Dua və Zikr

Zikr etməyin fəziləti

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَرَجَ مُعَاوِيَةُ عَلَى حَلْقَةٍ فِى الْمَسْجِدِ فَقَالَ مَا أَجْلَسَكُمْ قَالُوا جَلَسْنَا نَذْكُرُ اللَّهَ. قَالَ آللَّهِ مَا أَجْلَسَكُمْ إِلاَّ ذَاكَ قَالُوا وَاللَّهِ مَا أَجْلَسَنَا إِلاَّ ذَاكَ. قَالَ أَمَا إِنِّى لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ وَمَا كَانَ أَحَدٌ بِمَنْزِلَتِى مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَقَلَّ عَنْهُ حَدِيثًا مِنِّى وَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ عَلَى حَلْقَةٍ مِنْ أَصْحَابِهِ فَقَالَ «مَا أَجْلَسَكُمْ». قَالُوا جَلَسْنَا نَذْكُرُ اللَّهَ وَنَحْمَدُهُ عَلَى مَا هَدَانَا لِلإِسْلاَمِ وَمَنَّ بِهِ عَلَيْنَا. قَالَ «آللَّهِ مَا أَجْلَسَكُمْ إِلاَّ ذَاكَ». قَالُوا وَاللَّهِ مَا أَجْلَسَنَا إِلاَّ ذَاكَ. قَالَ «أَمَا إِنِّى لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ وَلَكِنَّهُ أَتَانِى جِبْرِيلُ فَأَخْبَرَنِى أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُبَاهِى بِكُمُ الْمَلاَئِكَةَ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir gün Muaviyə məsciddə (elm üçün) toplanmış bir dəstənin yanına gəldi və dedi: “Sizi belə oturdan nədir?” Onlar dedilər: “Oturub Allahı zikr edirik”. Muaviyə dedi: “Deyin: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Onlar dedilər: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Muaviyə dedi: “Sizə and içdirməyim sizə inanmadığıma görə deyil. Allah Elçisinin ﷺ yanında tutduğum məqama baxmayaraq, məndən az hədis rəvayət edən yoxdur. Bir dəfə Allah Elçisi ﷺ məsciddə (elm üçün) toplanmış səhabələrin yanına gəlib soruşdu: “Sizi belə oturdan nədir?” Onlar dedilər: “Oturub Allahı zikr edir, bizi İslama hidayət etməsinə və bununla bizə mərhəmət etməsinə qarşılıq olaraq Ona həmd edirik”. Allah Elçisi ﷺ soruşdu: “Deyin: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Onlar dedilər: “Allaha and olsun ki, bizi burda oturdan yalnız budur!” Allah Elçisi ﷺ buyurdu: “Sizə and içdirməyim sizə inanmadığıma görə deyil. Lakin, Cəbrail yanıma gəlib Allahın ﷿ mələklərin qarşısında sizinlə öyündüyünü xəbər verdi”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Muslim, 4869, 7032.

İstinad

Fəzilətli əməllər, 724 (Kitab 15, 45)

Fəzilətli əməllər — Dua və Zikr