Subhən-Allahi və bihəmdihi
عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ هَالَهُ اللَّيلُ أَنْ يُكَابِدَهُ، أَوْ بَخِلَ بِالْمَالِ أَنْ يُنفِقَهُ، أَوْ جَبُنَ عَنِ الْعَدِوِّ أَنْ يُقَاتِلَهُ، فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ وَبِحَمدِهِ، فَإِنَّهَا أَحَبُّ إِلَى اللهِ مِنْ جَبَلِ ذَهَبٍ يُنْفِقُهُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ».
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, “Subhə:n-Alla:hi va bihəmdihi!”- deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Allaha ﷿ Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 7800; Əbu Nueym əl-Əsbəhəni “Mərifətus-Sahabə” 3627. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1541.
İstinad
Fəzilətli əməllər, 853 (Kitab 15, 174)
Fəzilətli əməllər — Dua və Zikr