Xəstəliyə qarşı edilən dualar
عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَعُودُ مَرِيضًا لَمْ يَحْضُرْ أَجَلُهُ فَيَقُولُ سَبْعَ مَرَّاتٍ أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ إِلاَّ عُوفِىَ» فَإِنْ كَانَ فِي أَجَلِهِ تَأْخِيرٌ عُوفِيَ مِنْ وَجَعِهِ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir müsəlman qul yoxdur ki, əcəli çatmayan bir xəstəyə baş çəkib yeddi dəfə: “Əsəlulla:həl-azi:m, Rabbəl-arşil-azi:m ən-yəşfiyək!”- deyə dua etsin və o xəstə sağalmasın”. Digər rəvayətdə bu əlavə var: “...Əgər xəstənin əcəli təxirə salınacaqsa, onun ağrıları keçib gedər”.”
Qeyd
Əbu Davud, 3106; əl-Buxari “Ədəbul-Mufrad” 536. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 416.
İstinad
Fəzilətli əməllər, 777 (Kitab 15, 98)
Fəzilətli əməllər — Dua və Zikr