Dua və Zikr

Xəstəliyə qarşı edilən dualar

عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ الثَّقَفِيِّ أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعًا يَجِدُهُ فِي جَسَدِهِ مُنْذُ أَسْلَمَ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ضَعْ يَدَكَ عَلَى الَّذِي تَأَلَّمَ مِنْ جَسَدِكَ وَقُلْ بِاسْمِ اللَّهِ ثَلَاثًا وَقُلْ سَبْعَ مَرَّاتٍ أَعُوذُ بِاللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ

“Rəvayət edilir ki, Osman ibn Əbu əl-As əs-Saqafi ﵁ İslamı qəbul etdiyindən bəri bədənindəki ağrıdan Allah Elçisinə ﷺ şikayət etdikdə, Allah Elçisi ﷺ ona belə buyurdu: “Əlini bədənində ağrı hiss etdiyin yerə qoy! Sonra üç dəfə “Bismilləh” və yeddi dəfə “Əu:zu billə:hi va qudratihi: min şərri mə: əcidu va uhə:ziru!”- de!””

Osman ibn Əbu əl-As əs-Saqafi
Səhih

Qeyd

Muslim, 4082, 5867.

İstinad

Fəzilətli əməllər, 776 (Kitab 15, 97)

Fəzilətli əməllər — Dua və Zikr