Dua və Zikr

Zikr etməyin fəziləti

حَدَّثَنِى عَمْرُو بْنُ عَبَسَةَ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِى جَوْفِ اللَّيْلِ الآخِرِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِى تِلْكَ السَّاعَةِ فَكُنْ».

“Amr ibn Abəsə ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Rəbbin qula ən yaxın olan vaxtı gecənin axırıdır. Əgər o vaxt Allahı zikr edənlərdən olmağı bacarırsansa, ol!””

Amr ibn Abəsə
Səhih

Qeyd

ət-Tirmizi, 3579, 3928. Hədis səhihdir. Bax:Səhih əl-Cami, 1173.

İstinad

Fəzilətli əməllər, 720 (Kitab 15, 41)

Fəzilətli əməllər — Dua və Zikr