Dua və Zikr

Zikr etməyin fəziləti

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ رَاكِبٍ يَخْلُوا فِي مَسيْرِهِ بِاللهِ وَذِكْرِهِ إِلاَّ كَانَ رَدْفهُ مَلَكٌ، وَلاَ يَخْلُوا بِشِعرٍ وَنَحْوِهِ إِلاَّ كَانَ رَدْفهُ شَيْطَانٌ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Miniyə oturub yol gedərkən Allahı zikr etmək üçün vaxt ayıran elə bir kəs yoxdur ki, arxasında bir mələk oturmasın. (Miniyə oturub yol gedərkən) şeir və ona bənzər şeylərə vaxt ayıran elə bir kəs yoxdur ki, arxasında bir şeytan oturmasın”.”

Uqbə ibn Amir
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 895. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5706.

İstinad

Fəzilətli əməllər, 726 (Kitab 15, 47)

Fəzilətli əməllər — Dua və Zikr