Dua və Zikr

Çalış qısa və mənalı dualar edəsən

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: دَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أُصَلِّي، وَلَهُ حَاجَةٌ، فَأَبْطَأْتُ عَلَيْهِ، قَالَ: يَا عَائِشَةُ، عَلَيْكِ بِجُمَلِ الدُّعَاءِ وَجَوَامِعِهِ، فَلَمَّا انْصَرَفْتُ قُلْتُ: يَا رَسُولَ اللَّهِ، وَمَا جُمَلُ الدُّعَاءِ وَجَوَامِعُهُ؟ قَالَ: «قُولِي: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ. وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ. وَأَسْأَلُكَ الْجَنَّةَ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ. وَأَسْأَلُكَ مِمَّا سَأَلَكَ بِهِ مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَأَعُوذُ بِكَ مِمَّا تَعَوَّذَ مِنْهُ مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَمَا قَضَيْتَ لِي مِنْ قَضَاءٍ فَاجْعَلْ عَاقِبَتَهُ رُشْدًا».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən namaz qılarkən Peyğəmbər ﷺ bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. Peyğəmbər ﷺ dedi: “Ey Aişə, çalış yığcam və çoxmənalı dualar edəsən!” Mən namazı bitirdikdən sonra dedim: “Ey Allahın Elçisi, yığcam və çoxmənalı dualar nədir?” O buyurdu: “De: “Allahım, xeyrin hamısını – həm bu dünyadakını, həm də Axirətdəkini, bildiklərimi və bilmədiklərimi Səndən diləyirəm. Şərin də hamısından – həm bu dünyadakından, həm də Axirətdəkindən, bildiklərimdən və bilmədiklərimdən Sənə sığınıram. (Habelə,) Cənnəti və ona yaxınlaşdıran hər bir sözü və əməli Səndən diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir sözdən və əməldən Sənə sığınıram. Muhəmmədin sallalla:hu aleyhi və səlləm Səndən istədiyini mən də Səndən istəyir, həmçinin Muhəmmədin sallalla:hu aleyhi və səlləm Sənə sığındığı şeydən mən də Sənə sığınıram. Mənim üçün qəzavü-qədərdən nə hazırlamısansa, onun aqibətini gözəl et!””

Aişə
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 639. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 498.

İstinad

Fəzilətli əməllər, 792 (Kitab 15, 113)

Fəzilətli əməllər — Dua və Zikr