Dua və Zikr

Zikr etməyin fəziləti

عَنْ أَبِى هُرَيْرَة عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ أَنَا مَعَ عَبْدِى إِذَا هُوَ ذَكَرَنِى وَتَحَرَّكَتْ بِى شَفَتَاهُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam”.”

Əbu Hureyra
Səhih

Qeyd

İbn Macə, 3792, 3924; Əhməd, 10989, 11267. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2285.

İstinad

Fəzilətli əməllər, 719 (Kitab 15, 40)

Fəzilətli əməllər — Dua və Zikr