Dua və Zikr

Zikr etməyin fəziləti

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ: إِنَّ لِكُلِّ شَيْءٍ صِقَالَةً, وَإِنَّ صِقَالَةَ الْقُلُوبِ ذِكْرُ اللَّهِ عَزَّ وَجَلَّ, وَمَا مِنْ شَىْءٍ أَنْجَى مِنْ عَذَابِ اللَّهِ مِنْ ذِكْرِ اللَّهِ قَالُوا: وَلاَ الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ؟ قَالَ: وَلاَ الْجِهَادُ, إِلاَّ أَنْ يَضْرِبَ بِسَيْفِهِ حَتَّى يَنْقَطِعَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, hər bir şeyin təmizləyicisi var. Qəlblərin təmizləyicisi Allahı ﷿ zikr etməkdir. Allahın əzabından Allahı zikr etməkdən daha çox xilas edən başqa bir şey yoxdur”. Səhabələr dedilər: “Allah yolunda cihad etməkdən də?” O buyurdu: “Cihad etməkdən də. Yalnız öldürülənə qədər qılıncı ilə döyüşən istisnadır”.”

Abdullah ibn Ömər
Səhih

Qeyd

əl-Beyhəqi “Dəvətul-Kəbir” 19. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1495.

İstinad

Fəzilətli əməllər, 728 (Kitab 15, 49)

Fəzilətli əməllər — Dua və Zikr