Dua və Zikr

Allahın əzəmətli adları

عَنْ أَنَسٍ كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَدَعَا رَجُلٌ فَقَالَ: يَا بَدِيعَ السَّمَاوَاتِ، يَا حَيُّ يَا قَيُّومُ، إِنِّي أَسْأَلُكَ. فَقَالَ: «أَتَدْرُونَ بِمَا دَعَا؟ وَالَّذِي نَفْسِي بِيَدِهِ، دَعَا اللَّهَ بِاسْمِهِ الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ».

“Ənəs ﵁ rəvayət edir ki, mən Peyğəmbər ﷺ ilə bir yerdə idim. Bir kişi belə dua etdi: “Yə: Bədi:as-Səmə:və:ti, Yə: Həyyu, Yə: Qayyu:mu, inni əs'əlukə!” Peyğəmbər ﷺ dedi: “Bilirsinizmi nə dua etdi? Canım əlində Olana and olsun! O, Allahın elə bir adı ilə dua etdi ki, onunla nə dua edilərsə, qəbul olunar”.”

Ənəs
Səhih

Qeyd

əl-Buxari ”Ədəbul Mufrad” 705. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 546.

İstinad

Fəzilətli əməllər, 705 (Kitab 15, 26)

Fəzilətli əməllər — Dua və Zikr