Zikr etməyin fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسِيرُ فِى طَرِيقِ مَكَّةَ فَمَرَّ عَلَى جَبَلٍ يُقَالُ لَهُ جُمْدَانُ فَقَالَ «سِيرُوا هَذَا جُمْدَانُ سَبَقَ الْمُفَرِّدُونَ». قَالُوا وَمَا الْمُفَرِّدُونَ يَا رَسُولَ اللَّهِ قَالَ «الذَّاكِرُونَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتُ»...«الَّذِينَ يهترون فِي ذِكْرِ اللهِ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkə yolunda gedərkən Cumdən adlı bir dağın yanından keçdi və buyurdu: “Gedin, bu Cumdəndir! Mufərridlər (Allahı təkləşdirənlər) hamını geridə qoydular”. Səhabələr dedilər: “Mufərridlər kimlərdir, ey Allahın Elçisi?” O buyurdu: “Allahı çox zikr edən kişilər və qadınlar”. Digər rəvayətdə deyilir: “Özlərini Allahı zikr etməyə həsr edənlər”.”
Qeyd
Əhməd, 8273. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.
İstinad
Fəzilətli əməllər, 727 (Kitab 15, 48)
Fəzilətli əməllər — Dua və Zikr