”

Ənəs
SəhihFəzilətli əməllər, 808 (Kitab 15, 129)

Qeyd

ət-Tirmizi, 3525, 3868. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1536.

Fəsil 61

“Lə iləhə illəllah” kəlməsini deməyi çoxaldın

عن أبي هريرة قال قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أكثروا من شهادة أن لا إله إلا الله قبل أن يحال بينكم وبينها

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölüm sizə gəlmədən öncə “lə iləhə illəllah” şəhadət kəlməsini söyləməyi çoxaldın!””

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 809 (Kitab 15, 130)

Qeyd

Əbu Yalə, 6147. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1529.

Fəsil 62

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحُمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْر، أَوْ مَنَحَ مَنِيحَةً أَوْ هَدَى زُقَاقاً كَانَ كَمَنْ أَعْتَقَ رَقَبَة».

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu:, ləhul-mulku va ləhul-həmdu, va huvə alə: kulli şey in qadi:r!”- deyər və ya bir dişi dəvəni hədiyyə edər və ya bir kimsəyə yol göstərərsə, qul azad etmiş kimidir”.”

əl-Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 810 (Kitab 15, 131)

Qeyd

Əhməd, 18554. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1535.

عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، كَانَ لَهُ عَدْلَ رَقَبَةٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ، وَحُطَّ عَنْهُ عَشْرُ خَطِيئاتٍ، وَرُفِعَ لَهُ عَشْرُ دَرَجَاتٍ، وَكَانَ فَي حِرْزٍ مِنَ الشَّيطَانِ حَتَّى يُمْسِي، وَإِذَا أَمْسَى فَمِثْلُ ذَلِكَ حَتَّى يُصْبِحَ». قَالَ: فَرأَى رَجُلٌ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرَى النَّائِمُ فَقَالَ: يَا رَسُوْلَ اللهِ! إِنَّ أَبَا عَيَّاشٍ يَرْوُي عَنْكَ كَذَا وَكَذَا فَقَالَ: «صَدَقَ أَبُو عَيَّاشٍ».

“Rəvayət edilir ki, Əbu Ayyəş əz-Zuraqi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, bu, onun üçün İsmayıl övladından bir köləni azad etməyə bərabərdir. Həmçinin onun on günahı silinər, on dərəcə yüksələr və o gün axşama qədər şeytandan qorunmuş olar. Axşam dedikdə səhərə qədər bunları qazanmış olar”. Sonra bir nəfər yuxusunda Allah Elçisini ﷺ görüb ondan soruşdu: “Ey Allahın Elçisi, Əbu Ayyəş səndən belə bir hədis rəvayət edir”. Allah Elçisi ﷺ: “Əbu Ayyəş doğru söylədi!”- deyə buyurdu”.”

Əbu Ayyəş əz-Zuraqi
SəhihFəzilətli əməllər, 811 (Kitab 15, 132)

Qeyd

İbn Macə, 3867, 4000; Əbu Davud, 5077, 5079. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2395.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ وَكُتِبَ لَهُ مِائَةُ حَسَنَةٍ وَمُحِيَتْ عَنْهُ مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ حِرْزًا مِنْ الشَّيْطَانِ يَوْمَهُ ذَلِكَ حَتَّى يُمْسِيَ وَلَمْ يَأْتِ أَحَدٌ بِأَفْضَلَ مِمَّا جَاءَ إِلاَّ رَجُلٌ عَمِلَ أَكْثَرَ مِنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim gün ərzində yüz dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, on kölə azad etmiş sayılar, üstəlik ona yüz savab yazılar və onun yüz günahı silinər, (bundan başqa bu dualar) həmin gün axşama qədər onu şeytandan qoruyar və (bu duanı) ondan çox deyən kimsə istisna olmaqla heç kəs onun gətirdiyindən üstün bir şey gətirə bilməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 812 (Kitab 15, 133)

Qeyd

əl-Buxari, 5923, 6403.

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَيْرُ الدُّعَاءِ دُعَاءُ يَوْمِ عَرَفَةَ وَخَيْرُ مَا قُلْتُ أَنَا وَالنَّبِيُّونَ مِنْ قَبْلِى لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ».

“Amr ibn Şueyb atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ən xeyirli dua Arafa günü edilən duadır. Mən və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli kəlmə budur: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!””

Amr ibn Şueyb atasından
SəhihFəzilətli əməllər, 813 (Kitab 15, 134)

Qeyd

ət-Tirmizi, 3585, 3934. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2398.

قَالَ مِنْ أَبِى أَيُّوبَ الأَنْصَارِىِّ يُحَدِّثُهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».

“Əbu Əyyub əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim gündə on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, İsmayıl övladından dörd nəfəri azad etmiş kimi olar”.”

Əbu Əyyub əl-Ənsari
SəhihFəzilətli əməllər, 814 (Kitab 15, 135)

Qeyd

Muslim, 4859, 7020.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ. فِى يَوْمٍ مِائَةَ مَرَّةٍ. كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ وَكُتِبَتْ لَهُ مِائَةُ حَسَنَةٍ وَمُحِيَتْ عَنْهُ مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ حِرْزًا مِنَ الشَّيْطَانِ يَوْمَهُ ذَلِكَ حَتَّى يُمْسِىَ وَلَمْ يَأْتِ أَحَدٌ أَفْضَلَ مِمَّا جَاءَ بِهِ إِلاَّ أَحَدٌ عَمِلَ أَكْثَرَ مِنْ ذَلِكَ. وَمَنْ قَالَ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ فِى يَوْمٍ مِائَةَ مَرَّةٍ حُطَّتْ خَطَايَاهُ وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim gündə yüz dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, bu, onun üçün on köləni azad etməyə bərabər olar. Ona yüz savab yazılar və onun yüz günahı silinər, o gün axşama qədər şeytandan qorunar. (Qiyamət günü) ondan daha çox söyləyəndən başqa heç kəs onun gətirdiyindən fəzilətli bir şey gətirə bilməz. Kim də gün ərzində yüz dəfə: “Subhə:n-Alla:hi va bihəmdihi!”- deyərsə, onun günahları dənizin köpükləri qədər olsa belə, silinər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 815 (Kitab 15, 136)

Qeyd

Muslim, 2691, 4857, 7018.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مَنْ قَالَهَا عَشْرَ مَرَّاتٍ حِينَ يُصْبِحُ كُتِبَ لَهُ بِهَا مِائَةُ حَسَنَةٍ وَمُحِيَ عَنْهُ بِهَا مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ عَدْلَ رَقَبَةٍ وَحُفِظَ بِهَا يَوْمَئِذٍ حَتَّى يُمْسِيَ وَمَنْ قَالَ مِثْلَ ذَلِكَ حِينَ يُمْسِي كَانَ لَهُ مِثْلُ ذَلِكَ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, ona yüz savab yazılar, yüz günahı silinər, onun üçün bir kölə azad etməyə bərabər olar və o gün axşama qədər (şeytandan) qorunar. Kim bunları axşam söyləyərsə, onun üçün bunun eynisi olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 816 (Kitab 15, 137)

Qeyd

Əhməd, 8704, 8719. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir.

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ: سُبْحَانَ اللهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ بَدَنَةٍ، وَمَنْ قَالَ: الْحَمْدُ لِلَّهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ، وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ فَرَسٍ يُحْمَلُ عَلَيْهَا، وَمَنْ قَالَ: اللَّهُ أَكْبَرُ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا، كَانَ أَفْضَلَ مِنْ عِتْقِ مِائَةِ رَقَبَةٍ، وَمَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا، لَمْ يَجِئْ يَوْمَ الْقِيَامَةِ أَحَدٌ بِعَمَلٍ أَفْضَلَ مِنْ عَمَلِهِ إِلاَّ مَنْ قَالَ قَوْلَهُ أَوْ زَادَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ buyurdu: “Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Subhən-Allah”- deyərsə, bu, yüz qurbanlıq heyvandan daha əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Əlhəmdulilləh”- deyərsə, bu, yüz atı (Allah yolunda) istifadəyə verməkdən daha əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Allahu Əkbər”- deyərsə, bu, yüz qul azad etməkdən əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Qiyamət günü onun bu dediyinə bərabər və ya artıq deyəndən başqa heç kəs onun gətirdiyi əməldən daha əfzəl əməl gətirə bilməz”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənFəzilətli əməllər, 817 (Kitab 15, 138)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10657. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 658.

Fəsil 63

Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r

عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مَرَّاتٍ، كَتَبَ اللَّهُ لَهُ بِكُلِّ وَاحِدَةٍ قَالَهَا عَشْرَ حَسَنَاتٍ، وَحَطَّ اللَّهُ عَنْهُ بِهَا عَشْرَ سَيِّئَاتٍ، وَرَفَعَهُ اللَّهُ بِهَا عَشْرَ دَرَجَاتٍ، وَكُنَّ لَهُ كَعَشْرِ رِقَابٍ، وَكُنَّ لَهُ مَسْلَحَةً مِنْ أَوَّلِ النَّهَارِ إِلَى آخِرِهِ، وَلَمْ يَعْمَلْ يَوْمَئِذٍ عَمَلاً يَقْهَرُهُنَّ، فَإِنْ قَالَ حِينَ يُمْسِي، فَمِثْلُ ذَلِكَ.

“Əbu Əyyub əl-Ənsari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim səhər açıldıqda on dəfə: “Lə: ilə:hə illəlla:hu, vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Allah bu zikrin hər birinə görə ona on savab yazar, on günahını silər, on dərəcə yüksəldər, ona on qul azad etmək savabı verilər, bu sözlər günün əvvəlindən sonunadək onu qoruyan silahlı dəstə olar, bu əməl o gün edilən əməllərin ən üstünü olar. Bunu axşam deyərsə, eyni savaba nail olar“.”

Əbu Əyyub əl-Ənsari
SəhihFəzilətli əməllər, 818 (Kitab 15, 139)

Qeyd

Əhməd, 23401, 23614. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 114.

عَنْ عُمَارَةَ بْنِ شَبِيبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمْيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِير، عَشْرَ مَرَّاتٍ عَلَى إِثْرِ الْمَغْرِبِ، بَعَثَ اللهَ لَهُ مَسْلَحهً يَحْفَظُونَهُ مِنَ الشَّيْطَانِ حَتَّى يُصْبِحَ، وَكَتَبَ اللهُ لَهُ بَهَا عَشْرَ حَسَنَاتٍ مُوجِبَاتٍ وَمَحَى عَنْهُ عَشْرَ سَيِّئاتٍ مُوْبِقَاتٍ وَكَانَتْ لَهُ بِعَدْلِ عَشْرِ رِقَابٍ مُؤْمِنَاتٍ».

“Rəvayət edilir ki, Uməra ibn Şəbib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim məğribdən sonra on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Allah onu səhərədək şeytandan qoruyan silahlı mühafizəçilər göndərər, onun üçün (Cənnəti) vacib edən on savab yazılar, onu həlak edən on günahı silinər və ona on möminə köləni azad etməyə bərabər savab verilər”.”

Uməra ibn Şəbib
SəhihFəzilətli əməllər, 819 (Kitab 15, 140)

Qeyd

ət-Tirmizi, 3534, 3877. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1/160/472.

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قالَ لاَ إله إِلاَّ الله، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عَشْرَ مَرَّاتٍ كَانَ لَهُ بِعَدْلِ نَسَمَةٍ»

“əl-Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, bir canı azad etmiş kimi olar”.”

əl-Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 820 (Kitab 15, 141)

Qeyd

əs-Suyuti “Cəmius-Sağir” 12120. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6436.

Fəsil 64

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ قَالَ فِي دُبُرِ صَلاةِ الْغَدَاةِ: لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَيُحْيِي وَيُمِيتُ بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدْيرٌ مِئَةَ مَرَّةٍ قَبْلَ أَنْ يَثْنِيَ رِجْلَيْهِ، كَانَ يَوْمَئِذٍ أَفْضَلَ أَهْلِ الأَرْضِ عملا إِلا مَنْ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَى مَا قَالَ".

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra oturduğu halda yüz dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, o gün yer əhli arasında ən fəzilətli əməli etmiş sayılar, onun kimi və ya ondan artığını deyən isə istisnadır”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 821 (Kitab 15, 142)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7200, “Mucəmul-Kəbir” 8001, 8075. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 476.

Fəsil 65

Lə: həulə va lə: quvvətə illə: billə:h

عَنْ مُعَاذٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَلَا أَدُلُّكَ عَلَى بَابٍ مِنْ أَبْوَابِ الْجَنَّةِ قَالَ وَمَا هُوَ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ

“Muaz ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sənə Cənnət qapılarından birini göstərimmi?” Mən dedim: “O hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Lə: həulə va lə: quvvətə illə: billə:h!”.”

Muaz
SəhihFəzilətli əməllər, 822 (Kitab 15, 143)

Qeyd

Əhməd, 21996, 22346. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1581.

عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ قَالَ: لَمَّا غَزَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْبَرَ - أَوْ قَالَ لَمَّا تَوَجَّهَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَشْرَفَ النَّاسُ عَلَى وَادٍ، فَرَفَعُوا أَصْوَاتَهُمْ بِالتَّكْبِيرِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ارْبَعُوا عَلَى أَنْفُسِكُمْ، إِنَّكُمْ لاَ تَدْعُونَ أَصَمَّ وَلاَ غَائِبًا، إِنَّكُمْ تَدْعُونَ سَمِيعًا قَرِيبًا وَهُوَ مَعَكُمْ». وَأَنَا خَلْفَ دَابَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَنِى وَأَنَا أَقُولُ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ، فَقَالَ لِى: «يَا عَبْدَ اللَّهِ بْنَ قَيْسٍ». قُلْتُ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ. قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى كَلِمَةٍ مِنْ كَنْزٍ مِنْ كُنُوزِ الْجَنَّةِ». قُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ فِدَاكَ أَبِى وَأُمِّى. قَالَ: «لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ».

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybərə yürüş etdikdə (yaxud o istiqamətə getdikdə) və insanlar (hər hansı bir) vadiyə yaxınlaşdıqda uca səslə təkbir gətirib deyərdilər: “Allahu Əkbər, Allahu Əkbər, lə iləhə illəllah”. Allah Elçisi ﷺ buyurdu: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olanı çağırmırsınız. Həqiqətən, O, Eşidəndir, Yaxındır və O, (həmişə) sizinlədir”. Həmin vaxt mən Allah Elçisinin ﷺ dəvəsinin arxa tərəfində idim. O mənim: “Lə: həulə va lə: quvvətə illə: billə:h!”- dediyimi eşitdi və mənə belə buyurdu: “Ey Abdullah ibn Qeys!” Mən dedim: “Hüzurundayam, ey Allahın Elçisi!” O dedi: “Sənə Cənnət xəzinələrindən sayılan bir kəlməni öyrədimmi?” Mən dedim: “Bəli, ey Allahın Elçisi, atam-anam sənə fəda olsun!” Allah Elçisi ﷺ buyurdu: “Lə həulə va lə quvvətə illə billəh!””

Əbu Musa əl-Əşari
SəhihFəzilətli əməllər, 823 (Kitab 15, 144)

Qeyd

əl-Buxari, 4205; Muslim, 2704, 6120, 7037.

عَنْ أَبِي ذَرٍّ ، قَالَ : أَمَرَنِي خَلِيلِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِسَبْعٍ : أَمَرَنِي بِحُبِّ الْمَسَاكِينِ ، وَالدُّنُوِّ مِنْهُمْ ، وَأَمَرَنِي أَنْ أَنْظُرَ إِلَى مَنْ هُوَ دُونِي ، وَلاَ أَنْظُرَ إِلَى مَنْ هُوَ فَوْقِي ، وَأَمَرَنِي أَنْ أَصِلَ الرَّحِمَ وَإِنْ أَدْبَرَتْ ، وَأَمَرَنِي أَنْ لاَ أَسْأَلَ أَحَدًا شَيْئًا ، وَأَمَرَنِي أَنْ أَقُولَ بِالْحَقِّ وَإِنْ كَانَ مُرًّا ، وَأَمَرَنِي أَنْ لاَ أَخَافَ فِي اللهِ لَوْمَةَ لاَئِمٍ ، وَأَمَرَنِي أَنْ أُكْثِرَ مِنْ قَوْلِ : لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ ، فَإِنَّهُنَّ مِنْ كَنْزٍ تَحْتَ الْعَرْشِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Sevimli dostum (yəni Peyğəmbər ﷺ) mənə yeddi şeyi əmr etdi; mənə kasıbları sevməyi və onlara yaxın olmağı, özümdən yuxarı olana yox, aşağı olana baxmağı, onlar üz döndərsələr belə, yenə də qohumluq əlaqələrini saxlamağı, heç kəsdən heç nə istəməməyi, acı olsa da, haqqı deməyi, Allah yolunda qınayanların qınağından qorxmamağı və “Lə həulə va lə quvvətə illə billəh!”- kəlməsini deməyi çoxaltmağı. Çünki, həqiqətən də, bu kəlmələr Ərşin altındakı xəzinələrdəndir”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 824 (Kitab 15, 145)

Qeyd

Əhməd, 21415, 21453, 21745; İbn Hibban, 449; əl-Beyhəqi “Sunənul-Kubra” 20681. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2166.

Fəsil 66

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أَنَسٍ قَالَ: جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، عَلِّمْنِي خَيْرًا فَأَخَذَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ فَقَالَ: " قُلْ سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ قَالَ: فَعَقَدَ الْأَعْرَابِيُّ عَلَى يَدِهِ " وَمَضَى فَتَفَكَّرَ ثُمَّ رَجَعَ فَتَبَسَّمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: تَفَكَّرَ الْبَائِسُ فَجَاءَ فَقَالَ يَا رَسُولَ اللهِ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ هَذَا لِلَّهِ فَمَا لِي ؟ فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " يَا أَعْرَابِيُّ إِذَا قُلْتَ: سُبْحَانَ اللهِ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: الْحَمْدُ لِلَّهِ قَالَ اللهُ: صَدَقْتَ، وَإِذَا قُلْتَ: لَا إِلَهَ إِلَّا اللهُ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: اللهُ أَكْبَرُ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: اللهُمَّ اعْفِرْ لِي قَالَ اللهُ: فَعَلْتُ وَإِذَا قُلْتَ: اللهُمَّ ارْحَمْنِي قَالَ اللهُ: فَعَلْتُ وَإِذَا قُلْتَ: اللهُمَّ ارْزُقْنِي قَالَ اللهُ: قَدْ فَعَلْتُ قَالَ: فَعَقَدَ الْأَعْرَابِيُّ عَلَى سَبْعٍ فِي يَدِهِ ثُمَّ وَلَّى "

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir bədəvi ərəb Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə xeyir öyrət”. Peyğəmbər ﷺ onun əlindən tutub dedi: “De: “Subhə:n-Allah vəlhəmdulilləh və lə: ilə:hə illəllah və Alla:hu Əkbər”. Bədəvi barmaqları ilə zikr edə-edə getdi. Sonra nəsə fikirləşib geri qayıtdı. Peyğəmbər ﷺ gülümsəyərək dedi: “Biçarə qul nəsə fikirləşib gəldi”. Bədəvi dedi: “Ey Allahın Elçisi! Subhə:n-Allah vəlhəmdulilləh və lə: ilə:hə illəllah və Alla:hu Əkbər” Allah üçündür, bəs mənə nə çatacaq?” Peyğəmbər ﷺ ona dedi: “Ey bədəvi, sən: “Subhə:n-Allah”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Əlhəmdulilləh”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Lə: ilə:hə illəllah”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Alla:hu Əkbər”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Allahım, məni bağışla! (Alla:hummə-ğfirli:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Sən: “Allahım, mənə rəhm et! (Alla:hummə-rhəmni:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Sən: “Allahım, məni ruziləndir! (Alla:hummə-rzuqni:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Bədəvi yeddi barmağı ilə saydı, sonra getdi”.”

Ənəs
SəhihFəzilətli əməllər, 825 (Kitab 15, 146)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 610; əd-Diya əl-Məqdisi “Əhədisul-Muxtəra” 1613. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3336.

عَنْ سَلْمَى أُمِّ بني أَبِي رَافِعٍ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ: يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي بِكَلِمَاتٍ وَلا تُكْثِرْ عَلَيَّ، فَقَالَ:قُولِي: اللَّهُ أَكْبَرُ عَشَرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي سُبْحَانَ اللَّهِ عَشْرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي اللَّهُمَّ اغْفِرْ لِي يَقُولُ: قَدْ فَعَلْتُ، فَتَقُولِينَ عَشْرَ مِرَارٍ وَيَقُولُ: قَدْ فَعَلْتُ.

“Allah Elçisinin ﷺ azad etdiyi Səlmə Ummu Bəni Əbu Rafi ﵂ demişdir: “Ey Allahın Elçisi, mənə uzun olmayan kəlmələr öyrət”. Allah Elçisi ﷺ buyurdu: “On dəfə: “Allahu Əkbər”- de. Allah buyurar: “Bu Mənim üçündür”. On dəfə: “Subhən-Allah”- de. Allah buyurar: “Bu Mənim üçündür”. De: “Allahım, məni bağışla!” Allah buyurar: “Artıq bağışladım”. Bunu on dəfə desən, Allah da on dəfə: “Artıq bağışladım”- deyər”.”

Səlmə Ummu Bəni Əbu Rafi
SəhihFəzilətli əməllər, 826 (Kitab 15, 147)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 766, 20222. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1566.

عَنْ عَبْدِ اللهِ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: " إِنَّ اللهَ قَسَمَ بَيْنَكُمْ أَخْلَاقَكُمْ كَمَا قَسَمَ بَيْنَكُمْ أَرْزَاقَكُمْ، وَإِنَّ اللهَ يُعْطِي الْمَالَ مَنْ يُحِبُّ، وَمَنْ لَا يُحِبُّ، وَلَا يُعْطِي الْإِيمَانَ، إِلَّا مَنْ يُحِبُّ فَإِذَا أَحَبَّ عَبْدًا أَعْطَاهُ الْإِيمَانَ فَمَنَ ضَنَّ بِالْمَالِ أَنْ يُنْفِقَهُ وَهَابَ اللَّيْلَ أَنْ يُكَابِدَهُ، وَخَافَ الْعَدُوَّ أَنْ يُجَاهِدَهُ فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ فَإِنَّهُنَّ مُقَدِّمَاتٌ مُجَنِّبَاتٌ، وَمُعَقِّبَاتٌ وَهُنَّ الْبَاقِيَاتُ الصَّالِحَاتُ "

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah sizin aranızda ruzini bölüşdürdüyü kimi əxlaqı da bölüşdürmüşdür. Allah mal-dövləti sevdiyinə də, sevmədiyinə də verir, imanı isə yalnız sevdiyinə verir. Əgər Allah bir bəndəni sevərsə, ona iman verər. Kim malını xərcləməyə xəsislik etsə, gecə (namazına qalxmağa) tənbəllik etsə, düşmənlə cihad etməkdən qorxsa, qoy “Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah, Alla:hu əkbər”– desin. Bunlar öndən, yanlardan və arxadan qoruyanlardır. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”.”

Abdullah
SəhihFəzilətli əməllər, 827 (Kitab 15, 148)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 599; ət-Tabərani “Mucəmul-Kəbir” 8897, 8990. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2714.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم : خَلَّتَانِ لاَ يُحْصِيهِمَا رَجُلٌ مُسْلِمٌ إِلاَّ دَخَلَ الْجَنَّةَ ، وَهُمَا يَسِيرٌ ، وَمَنْ يَعْمَلُ بِهِمَا قَلِيلٌ قَالَ : قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم : الصَّلَوَاتُ الْخَمْسُ ، يُسَبِّحُ أَحَدُكُمْ فِي دُبُرِ كُلِّ صَلاَةٍ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا ، وَيُكَبِّرُ عَشْرًا ، فَهِيَ خَمْسُونَ وَمِائَةٌ فِي اللِّسَانِ ، وَأَلْفٌ وَخَمْسُ مِئَةٍ فِي الْمِيزَانِ ، وَأَنَا رَأَيْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَعْقِدُهُنَّ بِيَدِهِ ، وَإِذَا أَوَى أَحَدُكُمْ إِلَى فِرَاشِهِ أَوْ مَضْجَعِهِ سَبَّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَحَمِدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَكَبَّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَهِيَ مِئَةٌ عَلَى اللِّسَانِ ، وَأَلْفٌ فِي الْمِيزَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم ، فَأَيُّكُمْ يَعْمَلُ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ أَلْفَيْنِ وَخَمْسَ مِئَةِ سَيِّئَةٍ ؟ قِيلَ : يَا رَسُولَ اللهِ ، وَكَيْفَ لاَ نُحْصِيهِمَا ؟ فَقَالَ : إِنَّ الشَّيْطَانَ يَأْتِي أَحَدَكُمْ وَهُوَ فِي صَلاَتِهِ ، فَيَقُولُ : اذْكُرْ كَذَا ، اذْكُرْ كَذَا ، وَيَأْتِيهِ عِنْدَ مَنَامِهِ فَيُنِيمُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “İki xislət var ki, onlara daim əməl edən müsəlman kimsə mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Sizdən kim beş namazın ardı ilə on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) deyərsə, bu deyilənlər dildə yüz əlli, tərəzidə isə min beş yüzdür”. Mən Allah Elçisinin ﷺ bunları barmaqları ilə saydığını gördüm. Sonra Allah Elçisi ﷺ buyurdu: “Sizdən hər biriniz yatağına girdiyi zaman (otuz üç dəfə) “Subhən-Allah”, (otuz üç dəfə) “Əlhəmdulilləh” və (otuz dörd dəfə) “Allahu Əkbər” desin. Bu deyilənlər dildə yüz, tərəzidə isə mindir”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə sizdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” (Səhabələrdən biri) dedi: “Ey Allahın Elçisi! Necə ola bilər ki, biz bunu daim etməyək?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona deyər: “Filan və filan işi xatırla”. O da bunları zikr etməz. Həmçinin biriniz yatarkən şeytan onun yanına gəlib (Allahı zikr etməsin və ya Sübh namazına yatıb qalsın deyə) onu yatızdırar”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 828 (Kitab 15, 149)

Qeyd

ən-Nəsəi “Sunən” 1331, 1356; Əbu Davud, 5065, 5067; İbn Hibban, 2018. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2306.

الْحَارِثَ مَوْلَى عُثْمَانَ يَقُولُ جَلَسَ عُثْمَانُ يَوْماً وَجَلَسْنَا مَعَهُ فَجَاءَهُ الْمُؤَذِّنُ فَدَعَا بِمَاءٍ فِى إِنَاءٍ أَظُنُّهُ سَيَكُونُ فِيهِ مُدٌّ فَتَوَضَّأَ ثُمَّ قَالَ رَأَيْتُ رَسُو لَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ وُضُوئِى هَذَا ثُمَّ قَالَ «وَمَنْ تَوَضَّأَ وُضُوئِى ثُمَّ قَامَ فَصَلَّى صَلاَةَ الظُّهْرِ غُفِرَ لَهُ مَا كَانَ بَيْنَهَا وَبَيْنَ الصُّبْحِ ثُمَّ صَلَّى الْعَصْرَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الظُّهْرِ ثُمَّ صَلَّى الْمَغْرِبَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْعَصْرِ ثُمَّ صَلَّى الْعِشَاءَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْمَغْرِبِ ثُمَّ لَعَلَّهُ أَنْ يَبِيتَ يَتَمَرَّغُ لَيْلَتَهُ ثُمَّ إِنْ قَامَ فَتَوَضَّأَ وَصَلَّى الصُّبْحَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْعِشَاءِ وَهُنَّ الْحَسَنَاتُ يُذْهِبْنَ السَّيِّئَاتِ». قَالُوا هَذِهِ الْحَسَنَاتُ فَمَا الْبَاقِيَاتُ الصَّالِحَاتُ يَا عُثْمَانُ قَالَ هُنَّ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَاللَّهُ أَكْبَرُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ.

“Osmanın ﵁ azad etdiyi köləsi əl-Haris ﵀ demişdir: “Bir gün Osman oturdu, biz də onunla oturduq. Sonra müəzzin onun yanına gəldi və Osman bir qab su istədi. Mən güman edirəm ki, qabda bir mudd su var idi. O, dəstəmaz aldı və buyurdu: “Mən Allah Elçisinin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. Sonra o buyurdu: “Kim mənim aldığım kimi dəstəmaz alar və Zöhr namazını qılarsa, Sübh namazı ilə Zöhr namazı arasında etdiyi günahları bağışlanar. Sonra Əsr namazını qılarsa, Zöhr ilə Əsr arası etdiyi günahları bağışlanar. Məğrib namazını qılarsa, Əsrlə Məğrib arası etdiyi günahları bağışlanar. İşa namazını qılarsa, Məğriblə İşa arası etdiyi günahları bağışlanar. Bunlar pis əməlləri silib aparan yaxşı işlərdir”. Səhabələr dedilər: “Ey Osman, bu yaxşılıqlardır, bəs əbədi qalan yaxşılıqlar hansılardır?” Osman dedi: “Onlar “Lə: ilə:hə illəllah”, “Subhən-Allah”, “Əlhəmdulilləh”, “Allahu Əkbər” və “Lə: həulə va lə: quvvətə illə: billəh” kəlmələridir”.”

Osman
HəsənFəzilətli əməllər, 829 (Kitab 15, 150)

Qeyd

Əhməd, 513, 523. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لأَنْ أَقُولَ سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ أَحَبُّ إِلَىَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurmuşdur: “Subhən-Allah, vəlhəmdulilləh, va lə iləhə illəllah, vallahu Əkbər”- deməyim, mənim üçün günəşin üzərinə doğduğu hər şeydən daha sevimlidir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 830 (Kitab 15, 151)

Qeyd

Muslim, 4861, 7022; ət-Tirmizi, 3597, 3946.

عَنْ أَبِي أُمَامَةَ قَالَ: رَأَنِي النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أُحَرِّكُ شَفَتَيَّ، فَقَالَ :«مَا تَقُوْلُ يَا أَبَا أُمَامَةَ؟». قُلْتُ: أَذْكُرُ اللهَ، قَالَ: «أَفَلاَ أَدلُّكَ عَلَى مَا هُوَ أَكْثَرُ مِنْ ذِكْرِكَ اللهُ اللَّيْلَ مَعَ النَّهَار، تَقُولُ: الْحَمْدُ للهِ عَدَدَ مَا خَلَقَ، وَالْحَمْدُ للهِ مِلءَ مَا خَلَقْ، وَالْحَمْدُ للهِ عَدَدَ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْض، وَالْحَمْدُ للهِ عَدَدَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ مَلءَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ عَدَدَ كُلِّ شَيْءٍ، وَالْحَمْدُ للهِ مِلءَ كُلِّ شَيْءٍ، وَتُسَبِّحُ اللهَ مِثْلَهُنَّ». ثُمَّ قَالَ: «تُعَلِّمُهُنَّ عَقِبَكَ مِنْ بَعْدِكَ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənim dodaqlarımı tərpətdiyimi görüb buyurdu: “Nə söyləyirsən, ey Əbu Umamə?” Mən dedim: “Allahı zikr edirəm”. O buyurdu: “Gecə-gündüz Allahı zikr etməyindən daha çox (savabı olan) bir şeyi sənə öyrədimmi? De: “Əlhəmdulillə:hi adədə mə: xaləqa, vəlhəmdulillə:hi mil ə mə: xaləq, vəlhəmdulillə:hi adədə mə: fis-səmə:və:ti va mə: fil-ərdi, vəlhəmdulillə:hi adədə mə: əhsa: kitə:buhu, vəlhəmdulillə:hi mil ə mə: əhsa: kitə:buhu, vəlhəmdulillə:hi adədə kulli şey in, vəlhəmdulillə:hi mil ə kulli şey in!”- və bu qaydada “subhən-Allahi...” de. Özündən sonra gələnlərə də öyrət!””

Əbu Umamə
SəhihFəzilətli əməllər, 831 (Kitab 15, 152)

Qeyd

Əhməd, 22198; ət-Tabərani “Mucəmul-Kəbir” 7930. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2578.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِشَجَرَةٍ يَابِسَةِ الْوَرقِ فَضَرَبَهَا بِعَصَاهُ فَتَنَاثَرَ الْوَرقُ، فَقَالَ: «إِنَّ الْحَمْدَ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ اكْبَرُ، لَتُسَاقِطُ مِنْ ذُنُوبِ الْعَبْدِ، كَمَا تَسَاقَطَ وَرَقُ هَذِهِ الشَّجَرِةِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ yarpaqları qurumuş bir ağacın yanından keçərkən əsa ilə ağaca vurdu və onun yarpaqları yerə töküldü. O buyurdu: “Həqiqətən, “əlhəmdulilləh, subhən-Allah, lə iləhə illəllah Vallahu Əkbər” sözləri qulun günahlarını bu ağacın yarpaqları töküldüyü kimi tökür”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 832 (Kitab 15, 153)

Qeyd

ət-Tirmizi, 3533, 3876. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1601.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا عَلَى الأَرْضِ رَجُلٌ يَقُولُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ إِلاَّ كُفِّرَتْ عَنْهُ ذُنُوبُهُ وَلَوْ كَانَتْ أَكْثَرَ مِنْ زَبَدِ الْبَحْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yer üzündə: “Lə iləhə illəllahu, Vallahu əkbəru, va subhən-Allahi, vəlhəmdulilləhi, va lə həulə va lə quvvətə illə billəh”– deyən elə bir adam yoxdur ki, onun günahları – dənizdəki köpüklərdən çox olsa belə, bağışlanmasın”.”

Abdullah ibn Amr
HəsənFəzilətli əməllər, 833 (Kitab 15, 154)

Qeyd

ət-Tirmizi, 3460, 3794. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5636.

عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً رَأَى فِيمَا يَرَى النَّائِمُ قِيلَ لَهُ بِأَىِّ شَىْءٍ أَمَرَكُمْ نَبِيُّكُمْ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَمَرَنَا أَنْ نُسَبِّحَ ثَلاَثًا وَثَلاَثِينَ وَنَحْمَدَ ثَلاَثًا وَثَلاَثِينَ وَنُكَبِّرَ أَرْبَعًا وَثَلاَثِينَ فَتِلْكَ مِائَةٌ. قَالَ سَبِّحُوا خَمْسًا وَعِشْرِينَ وَاحْمَدُوا خَمْسًا وَعِشْرِينَ وَكَبِّرُوا خَمْسًا وَعِشْرِينَ وَهَلِّلُوا خَمْسًا وَعِشْرِينَ فَتِلْكَ مِائَةٌ فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «افْعَلُوا كَمَا قَالَ الأَنْصَارِىُّ».

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişiyə yuxuda belə deyildi: “Peyğəmbəriniz ﷺ sizə nəyi əmr etdi?” O da belə cavab verdi: “Otuz üç dəfə “subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz dörd dəfə “Allahu Əkbər” deməyimizi əmr etdi. Bununla sayı yüz olur”. Adam dedi: “İyirmi beş dəfə “subhən-Allah”, iyirmi beş dəfə “Əlhəmdulilləh”, iyirmi beş dəfə “Allahu Əkbər”, iyirmi beş dəfə də “Lə iləhə illəllah” deyin ki, yüz olsun!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Allah Elçisi ﷺ də belə buyurdu: “Ənsarın dediyi kimi edin!””

İbn Ömər
SəhihFəzilətli əməllər, 834 (Kitab 15, 155)

Qeyd

ən-Nəsəi “Sunən” 1351, 1359. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 973.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ وَأَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ اصْطَفَى مِنَ الْكَلاَمِ أَرْبَعاً سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ فَمَنْ قَالَ سُبْحَانَ اللَّهِ كَتَبَ اللَّهُ لَهُ عِشْرِينَ حَسَنَةً أَوْ حَطَّ عَنْهُ عِشْرِينَ سَيِّئَةً وَمَنْ قَالَ اللَّهُ أَكْبَرُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ مِنْ قِبَلِ نَفْسِهِ كُتِبَتْ لَهُ ثَلاَثُونَ حَسَنَةً وَحُطَّ عَنْهُ ثَلاَثُونَ سَيِّئَةً».

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah (Öz qulları üçün) dörd kəlmə seçmişdir: “Subhən-Allah, vəlhəmdulilləh, va lə iləhə illəllah, Vallahu Əkbər”. Kim “Subhən-Allah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Əlhəmdulillə:hi Rabbil-a:ləmi:n!”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
SəhihFəzilətli əməllər, 835 (Kitab 15, 156)

Qeyd

Əhməd, 7999, 11610. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1718.

عَنْ أَبِي هُرَيْرَة ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ :"مَا أَهَلَّ مُهِلٌّ قَطُّ وَلا كَبَّرَ مُكَبِّرٌ قَطُّ إِلا بُشِّرَ بِالْجَنَّةِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Lə iləhə illəllah” və “Allahu Əkbər” deyən elə bir kəs yoxdur ki, Cənnətlə müjdələnməsin”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 836 (Kitab 15, 157)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 974. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5569.

عَنْ عَائِشَةَ تَقُولُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّهُ خُلِقَ كُلُّ إِنْسَانٍ مِنْ بَنِى آدَمَ عَلَى سِتِّينَ وَثَلاَثِمَائَةِ مَفْصِلٍ فَمَنْ كَبَّرَ اللَّهَ وَحَمِدَ اللَّهَ وَهَلَّلَ اللَّهَ وَسَبَّحَ اللَّهَ وَاسْتَغْفَرَ اللَّهَ وَعَزَلَ حَجَرًا عَنْ طَرِيقِ النَّاسِ أَوْ شَوْكَةً أَوْ عَظْمًا عَنْ طَرِيقِ النَّاسِ وَأَمَرَ بِمَعْرُوفٍ أَوْ نَهَى عَنْ مُنْكَرٍ عَدَدَ تِلْكَ السِّتِّينَ وَالثَّلاَثِمِائَةِ السُّلاَمَى فَإِنَّهُ يَمْشِى يَوْمَئِذٍ وَقَدْ زَحْزَحَ نَفْسَهُ عَنِ النَّارِ». قَالَ أَبُو تَوْبَةَ وَرُبَّمَا قَالَ «يُمْسِى». .«عْدِلُ بَيْنَ الاِثْنَيْنِ صَدَقَةٌ ، وَيُعِينُ الرَّجُلَ عَلَى دَابَّتِهِ ، فَيَحْمِلُ عَلَيْهَا ، أَوْ يَرْفَعُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ ، وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ ، وَكُلُّ خَطْوَةٍ يَخْطُوهَا إِلَى الصَّلاَةِ صَدَقَةٌ ، وَيُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Adəm övladlarından olan hər bir insanda üç yüz altmış oynaq yaradılmışdır. Kim üç yüz altmış oynağın sayı qədər “Allahu Əkbər”, “Əlhəmdulilləh”, “Lə iləhə illəllah”, “Subhən-Allah” desə, Allahdan bağışlanma diləsə, insanların yolundan daşı və ya tikanı, ya da sümüyü kənarlaşdırsa, yaxşı işləri əmr edib pis işlərdən çəkindirsə, həmin gün özünü Cəhənnəmdən uzaqlaşdıraraq gəzər”. Əbu Talhə belə dedi: “Bəlkə də: “Uzaqlaşdırılaraq gecələyər”- demişdir”. Digər rəvayətdə bu əlavə var: “İki nəfərin münasibətini düzəltmək sədəqədir. Miniyinə minə bilməyənə kömək etmək sədəqədir. Miniyinə yük yükləməyə kömək etmək sədəqədir. Yaxşı söz danışmaq sədəqədir. Namaza gedərkən atdığın hər bir addım və insanları narahat edən maneəni yoldan götürmək sədəqədir”.”

Aişə
SəhihFəzilətli əməllər, 837 (Kitab 15, 158)

Qeyd

əl-Buxari, 2787, 2989; Muslim, 1009, 1677, 2382.

عَنْ أَبِي ذَرٍّ أَنَّ نَاسًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ ذَهَبَ أَهْلُ الدُّثُورِ بِالْأُجُورِ يُصَلُّونَ كَمَا نُصَلِّي وَيَصُومُونَ كَمَا نَصُومُ وَيَتَصَدَّقُونَ بِفُضُولِ أَمْوَالِهِمْ قَالَ أَوَ لَيْسَ قَدْ جَعَلَ اللَّهُ لَكُمْ مَا تَصَّدَّقُونَ إِنَّ بِكُلِّ تَسْبِيحَةٍ صَدَقَةً وَكُلِّ تَكْبِيرَةٍ صَدَقَةً وَكُلِّ تَحْمِيدَةٍ صَدَقَةً وَكُلِّ تَهْلِيلَةٍ صَدَقَةً وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ وَنَهْيٌ عَنْ مُنْكَرٍ صَدَقَةٌ وَفِي بُضْعِ أَحَدِكُمْ صَدَقَةٌ قَالُوا يَا رَسُولَ اللَّهِ أَيَأتِي أَحَدُنَا شَهْوَتَهُ وَيَكُونُ لَهُ فِيهَا أَجْرٌ قَالَ أَرَأَيْتُمْ لَوْ وَضَعَهَا فِي حَرَامٍ أَكَانَ عَلَيْهِ فِيهَا وِزْرٌ فَكَذَلِكَ إِذَا وَضَعَهَا فِي الْحَلَالِ كَانَ لَهُ أَجْرًا

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən olan bir dəstə insan Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi! Sərvət sahibləri çoxlu savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və həm də mallarının artıq olanını sədəqə verirlər”. Peyğəmbər ﷺ buyurdu: “Məgər Allah sizin üçün sədəqələr təyin etməyibmi? Həqiqətən, hər təsbih (Subhən-Allah) sədəqədir, hər təkbir (Allahu Əkbər) sədəqədir, hər təhmid (Əlhəmdulilləh) sədəqədir və hər təhlil (Lə iləhə illəllah) sədəqədir. Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək də sədəqədir. Hətta sizdən birinizin zövcəsi ilə yaxınlıq etməsində sədəqə əcri var”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Birimiz öz şəhvətinin istədiyini yerinə yetirərkən əcr qazanmış olur?” Allah Elçisi ﷺ buyurdu: “Söyləyin görüm, o kimsə şəhvətinin istədiyini haramla yerinə yetirərsə, ona günah olmayacaqdımı? Eləcə də, şəhvətinin istədiyini halal yolla yerinə yetirərsə, əcr qazanmış olur”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 838 (Kitab 15, 159)

Qeyd

Muslim, 1006, 2376.

عَنْ أَبِى هُرَيْرَة قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال ذات يوم لجلسائه خذوا جنتكم قالوا بأبينا أنت وأمنا يا رسول الله أحضر عدو قال خذوا خُذُوا جُنَّتَكُمْ مِنَ النَّارِ قُولُوا سُبْحانَ الله والحَمْدُ لله ولا إله إلا الله والله أكْبَرُ فإنَّهُنَّ يأْتِينَ يَوْمَ القِيامَةِ مُقَدِّماتٍ ومُعَقِّباتٍ ومُجنِباتٍ وهُنَّ الباقِياتُ الصَّالِحاتُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanında oturanlara buyurdu: “Qalxanınızı götürün!” Onlar dedilər: “Ata-anamız sənə fəda olsun, ey Allahın Elçisi, düşmənmi gəlir?” O buyurdu: “Götürün, götürün oda qarşı qalxanınızı! Deyin: “Subhən-Allah, vəlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Bunlar Qiyamət günü öndən, arxadan və yanlardan qoruyan olaraq gələcəklər. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 839 (Kitab 15, 160)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 3179. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3214.

عَنْ أَبِى سَلاَّمٍ عَنْ مَوْلًى لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «بَخٍ بَخٍ لِخَمْسٍ مَا أَثْقَلَهُنَّ فِى الْمِيزَانِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَالْوَلَدُ الصَّالِحُ يُتَوَفَّى فَيَحْتَسِبُهُ وَالِدُهُ». وَقَالَ «بَخٍ بَخٍ لِخَمْسٍ مَنْ لَقِىَ اللَّهَ عَزَّ وَجَلَّ مُسْتَيْقِناً بِهِنَّ دَخَلَ الْجَنَّةَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَبِالْجَنَّةِ وَالنَّارِ وَبِالْبَعْثِ بَعْدَ الْمَوْتِ وَالْحِسَابِ». «...مَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ وَأَيْقَنَ بِالْمَوْتِ وَالْبَعْثِ وَالْحِسَابِ».

“Allah Elçisinin ﷺ azad etdiyi kölə Əbu Səlləm ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəh-bəh, tərəzidə ağır gələcək nə gözəl beş xislət: “Lə iləhə illəllah, Allahu Əkbər, subhən-Allah, əlhəmdulilləh və əməlisaleh övladının ölümünə səbir edərək Allahdan savab uman valideyn!” Sonra buyurdu: “Bəh-bəh, bu beş şeyə! Kim bu beş şeyə yəqinliklə inanaraq Allahla ﷿ görüşərsə, Cənnətə daxil olar: Allaha, Axirət gününə, Cənnətə, Cəhənnəmə, ölümdən sonra dirilməyə və haqq-hesab (olunmağa)”. Digər rəvayətdə deyilir: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şəhadət verən, ölümə, ölümdən sonra dirilməyə və haqq-hesab olunmağa yəqinliklə inanan...”.”

Əbu Səlləm
SəhihFəzilətli əməllər, 840 (Kitab 15, 161)

Qeyd

Əhməd, 23149, 23801. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir.

عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى أَوْفَى قَالَ: جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنِّى لاَ أُحْسِنُ الْقُرْآنَ، فَعَلِّمْنِى شَيْئًا يُجْزِينِى مِنَ الْقُرْآنِ. قَالَ: «الْحَمْدُ لِلَّهِ وَسُبْحَانَ اللَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ». فَلَمَّا عَقَدَ عَلَيْهِنَّ قَالَ: يَا رَسُولَ اللَّهِ هَذِهِ لِرَبِّى، فَمَاذَا أَقُولُ لِنَفْسِى؟ قَالَ: «قُلِ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَاهْدِنِى وَارْزُقْنِى وَعَافِنِى». قَالَ: فَقَبَضَ عَلَيْهِنَّ ثُمَّ وَلَّى فَقَالَ رَسُولُ اللَّهِصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : «قَدْ مَلأَ هَذَا يَدَيْهِ مِنَ الْخَيْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən Quranı yaxşı oxuya bilmirəm. Mənə Quranı əvəz edəcək bir şey öyrət!” O buyurdu: “De: “Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Bədəvi barmaqlarını qatlayaraq bu sözləri dedi və soruşdu: “Ey Allahın Elçisi, bu, Rəbbim üçündür, bəs özüm üçün nə deyim?” O buyurdu: “De: “Alla:hummə-ğfirli:, varhəmni:, vahdini:, varzuqni:, vəa:fini:!” (Bədəvi çıxıb getdi) və Allah Elçisi ﷺ buyurdu: “Bədəvi, əlləri xeyirlə dolu olduğu halda getdi”.”

Abdullah ibn Əbu Əufə
HəsənFəzilətli əməllər, 841 (Kitab 15, 162)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 4147. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1561.

عَنْ سَمُرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَفْضَلُ الْكَلَامِ بَعْدَ الْقُرْآنِ أَرْبَعٌ وَهِيَ مِنْ الْقُرْآنِ لَا يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأْتَ سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلَهَ إِلَّا اللَّهُ وَاللَّهُ أَكْبَرُ

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qurandan sonra ən fəzilətli kəlmələr bu dörd kəlmədir. Bu kəlmələr Qurandan sayılır, hansı birisi ilə başlamağının sənə zərəri yoxdur: “Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah və Allahu Əkbər”.”

Səmura
SəhihFəzilətli əməllər, 842 (Kitab 15, 163)

Qeyd

Əhməd, 20236, 20223. Şueyb əl-Arnavut hədisin isnadının səhih olduğunu bildirmişdir.

عَنْ أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ قَالَ قَالَتْ مَرَّ بِى ذَاتَ يَوْمٍ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى قَدْ كَبِرْتُ وَضَعُفْتُ - أَوْ كَمَا قَالَتْ - فَمُرْنِى بِعَمَلٍ أَعْمَلُهُ وَأَنَا جَالِسَةٌ. قَالَ «سَبِّحِى اللَّهَ مِائَةَ تَسْبِيحَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ رَقَبَةٍ تُعْتِقِيهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَاحْمَدِى اللَّهَ مِائَةَ تَحْمِيدَةٍ تَعْدِلُ لَكِ مِائَةَ فَرَسٍ مُسْرَجَةٍ مُلْجَمَةٍ تَحْمِلِينَ عَلَيْهَا فِى سَبِيلِ اللَّهِ وَكَبِّرِى اللَّهَ مِائَةَ تَكْبِيرَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ بَدَنَةٍ مُقَلَّدَةٍ مُتَقَبَّلَةٍ وَهَلِّلِى اللَّهَ مِائَةَ تَهْلِيلَةٍ - قَالَ ابْنُ خَلَفٍ أَحْسِبُهُ قَالَ - تَمْلأُ مَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ وَلاَ يُرْفَعُ يَوْمَئِذٍ لأَحَدٍ عَمَلٌ إِلاَّ أَنْ يَأْتِىَ بِمِثْلِ مَا أَتَيْتِ بِهِ».

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ mənə baş çəkməyə gəldi və mən ona dedim: “Mən artıq yaşa dolmuşam, qocalıq məni əldən salıb. Mənə elə bir əməl öyrət ki, oturduğum yerdə ona əməl edim (və savab qazanım)”. Allah Elçisi ﷺ buyurdu: “Yüz dəfə “subhən-Allah” de, bu, sənin üçün İsmayıl ﵇ nəslindən yüz kölə azad etməyə bərabər olacaq. Yüz dəfə “əlhəmdulilləh” de, bu, sənin üçün Allah yolunda döyüşənlərin mindiyi, yəhərlənmiş və yüyənlənmiş yüz ata bərabər olacaq. Yüz dəfə “Allahu əkbər” de, bu, sənin üçün qurban kəsilmiş və Allah tərəfindən qəbul edilmiş yüz dəvəyə bərabər olacaq. Yüz dəfə “Lə iləhə illəllah” de”. İbn Xələf dedi: “Zənnimcə Allah Elçisi ﷺ belə demişdi: “Bu, sənin üçün yerlə göy arasını savabla dolduracaq. Bu zikri etdiyin gün – həmin zikri edən kimsə istisna olmaqla – heç kəsin savabı səninkindən çox olmayacaq”.”

Ummu Hani bint Əbu Talib
HəsənFəzilətli əməllər, 843 (Kitab 15, 164)

Qeyd

Əhməd, 26956, 27670. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1316.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قُلْتُ يَا رَسُولَ اللهِ : مَا غَنِيمَةُ مَجَالِسِ الذِّكْرِ ؟ قَالَ : غَنِيمَةُ مَجَالِسِ الذِّكْرِ الْجَنَّةُ الْجَنَّةُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, zikr məclislərinin qəniməti nədir?” Peyğəmbər ﷺ buyurdu: “Zikr məclislərinin qəniməti Cənnətdir”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 844 (Kitab 15, 165)

Qeyd

Əhməd, 6651. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3335.

Fəsil 67

Hansı kəlmələrə görə Cənnətdə ağac əkilir

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يَغْرِسُ غَرْسًا فَقَالَ: «يَا أَبَا هُرَيْرَةَ مَا الَّذِى تَغْرِسُ؟». قُلْتُ: غِرَاسًا لِى. قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى غِرَاسٍ خَيْرٍ لَكَ مِنْ هَذَا؟». قَالَ: بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «قُلْ: سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، يُغْرَسْ لَكَ بِكُلِّ وَاحِدَةٍ شَجَرَةٌ فِى الْجَنَّةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ ağac əkərkən Allah Elçisi ﷺ onun yanından keçərək belə buyurdu: “Ey Əbu Hureyra, nə əkirsən?” Əbu Hureyra dedi: “Özümə ağac əkirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin üçün bundan daha xeyirli əkiləcək ağac göstərim?” Əbu Hureyra dedi: “Göstər, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “De: “Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər! (Belə desən) hər kəlməyə görə Cənnətdə sənin üçün bir ağac əkilər”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 845 (Kitab 15, 166)

Qeyd

İbn Macə, 3807, 3939. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1549.

عَنْ جَابِرٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قَالَ سُبْحَانَ اللَّهِ الْعَظِيمِ وَبِحَمْدِهِ. غُرِسَتْ لَهُ نَخْلَةٌ فِى الْجَنَّةِ».

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim: “Subhə:n-Alla:hil-Azi:mi va bihəmdihi!”- deyərsə, onun üçün Cənnətdə bir xurma ağacı əkilər”.”

Cabir
SəhihFəzilətli əməllər, 846 (Kitab 15, 167)

Qeyd

ət-Tirmizi, 3464, 3800. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 64.

عَنْ جَابِرٍ أَنَّ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ قَالَ: سُبْحَانَ اللهِ الْعَظِيمَ غُرِسَ لَهُ شَجَرَة فِي الْجَنَّةِ».

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim: “Subhə:n-Alla:hil-Azi:m!”- deyərsə, Cənnətdə onun üçün bir ağac əkilər”.”

Cabir
SəhihFəzilətli əməllər, 847 (Kitab 15, 168)

Qeyd

İbn Hibban, 824. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 64.

عَنِ ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِروُا مِنْ غِرَسِ الْجَنَّةِ فَإِنَّهُ عَذْبٌ مَاؤُهَا، طَيِّبٌ تُرَابُهَا، فَأَكْثِروُا مِنْ غِرَاسِهَا: لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Cənnətin bitkilərini çoxaldın! Həqiqətən, onun suyu şirin, torpağı isə xoşagələndir. Elə isə “lə həulə va lə quvvətə illə billəh!” (deməklə) onun bitkilərini çoxaldın!””

İbn Ömər
HəsənFəzilətli əməllər, 848 (Kitab 15, 169)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 13354. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1213.

Fəsil 68

Yüz təsbihə min savab!

حَدَّثَنِى مُصْعَبُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِجُلَسَائِهِ «أَيَعْجِزُ أَحَدُكُمْ أَنْ يَكْسِبَ أَلْفَ حَسَنَةٍ». فَسَأَلَهُ سَائِلٌ مِنْ جُلَسَائِهِ كَيْفَ يَكْسِبُ أَحَدُنَا أَلْفَ حَسَنَةٍ قَالَ «يُسَبِّحُ أَحَدُكُمْ مِائَةَ تَسْبِيحَةٍ تُكْتَبُ لَهُ أَلْفُ حَسَنَةٍ وَتُحَطُّ عَنْهُ أَلْفُ سَيِّئَةٍ».

“Musab ibn Səd atasından ﵁ rəvayət edərək belə demişdir: “Allah Elçisi ﷺ yanında oturanlara buyurdu: “Sizdən biriniz min savab qazanmağa acizsiniz?” Yanında oturanlardan biri soruşdu: “Biz min savabı necə qazana bilərik?” Allah Elçisi ﷺ buyurdu: “Biriniz yüz dəfə “təsbih” etdikdə (Subhən-Allah dedikdə), onun üçün min savab yazılar və min günahı silinər”.”

Musab ibn Səd atasından
SəhihFəzilətli əməllər, 849 (Kitab 15, 170)

Qeyd

ət-Tirmizi, 3463, 3799. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2756.

Fəsil 69

Təsbih, təhlil və təhmid – Ərşin ətrafında

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِمَّا تَذْكُرونَ مِنْ جَلالِ اللهِ التَّسْبِيحَ وَالتَّهْلِيلَ وَالتَّحْمِيدَ، يَنْعَطِفْنَ حَولَ الْعَرشِ، لَهُنَّ دَوِيٌّ كَدَوِيِّ النَّحْلِ، تُذَكِّرُ بِصَاحِبِهَا، أَمَا يُحِبُّ أَحَدُكُمْ أَنْ يَكُونَ لَهُ أَوْ: لاَ يَزَالُ لَهُ مَنْ يُذَكِّرُ بِهِ».

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, söylədiyiniz təsbih (Subhən-Allah), təhlil (Lə iləhə illəllah) və təhmid (Əlhəmdulilləh) kəlmələri Allahın ucalığını ifadə edən zikrlərdir. Onlar Ərşin ətrafında fırlanır, bal arısının vızıltısı kimi səsləri olur və öz sahiblərini yad edirlər (yəni onları zikr edənlərin adını çəkir və Allah yanında onun üçün şahidlik edirlər). İstəmirsiniz ki, sizin adınızı davamlı şəkildə zikr edənlər olsun?!””

Numan ibn Bəşir
SəhihFəzilətli əməllər, 850 (Kitab 15, 171)

Qeyd

İbn Macə, 3809, 3941. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3358.

عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنّ النَّبِيَّ صلى الله عليه وسلم قَالَ : إِذَا قَالَ الْعَبْدُ سُبْحَانَ اللهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا وَإِذَا قَالَ الْحَمْدُ لِلَّهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا فَإِذَا قَالَ لاَ إِلَهَ إِلا اللَّهُ قَالَ اكْتُبُوا لِعَبْدِي مَحَبَّتِي كَثِيرًا

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bəndə “Subhən-Allah” dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Əlhəmdulilləh”- dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Lə iləhə illəllah”- dedikdə, Allah ﷿ buyurur: “Quluma sevgimi çox yazın!””

Əbu Səid
HəsənFəzilətli əməllər, 851 (Kitab 15, 172)

Qeyd

ət-Tabərani “əd-Dua” 1685. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 3452.

Fəsil 70

ər-Rahmənə sevimli olan kəlmələr

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَلِمَتَانِ حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ ثَقِيلَتَانِ فِي الْمِيزَانِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ سُبْحَانَ اللَّهِ الْعَظِيمِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “ər-Rahmənə sevimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə (var ki, bunlar): “Subhə:n-Alla:hi va bihəmdihi, subhə:n-Alla:hil-Azi:m!” (kəlmələridir)”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 852 (Kitab 15, 173)

Qeyd

əl-Buxari, 6188, 6682, 7008, 7563.

Fəsil 71

Subhən-Allahi və bihəmdihi

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ هَالَهُ اللَّيلُ أَنْ يُكَابِدَهُ، أَوْ بَخِلَ بِالْمَالِ أَنْ يُنفِقَهُ، أَوْ جَبُنَ عَنِ الْعَدِوِّ أَنْ يُقَاتِلَهُ، فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ وَبِحَمدِهِ، فَإِنَّهَا أَحَبُّ إِلَى اللهِ مِنْ جَبَلِ ذَهَبٍ يُنْفِقُهُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, “Subhə:n-Alla:hi va bihəmdihi!”- deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Allaha ﷿ Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 853 (Kitab 15, 174)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7800; Əbu Nueym əl-Əsbəhəni “Mərifətus-Sahabə” 3627. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1541.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: كُنَّا جُلُوسًا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ رَجُلٌ مِنْ أَهْلِ الْبَادِيَةِ عَلَيْهِ جُبَّةُ سِيجَانٍ، حَتَّى قَامَ عَلَى رَأْسِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنَّ صَاحِبَكُمْ قَدْ وَضَعَ كُلَّ فَارِسٍ، أَوْ قَالَ: يُرِيدُ أَنْ يَضَعَ كُلَّ فَارِسٍ، وَيَرْفَعَ كُلَّ رَاعٍ، فَأَخَذَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمَجَامِعِ جُبَّتِهِ فَقَالَ: «أَلاَ أَرَى عَلَيْكَ لِبَاسَ مَنْ لاَ يَعْقِلُ»، ثُمَّ قَالَ: «إِنَّ نَبِيَّ اللَّهِ نُوحًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا حَضَرَتْهُ الْوَفَاةُ قَالَ لِابْنِهِ: إِنِّي قَاصٌّ عَلَيْكَ الْوَصِيَّةَ، آمُرُكَ بِاثْنَتَيْنِ، وَأَنْهَاكَ عَنِ اثْنَتَيْنِ: آمُرُكَ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ، فَإِنَّ السَّمَاوَاتِ السَّبْعَ وَالأَرَضِينَ السَّبْعَ، لَوْ وُضِعْنَ فِي كِفَّةٍ وَوُضِعَتْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فِي كِفَّةٍ لَرَجَحَتْ بِهِنَّ، وَلَوْ أَنَّ السَّمَاوَاتِ السَّبْعَ وَالأَرَضِينَ السَّبْعَ كُنَّ حَلْقَةً مُبْهَمَةً لَقَصَمَتْهُنَّ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَسُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، فَإِنَّهَا صَلاَةُ كُلِّ شَيْءٍ، وَبِهَا يُرْزَقُ كُلُّ شَيْءٍ، وَأَنْهَاكَ عَنِ الشِّرْكِ وَالْكِبْرِ»، فَقُلْتُ، أَوْ قِيلَ: يَا رَسُولَ اللَّهِ، هَذَا الشِّرْكُ قَدْ عَرَفْنَاهُ، فَمَا الْكِبْرُ؟ هُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا حُلَّةٌ يَلْبَسُهَا؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا نَعْلاَنِ حَسَنَتَانِ، لَهُمَا شِرَاكَانِ حَسَنَانِ؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا دَابَّةٌ يَرْكَبُهَا؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا أَصْحَابٌ يَجْلِسُونَ إِلَيْهِ؟ قَالَ: «لاَ»، قَالَ: يَا رَسُولَ اللَّهِ، فَمَا الْكِبْرُ؟ قَالَ: «سَفَهُ الْحَقِّ، وَغَمْصُ النَّاسِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir gün biz Allah Elçisinin ﷺ yanında oturmuş ikən bədəvilərdən biri yanımıza gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. Nəhayət, o gəlib Peyğəmbərin ﷺ başının üstündə durdu və dedi: “Sizin dostunuz hər bir cəsur adamı alçaldır (yaxud alçatmaq istəyir) və hər bir çobanı yüksək tutur”. Peyğəmbər ﷺ onun cübbəsinin ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra Peyğəmbər ﷺ davam edib dedi: “Allahın peyğəmbəri Nuh ﷺ ölüm ayağında ikən oğluna belə demişdi: “Mən sənə vəsiyyət etmək istəyirəm: sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “lə iləhə illəllah”ı əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “lə iləhə illəllah” digər gözünə qoyulsa, bu kəlmə onlardan ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz-bucaqsız bir halqa olsaydı, “lə iləhə illəllah” onu yarıb keçərdi. “Subhən-Allahi va bihəmdihi!” kəlməsini də (sənə əmr edirəm). Çünki bu kəlmə hər bir şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Habelə, iki şeyi sənə qadağan edirəm: Allaha şərik qoşmağı və təkəbbürlü olmağı”. Mən soruşdum (və ya soruşdular): “Ey Allahın Elçisi, bu şirki bilirik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbanı geyməsi təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizdə gözəl qaytanlı yaraşıqlı ayaqqabıların olması təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizin minəcəyi heyvana sahib olması təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizin oturub-durduğu dostlarının olması təkəbbürlükdürmü? Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Bəs, təkəbbürlük nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 854 (Kitab 15, 175)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 548. Hədis səhihdir. Bax: Silsilə əs-Sahiha, 134.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَالَ حِينَ يُصْبِحُ وَحِينَ يُمْسِي سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ مِائَةَ مَرَّةٍ لَمْ يَأْتِ أَحَدٌ يَوْمَ الْقِيَامَةِ بِأَفْضَلَ مِمَّا جَاءَ بِهِ إِلَّا أَحَدٌ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَيْهِ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər və axşam yüz dəfə: “Subhə:n-Alla:hi va bihəmdihi!”- deyərsə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söyləyəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 855 (Kitab 15, 176)

Qeyd

Muslim, 2692, 4858.

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أُخْبِرُكَ بِأَحَبِّ الْكَلاَمِ إِلَى اللهِ؟». قُلْتُ: يَا رَسُوْلَ اللهِ! أَخْبِرْنِي بَأَحَبِّ الْكَلاَمِ إِلَى اللهِ، فَقَالَ: «إِنَّ أَحَبَّ الْكَلاَمِ إِلَى اللهِ، سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!” Peyğəmbər ﷺ dedi: “Allaha ən sevimli kəlmə: “Subhə:n-Alla:hi va bihəmdihi”- (kəlməsidir)”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 856 (Kitab 15, 177)

Qeyd

Muslim, 4911, 7102; Əhməd, 20459, 21446.

عَنْ أَبِي ذَرٍّ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَحَبُّ الْكَلاَمِ إِلَى اللَّهِ: سُبْحَانَ اللَّهِ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ، سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allaha ən sevimli olan sözlər: “Subhə:n-Alla:hi lə: şəri:kə ləh, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r, lə: həulə va lə: quvvətə illə: billəh, subhə:n-Alla:hi va bihəmdih!””

Əbu Zərr
SəhihFəzilətli əməllər, 857 (Kitab 15, 178)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 638. Hədisin isnadı səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 497.

عَنْ أَبِي ذَرٍّ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ: أَيُّ الْكَلاَمِ أَفْضَلُ؟ قَالَ: «مَا اصْطَفَى اللهُ لِمَلاَئِكَتِهِ أَوْ لِعِبَادِهِ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ».

“Əbu Zərr ﵁ rəvayət edir ki, Allah Elçisindən ﷺ soruşdular: “Hansı kəlmə ən fəzilətlidir?” Allah Elçisi ﷺ dedi: “Allahın mələkləri və qulları üçün seçdiyi: “Subhə:n-Alla:hi va bihəmdihi!”- kəlməsidir”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 858 (Kitab 15, 179)

Qeyd

Muslim, 2731, 4910, 7101.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَالَ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ حُطَّتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim gün ərzində yüz dəfə: “Subhən-Allahi va bihəmdihi”- deyərsə, günahları dəniz köpüyü qədər olsa belə, silinər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 859 (Kitab 15, 180)

Qeyd

əl-Buxari, 5926, 6405.

Fəsil 72

Rahatlıq kəlmələri

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «كَلِمَاتُ الْفَرَجِ: لاَ إِلَه إِلاَّ اللهُ الْحَلِيْمُ الْكَرِيْمُ، لاَ إِلَهُ إِلاَّ اللهُ الْعَلِيُّ الْعَظِيمُ، لاَ إِلَهَ إِلاَّ اللهُ رُبُّ السَّمَواتِ السَّبْعِ وَرَبُّ الْعَرشِ الْكَرِيمِ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rahatlıq kəlmələri bunlardır: “Lə: ilə:hə illəlla:hul-Həli:mul-Kəri:m, lə: ilə:hə illəlla:hul-Aliyyul-Azi:m, lə: ilə:hə illəlla:hu Rabbus-səməvə:tis-səb'i va Rabbul-arşil-Kəri:m!””

İbn Abbas
SəhihFəzilətli əməllər, 860 (Kitab 15, 181)

Qeyd

İbn Əbud-Dunyə “Fərac Bəadəş-Şiddə” 47. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4571.

Fəsil 73

Sıxıntı və kədər anında edilən dualar

عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا قَالَ عَبْدٌ قَطُّ إِذَا أَصَابَهُ هَمٌّ وَحَزَنٌ اللَّهُمَّ إِنِّى عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ نَاصِيَتِى بِيَدِكَ مَاضٍ فِىَّ حُكْمُكَ عَدْلٌ فِىَّ قَضَاؤُكَ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْ أَنْزَلْتَهُ فِى كِتَابِكَ أَوْ عَلَّمْتَهُ أَحَداً مِنْ خَلْقِكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِى عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِى وَنُورَ صَدْرِى وَجَلاَءَ حُزْنِى وَذَهَابَ هَمِّى. إِلاَّ أَذْهَبَ اللَّهُ عَزَّ وَجَلَّ هَمَّهُ وَأَبْدَلَهُ مَكَانَ حُزْنِهِ فَرَحاً». قَالُوا يَا رَسُولَ اللَّهِ يَنْبَغِى لَنَا أَنْ نَتَعَلَّمَ هَؤُلاَءِ الْكَلِمَاتِ. قَالَ «أَجَلْ يَنْبَغِى لِمَنْ سَمِعَهُنَّ أَنْ يَتَعَلَّمَهُنَّ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üzüntü və kədərə düçar olub bu duanı: “Alla:hummə inni: abdukə, ibnu abdikə, ibnu əmətikə, nə:sıyəti biyədikə, mə:din fiyyə hukmukə, adlun fiyyə qada:ukə, əs əlukə bikulli ismin huvə ləkə, səmmeytə bihi: nəfsəkə, əu ənzəltəhu: fi: kitə:bikə, əu alləmtəhu: əhədən min xalqikə, əu istə’sərtə bihi: fi: i'lmil-ğaybi i'ndəkə, ən təca’ləl-Qur ə:nə rabi:a qalbi, va nu:ra sadri, va cələ:ə huzni: va zəhəbə həmmi:!”- deyən elə bir qul yoxdur ki, Allah onun üzüntüsünü aparmasın və kədərini sevinclə əvəz etməsin”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz bu kəlmələri öyrənməliyikmi?” O dedi: “Bəli, eşidən bunları öyrənməlidir”.”

Abdullah
SəhihFəzilətli əməllər, 861 (Kitab 15, 182)

Qeyd

Əhməd, 4318, 4406. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 199.

عَنْ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَلاَ أُعَلِّمُكِ كَلِمَاتٍ تَقُولِينَهُنَّ عِنْدَ الْكَرْبِ أَوْ فِى الْكَرْبِ اللَّهُ اللَّهُ رَبِّى لاَ أُشْرِكُ بِهِ شَيْئًا»...«مَنْ أَصَابَهُ هَمٌّ أَوْ غَمٌّ أَوْ سُقْمٌ أَوْ شِدَّةٌ، فَقَالَ: اللهُ رَبِّي لاَ شَرِيْكَ لَهُ كُشِفَ ذَلِكَ عَنْهُ».

“Rəvayət edilir ki, Əsmə bint Umeys ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sənə sıxıntı anında söyləyəcəyin kəlmələr öyrədim? Alla:hu, Alla:hu Rabbi:, lə: uşriku bihi: şey ən!” Digər rəvayətdə deyilir: “Kimə qəm-qüssə, xəstəlik və ya çətinlik üz verdikdə: “Alla:hu Rabbi:, lə: şəri:kə ləhu!”- deyərsə, bunlar ondan götürülər”.”

Əsmə bint Umeys
HəsənFəzilətli əməllər, 862 (Kitab 15, 183)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 396. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6040.

عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ عِنْدَ الْكَرْبِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ الْعَظِيمُ الْحَلِيمُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّ الْعَرْشِ الْعَظِيمِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ الْعَرْشِ الْكَرِيمِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ sıxıntı anında deyərdi: “Lə: ilə:hə illəlla:hul-Azi:mul-Həli:m, lə: ilə:hə illəlla:hu Rabbul-arşil-azi:m, lə: ilə:hə illəlla:hu Rabbus-səməvə:ti va Rabbul-ərdi va Rabbul-arşil-kəri:m!””

İbn Abbas
SəhihFəzilətli əməllər, 863 (Kitab 15, 184)

Qeyd

əl-Buxari, 5870, 6346.

حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى بَكْرَةَ عن أبيه قال وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «دَعَوَاتُ الْمَكْرُوبِ اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو فَلاَ تَكِلْنِى إِلَى نَفْسِى طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِى شَأْنِى كُلَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ».

“Abdur-Rahmən ibn Əbu Bəkrə atasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sıxıntıda olanın duası: “Alla:hummə rahmətəkə ərcu:, fələ: təkilni: ilə: nəfsi: tarfətə aynin, va əslih li: şə'ni: kulləhu, lə: ilə:hə illə: ənt!””

Abdur-Rahmən ibn Əbu Bəkrə atasından
HəsənFəzilətli əməllər, 864 (Kitab 15, 185)

Qeyd

Əbu Davud, 5090, 5092. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3388.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَرَبَهُ أَمْرٌ قَالَ «يَا حَىُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir şey Peyğəmbəri ﷺ kədərləndirdikdə belə deyərdi: “Yə: Həyyu, Yə: Qayyu:m, bi-Rahmətikə əstəği:su!””

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 865 (Kitab 15, 186)

Qeyd

ət-Tirmizi, 3524, 3866. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4777.

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ أَنَّهُ قَالَ: لَقَّنَنِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هَؤُلاَءِ الْكَلِمَاتِ، وَأَمَرَنِي إِنْ أَصَابَنِي كَرْبٌ أَوْ شِدَّةٌ أَقُولُهُنَّ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ، سُبْحَانَهُ وَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَرْشِ الْعَظِيمِ، وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə nəsihət edərək sıxıntıya məruz qaldıqda bu kəlmələri deməyi buyurdu: “Lə: ilə:hə illəlla:hul-Həli:mul-Kəri:m, va təbə:rakəlla:hu Rabbul-arşil-azi:m, vəlhəmdulillə:hi Rabbil-a:ləmi:n!””

Əli ibn Əbu Talib
SəhihFəzilətli əməllər, 866 (Kitab 15, 187)

Qeyd

İbn Hibban, 865; Əhməd, 726. Hədis həsən-səhihdir. Bax: Ravdun-Nədir, 679.

Fəsil 74

Bu zikri deyənin günahları bağışlanar

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ: قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَا عَلِيُّ أَلا أُعَلِّمُكَ كَلِمَاتٍ إِذَا قُلْتَهُنَّ غُفِرَ لَكَ مَعَ أَنَّهُ مَغْفُورٌ لَكَ: لا إِلَهَ إِلَّااللهُ الْعَلِيُّ الْعَظِيمُ لا إِلَهَ إِلَّااللهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللهِ رَبِّ السَّمَوَاتِ السَّبْعِ وَ رَبّ الْعَرْشِ الْعَظِيمِ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Ey Əli, sənə deyəcəyin təqdirdə günahların bağışlanacağı”- baxmayaraq ki, o, bağışlanmış bəndələrdəndir – “kəlmələr öyrədimmi? Lə: ilə:hə illəlla:hul-Aliyyul-Azi:m, lə: ilə:hə illəlla:hul-Həli:mul-Kəri:m, subhə:nAlla:hi Rabbis-səməvə:tis-səb'i va Rabbul-arşil-azi:m, vəlhəmdulillə:hi Rabbil-a:ləmi:n”.”

Əli ibn Əbu Talib
SəhihFəzilətli əməllər, 867 (Kitab 15, 188)

Qeyd

İbn Hibban, 6928; əl-Bəzzər, 705. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir.