Gecə oyanarkən edilən zikr
عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ حِينَ يَسْتَيْقِظُ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ، ثُمَّ دَعَا رَبِّ اغْفِرْ لِي، غُفِرَ لَهُ. - قَالَ الْوَلِيدُ: أَوْ قَالَ: دَعَا اسْتُجِيبَ لَهُ، فَإِنْ قَامَ فَتَوَضَّأَ ثُمَّ صَلَّى، قُبِلَتْ صَلاَتُهُ».
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə oyanarkən: “Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r. Subhə:n-Alla:hi, valhəmdulillə:hi, va lə: ilə:hə illəlla:hu, Valla:hu Əkbər, va lə: həulə va lə: quvvətə illə: Billəhil-Aliyyil-Azi:m!”– deyər, sonra dua edib: “Ya Rəbb, məni bağışla!”– desə, bağışlanar. Dua etsə, duası qəbul olunar, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”
Qeyd
İbn Macə, 3878; ət-Tirmizi, 3414, 3743. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 612.
İstinad
Fəzilətli əməllər, 791 (Kitab 15, 112)
Fəzilətli əməllər — Dua və Zikr