Subhən-Allahi və bihəmdihi
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: كُنَّا جُلُوسًا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ رَجُلٌ مِنْ أَهْلِ الْبَادِيَةِ عَلَيْهِ جُبَّةُ سِيجَانٍ، حَتَّى قَامَ عَلَى رَأْسِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنَّ صَاحِبَكُمْ قَدْ وَضَعَ كُلَّ فَارِسٍ، أَوْ قَالَ: يُرِيدُ أَنْ يَضَعَ كُلَّ فَارِسٍ، وَيَرْفَعَ كُلَّ رَاعٍ، فَأَخَذَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمَجَامِعِ جُبَّتِهِ فَقَالَ: «أَلاَ أَرَى عَلَيْكَ لِبَاسَ مَنْ لاَ يَعْقِلُ»، ثُمَّ قَالَ: «إِنَّ نَبِيَّ اللَّهِ نُوحًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا حَضَرَتْهُ الْوَفَاةُ قَالَ لِابْنِهِ: إِنِّي قَاصٌّ عَلَيْكَ الْوَصِيَّةَ، آمُرُكَ بِاثْنَتَيْنِ، وَأَنْهَاكَ عَنِ اثْنَتَيْنِ: آمُرُكَ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ، فَإِنَّ السَّمَاوَاتِ السَّبْعَ وَالأَرَضِينَ السَّبْعَ، لَوْ وُضِعْنَ فِي كِفَّةٍ وَوُضِعَتْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فِي كِفَّةٍ لَرَجَحَتْ بِهِنَّ، وَلَوْ أَنَّ السَّمَاوَاتِ السَّبْعَ وَالأَرَضِينَ السَّبْعَ كُنَّ حَلْقَةً مُبْهَمَةً لَقَصَمَتْهُنَّ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَسُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، فَإِنَّهَا صَلاَةُ كُلِّ شَيْءٍ، وَبِهَا يُرْزَقُ كُلُّ شَيْءٍ، وَأَنْهَاكَ عَنِ الشِّرْكِ وَالْكِبْرِ»، فَقُلْتُ، أَوْ قِيلَ: يَا رَسُولَ اللَّهِ، هَذَا الشِّرْكُ قَدْ عَرَفْنَاهُ، فَمَا الْكِبْرُ؟ هُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا حُلَّةٌ يَلْبَسُهَا؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا نَعْلاَنِ حَسَنَتَانِ، لَهُمَا شِرَاكَانِ حَسَنَانِ؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا دَابَّةٌ يَرْكَبُهَا؟ قَالَ: «لاَ»، قَالَ: فَهُوَ أَنْ يَكُونَ لِأَحَدِنَا أَصْحَابٌ يَجْلِسُونَ إِلَيْهِ؟ قَالَ: «لاَ»، قَالَ: يَا رَسُولَ اللَّهِ، فَمَا الْكِبْرُ؟ قَالَ: «سَفَهُ الْحَقِّ، وَغَمْصُ النَّاسِ».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir gün biz Allah Elçisinin ﷺ yanında oturmuş ikən bədəvilərdən biri yanımıza gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. Nəhayət, o gəlib Peyğəmbərin ﷺ başının üstündə durdu və dedi: “Sizin dostunuz hər bir cəsur adamı alçaldır (yaxud alçatmaq istəyir) və hər bir çobanı yüksək tutur”. Peyğəmbər ﷺ onun cübbəsinin ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra Peyğəmbər ﷺ davam edib dedi: “Allahın peyğəmbəri Nuh ﷺ ölüm ayağında ikən oğluna belə demişdi: “Mən sənə vəsiyyət etmək istəyirəm: sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “lə iləhə illəllah”ı əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “lə iləhə illəllah” digər gözünə qoyulsa, bu kəlmə onlardan ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz-bucaqsız bir halqa olsaydı, “lə iləhə illəllah” onu yarıb keçərdi. “Subhən-Allahi va bihəmdihi!” kəlməsini də (sənə əmr edirəm). Çünki bu kəlmə hər bir şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Habelə, iki şeyi sənə qadağan edirəm: Allaha şərik qoşmağı və təkəbbürlü olmağı”. Mən soruşdum (və ya soruşdular): “Ey Allahın Elçisi, bu şirki bilirik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbanı geyməsi təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizdə gözəl qaytanlı yaraşıqlı ayaqqabıların olması təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizin minəcəyi heyvana sahib olması təkəbbürlükdürmü?” Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Məgər birimizin oturub-durduğu dostlarının olması təkəbbürlükdürmü? Peyğəmbər ﷺ: “Xeyr”– dedi. Yenə soruşdular: “Bəs, təkəbbürlük nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 548. Hədis səhihdir. Bax: Silsilə əs-Sahiha, 134.
İstinad
Fəzilətli əməllər, 854 (Kitab 15, 175)
Fəzilətli əməllər — Dua və Zikr