Quran oxuduqdan sonra deyilən dua
عَنْ عَائِشَةَ قَالَتْ : مَا جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَجْلِسًا قَطُّ ، وَلاَ تَلاَ قُرْآنًا ، وَلاَ صَلَّى صَلاَةً إِلاَّ خَتَمَ ذَلِكَ بِكَلِمَاتٍ قَالَتْ : فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرَاكَ مَا تَجْلِسُ مَجْلِسًا ، وَلاَ تَتْلُو قُرْآنًا ، وَلاَ تُصَلِّي صَلاَةً إِلاَّ خَتَمْتَ بِهَؤُلاَءِ الْكَلِمَاتِ ؟ قَالَ : نَعَمْ ، مَنْ قَالَ خَيْرًا خُتِمَ لَهُ طَابَعٌ عَلَى ذَلِكَ الْخَيْرِ ، وَمَنْ قَالَ شَرًّا كُنَّ لَهُ كَفَّارَةً : سُبْحَانَكَ وَبِحَمْدِكَ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ oturduğu hər məclisi, hər dəfə oxuduğu Quranı, qıldığı hər bir namazı bəzi kəlmələrlə sonlandırardı. Mən ona dedim: “Ey Allahın Elçisi! Görürəm ki, oturduğun hər məclisdən, hər dəfə oxuduğun Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən”. Peyğəmbər ﷺ dedi: “Bəli, kim xeyir söyləyərsə, ona xeyirlə son vurular. Kim də şər söyləyərsə, onun üçün kəffarə olar: “Subhə:nəkə (Alla:hummə) va bi-həmdik, lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!””
Qeyd
ən-Nəsəi “Sunənul-Kubra” 10140; “Aməlul-Yəum val-Leylə” 308. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3164-cü hədisin haşiyəsi, 11/23-24.
İstinad
Fəzilətli əməllər, 775 (Kitab 15, 96)
Fəzilətli əməllər — Dua və Zikr