Allahın əzəmətli adları
عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «اسْمُ اللَّهِ الأَعْظَمُ فِى هَاتَيْنِ الآيَتَيْنِ }وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ{ وَفَاتِحَةُ سُورَةِ آلِ عِمْرَانَ }الم اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ{.
“Əsmə bint Yəzid ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (əl-Bəqərə, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)” (Ali-İmran, 1-2)”.”
Qeyd
Əbu Davud, 1498; İbn Macə, 3855. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 980.
İstinad
Fəzilətli əməllər, 704 (Kitab 15, 25)
Fəzilətli əməllər — Dua və Zikr