Zikr etməyin fəziləti
عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَلاَ أُنَبِّئُكُمْ بِخَيْرِ أَعْمَالِكُمْ وَأَزْكَاهَا عِنْدَ مَلِيكِكُمْ وَأَرْفَعِهَا فِى دَرَجَاتِكُمْ وَخَيْرٌ لَكُمْ مِنْ إِنْفَاقِ الذَّهَبِ وَالْوَرِقِ وَخَيْرٌ لَكُمْ مِنْ أَنْ تَلْقَوْا عَدُوَّكُمْ فَتَضْرِبُوا أَعْنَاقَهُمْ وَيَضْرِبُوا أَعْنَاقَكُمْ». قَالُوا بَلَى. قَالَ «ذِكْرُ اللَّهِ تَعَالَى». فَقَالَ مُعَاذُ بْنُ جَبَلٍ مَا شَىْءٌ أَنْجَى مِنْ عَذَابِ اللَّهِ مِنْ ذِكْرِ اللَّهِ.
“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Sizə əməllərinizin ən xeyirlisi, Hökmdarınızın dərgahında ən təmizi, dərəcələrinizdən ən yüksəyi, sizin üçün qızıl, gümüş xərcləməkdən, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini bildirimmi?” Səhabələr: “Bəli”- dedilər. O buyurdu: “Bu, Uca Allahı zikr etməkdir”. Muaz ibn Cəbəl dedi: “Allahın əzabından xilas edən ən yaxşı (vasitə) Allahı zikr etməkdir”.”
Qeyd
ət-Tirmizi, 3377, 3704. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1493.
İstinad
Fəzilətli əməllər, 725 (Kitab 15, 46)
Fəzilətli əməllər — Dua və Zikr