Dua və Zikr

Məclisin kəffarəsi

عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم كَانَ إِذَا جَلَسَ مَجْلِسًا أَوْ صَلَّى تَكَلَّمَ بِكَلِمَاتٍ ، فَسَأَلَتْهُ عَائِشَةُ عَنِ الْكَلِمَاتِ ، فَقَالَ : إِنْ تَكَلَّمَ بِخَيْرٍ كَانَ طَابِعًا عَلَيْهِنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَإِنْ تَكَلَّمَ بِغَيْرِ ذَلِكَ كَانَ كَفَّارَةً لَهُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir məclisdə oturduqda və ya namaz qıldıqda, bəzi kəlmələr deyərdi. Aişə Allah Elçisindən ﷺ bu haqda soruşduqda, o dedi: “Əgər bu kəlmələri bir xeyir etdikdən sonra desən, bu xeyir Qiyamət gününə qədər yazılar. Xeyir olmayan bir əməldən sonra desən, sənin üçün kəffarə olar. (Bu kəlmələr:) Subhə:nəkə Alla:hummə va bihəmdik, əstəğfirukə va ətu:bu ileyk!””

Aişə
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1344, 1352. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3164.

İstinad

Fəzilətli əməllər, 774 (Kitab 15, 95)

Fəzilətli əməllər — Dua və Zikr